08 May 2026 08:00
289
SİYASƏT
A- A+
Zəfərin əbədi ünvanı

Zəfərin əbədi ünvanı


Şuşa artıq azadlığının qürurunu yaşayır 


Şuşa azaddır və bu azadlıq təqvimlərimizdən illərin qara ləkəsini də birdəfəlik silib atıb. Düz otuz dörd il əvvəl 8 may tarixi xalqımızın yaddaşına xəyanət və itki günü kimi həkk olunmuşdu. Lakin bu gün biz Şuşanın işğalını deyil, onun azadlığının altıncı ilinə addımlayan dirçəlişini, yenidən doğuluşunu qürurla qeyd edirik. Şuşa artıq həsrət ünvanı deyil, Azərbaycanın bükülməz qəddinin, sarsılmaz iradəsinin və milli ləyaqətinin simvoludur.


İşğalla heç vaxt barışmadıq 


Şuşanın 1992-ci ildəki süqutu hərbi məğlubiyyətdən daha çox o dövrdə ölkədə hökm sürən siyasi özbaşınalığın, xaosun və hakimiyyət uğrunda gedən çirkin oyunların nəticəsi idi. Təbii istehkam olan, hər daşı bir qala rolunu oynayan bu müqəddəs şəhər daxili çəkişmələr və antimilli qüvvələrin satqınlığı səbəbindən yiyəsiz buraxılmışdı. O dövrdə Bakıda kreslo davası edənlər Qarabağın taleyini öz ambisiyalarına qurban vermişdilər.

Prezident İlham Əliyev 10 may 2024-cü ildə Şuşada doğma sakinlərlə görüşərkən həmin dövrün acı mənzərəsini belə təsvir edib: "Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi... AXC-Müsavat cütlüyünün tör-töküntüləri... ...Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi... ...Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər". 

Bu xəyanət təkcə bir şəhərin itirilməsi ilə nəticələnmədi, bütöv bir xalqın qəlbinin yaralanmasına səbəb oldu, onların taleyində 28 illik böyük bir nisgilin təməlini qoydu. O vaxt Bakıda hakimiyyət davası döyənlər sıldırım qayalar üzərindəki alınmaz qala olan Şuşanı düşmən qarşısında müdafiəsiz qoyaraq tarixin qara səhifələrinə adlarını həkk etdirdilər. Ölkəmizin rəhbərinin vurğuladığı kimi, dövlət işində təcrübəsi olmayan, təsadüfi insanların rəhbərliyə gəlməsinin bədəlini şuşalılar onilliklərlə davam edən məcburi köçkünlük həyatı ilə ödəməli oldular. 

Düz bir qərinə boyunca Şuşasız keçən hər günümüz qan yaddaşımıza vurulan dağ oldu. Lakin Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı, Şuşanı azad edəcəyi andını bir an belə unutmadı.


Biz qayıtdıq, Şuşa! 


2020-ci ilin 8 noyabrı Azərbaycanın tarixindəki o qara ləkəni birdəfəlik sildi. Müzəffər Ali Baş Komandanın "Şuşasız bizim işimiz yarımçıq qalar" strateji hədəfi ilə hərəkət edən qəhrəman Azərbaycan əsgəri dünya hərb tarixinə düşəcək rəşadət göstərdi. 

Qarabağın ürəyi uğrunda ölüm-dirim savaşına çıxan qəhrəmanlarımız minalı ərazilərə, işğalçı Ermənistanın onilliklər ərzində qurub möhkəmləndirdiyi sədlərə, dərin dərələrə, keçilməz sıldırımlara, havanın şaxtalı, qarlı olmasına, düşmənin yağış kimi yağdırdığı güllələrə, mərmilərə rəğmən Şuşaya uzanan ölüm təhlükəli yolu bir həmlədə keçdilər. Qisas hissi ilə silahlanmış igid döyüşçülərimiz qədim şəhərimizin bina olunduğu sıldırımları aşaraq yağıların nəfəslərini kəsdilər. Şuşanı düşməndən təmizləyərək əzəli sahiblərinə qaytardılar. 

Bu böyük Zəfəri Şəhidlər xiyabanından xalqımıza müjdələyən, dünyaya çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev o an hiss etdiyi təsvirəgəlməz qüruru bu sözlərlə dilə gətirdi: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!"

Uzaqgörən siyasət həyata keçirərək Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin Şuşanın azadlıq günündə Ulu Öndərin məzarını ziyarət etməsinin öz rəmzi mənası var idi: "Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!" 


8 may qaranlığı 8 Noyabr Zəfər günəşi ilə aydınlanıb 


Bu gün Şuşa artıq xarabalıqlar şəhəri deyil, nəhəng quruculuq meydanı, modern şəhərsalmanın ünvanıdır. "Xarıbülbül" festivalının sədaları, Vaqif poeziyasının ruhu yenidən Cıdır düzünə qayıdıb. Şuşanın məscidlərindən ucalan azan səsləri xalqımızın şükranlıq duaları ilə birləşərək Tanrı dərgahına ucalır. 

Qısa zaman ərzində qoynunda musiqi festivalları, poeziya günləri, beynəlxalq toplantılar düzənlənən mədəniyyət paytaxtımız Şuşanın 270 illik təntənəli yubileyi keçirilib, 2022-ci il Azərbaycanda "Şuşa ili" kimi qeyd olunub. Dünya azərbaycanlıları Zəfər qurultaylarını Şuşada keçiriblər.

2021-ci il iyunun 15-də - Qurtuluş Günündə Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə qədim şəhər həm də türk dünyasının birlik rəmzinə çevrildi.

Prezident İlham Əliyevin Şuşada vurğuladığı kimi, bu dirçəliş xalqın iradəsinin təcəssümüdür: "Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir".

Şuşa indi öz əzəli sahiblərini - 28 il vətən həsrəti ilə yaşayan, lakin inamını itirməyən şuşalıları qarşılayır. Zəfər yolu ilə başlayan bu böyük qayıdış karvanları Şuşaya yeni həyat, yeni nəfəs gətirir. Artıq Şuşanın küçələrində uşaq gülüşləri eşidilir, məktəb zəngləri çalınır, yeni mənzillərin işıqları yanır. Bu, Azərbaycan xalqının milli ruhunun Qarabağa qayıdışının təcəssümüdür. 

Ötən müddətdə Şuşada həyata keçirilən sürətli quruculuq və bərpa işləri sayəsində  377 ailə, 1411 nəfər doğma şəhərinə qovuşub.

Tariximizin 8 may qaranlığı 8 Noyabr Zəfər günəşi ilə əbədi aydınlanıb. Şuşanın azadlığı bizim həm şərəfimiz, həm də gələcək nəsillərə qoyduğumuz ən böyük mirasdır.  

Şuşa bizimdir, Qarabağ Azərbaycandır!


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib

09:51
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!