05 Avqust 2026 10:40
264
SİYASƏT
A- A+
Paşinyanın yeni komandası və İrəvanın 5 illik "yol xəritəsi"

Paşinyanın yeni komandası və İrəvanın 5 illik "yol xəritəsi"


Ermənistanda kadr təyinatları region ölkələri ilə münasibətlərdə sülh və əməkdaşlıq xəttinin davam edəcəyindən xəbər verir 


Ermənistanda keçirilən 7 iyun parlament seçkilərindən sonra ölkənin siyasi səhnəsində yeni idarəçilik mərhələsi rəsmən start götürüb. Baş nazir Nikol Paşinyanın təqdimatı ilə Prezident Vaaqn Xaçaturyan yeni hökumətin tərkibini təsdiqləyən müvafiq fərmanlar imzalayıb. 

İcraedici və qanunverici hakimiyyətdə reallaşan kadr təyinatları İrəvanın regional siyasətində, xüsusilə Azərbaycanla sülh prosesində və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində götürülən kursun dəyişməz qalacağını, hətta intensivləşəcəyini nümayiş etdirir.

Yeni formalaşdırılan komandada ciddi kadr dəyişikliklərinə getməyən Paşinyan daha çox mövcud xəttin davamlılığına üstünlük verib. Baş nazirin müavinləri vəzifəsinə yenə də Mher Qriqoryan və Tiqran Xaçatryan təyin olunub. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyada Ermənistanı təmsil edən Mher Qriqoryanın postunda qalması rəsmi İrəvanın Bakı ilə praktiki danışıqlar mexanizmini saxlamaq niyyətindən xəbər verir. Eyni zamanda Ararat Mirzoyanın xarici işlər naziri statusunu saxlaması Ermənistanın Qərbə inteqrasiya və Avropa istiqamətli xarici siyasət prioritetlərinin dəyişməz olduğunu göstərir.

Hökumət strukturlarındakı yeganə yeni sima yüksək texnologiyalar sənayesi naziri vəzifəsinə gətirilən Davit Tadevosyan olub. Diqqətçəkən əsas dəyişikliklərdən biri isə Baş nazir administrasiyasında baş verib. Nikol Paşinyan keçmiş müşaviri və Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu administrasiyanın rəhbəri təyin edib. Makuntsun təqdimatında çıxış edən Paşinyan qarşıdakı 5 illik dövrün Ermənistan dövlətçiliyinin davamlılığı baxımından həlledici olduğunu vurğulayıb. Hökumət başçısı yeni imkanlarla yanaşı, meydana çıxa biləcək çağırışların düzgün idarə olunmasının vacibliyini diqqətə çatdırıb.

Qanunverici hakimiyyətdəki ən mühüm yenilik hakim "Vətəndaş müqaviləsi" partiyasının yeganə namizədi olan Ruben Rubinyanın yekdilliklə parlament sədri seçilməsidir. R.Rubinyanın parlament sədri seçilməsi təsadüfi xarakter daşımır. O, bundan əvvəlki çağırışda vitse-spiker olmaqla yanaşı, İrəvanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi missiyasını da icra edib. Rubinyan Ankarada keçirdiyi görüşlər, "Hrant Dink" Fondunun proqramı çərçivəsində türk dili kurslarında iştirakı və Türkiyə mediasına verdiyi pozitiv mesajlarla tanınır. Onun spiker kürsüsünə əyləşməsinin rəsmi İrəvanın Türkiyə ilə münasibətlərin bərpasına və regional inteqrasiya tərəfdarı olan qanadının mövqelərinin daha da güclənməsinə təsir edəcəyi deyilir. 

Bununla yanaşı, regionda sülh və Vaşinqton razılaşmalarının tərəfdarlarından sayılan keçmiş spiker Alen Simonyanın gələcəkdə Ermənistan prezidenti vəzifəsinə seçiləcəyi barədə ehtimallar da mövcuddur. Əgər bu ssenari reallaşarsa, hakimiyyətin bütün qanadlarında Qərbə inteqrasiya və qonşularla münasibətlərin normallaşmasını dəstəkləyən komanda tam oturuşmuş olacaq. 

Ermənistan parlamentinin yeni tərkibdə işə başlaması müxalifətin sərt etirazı ilə müşayiət olunub. "Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyaları spiker səsverməsini boykot ediblər. Bundan başqa, müxalif deputatlar şifahi andiçmədən imtina edərək yalnız mətni imzalamaqla kifayətləniblər. Etirazın əsas səbəbi Ermənistan tarixində ilk dəfə olaraq parlamentin açılış iclasına Erməni Apostol Kilsəsinin katolikosu II Qareginin dəvət olunmaması idi. Paşinyan hökumətinin II Qaregini kənarda saxlaması kilsənin dövlət idarəçiliyinə və siyasi proseslərə təsir imkanlarını sıfırlamaq xəttinin davam etdiriləcəyinə işarədir. 

İrəvanın siyasi xəttini yenidən dizayn etməsi Rusiyanın da diqqətindən yayınmır. Yeni hökumətdə istədiyi rıçaqları əldə edə bilməyən Rusiya müxtəlif gedişlərlə regiondakı nüfuz dairəsini qorumağa çalışır. Rəsmilərin dili ilə dolayısı təzyiq cəhdləri də bu məqsədi daşıyır. Lakin artıq Moskva da anlayır ki, regionda tamamilə yeni reallıq yaranıb. 

Ümumilikdə Nikol Paşinyanın formalaşdırdığı yeni komandanın Türkiyə və Azərbaycanla dialoq kanallarını açıq saxlayacağı gözlənilir. Parlamentdəki radikal müxalifətin etirazlarına və kilsə ilə yaşanan gərginliyə baxmayaraq, hakim komanda sülh gündəliyini irəli aparmaq üçün daxili siyasi resurslara malikdir. İndi əsas sual Paşinyan hökumətinin qarşıdakı illərdə bu imkanlardan nə dərəcədə səmərəli istifadə edəcəyi, hansı siyasi iradəni ortaya qoyacağı ilə bağlıdır. Əgər İrəvan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi bacararsa, həm Ermənistanın təhlükəsizliyi təmin olunar, həm də ölkə regional iqtisadi layihələrin bir hissəsinə çevrilər. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş edilib

12:00
05 Avqust

Beynəlxalq konfransda Azərbaycanda dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edilib 

11:55
05 Avqust

Xüsusi hazırlıq keçmiş sürücülər üçün test imtahanı təşkil olunacaq

11:50
05 Avqust

“SpaceX” raketinin bir parçası Ayın səthinə düşəcək

11:45
05 Avqust

Ruben Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub

11:39
05 Avqust

Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı  

11:00
05 Avqust

Neft qiymətləri ucuzlaşır  

10:55
05 Avqust

Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür  

10:50
05 Avqust

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb  

10:45
05 Avqust

Paşinyanın yeni komandası və İrəvanın 5 illik "yol xəritəsi"

10:40
05 Avqust

Rəqəmsal platforma xəbərləri necə idarə edir?

10:30
05 Avqust

Bağban fermerin növbəti arzusu müasir soyuducu anbar tikməkdir

10:20
05 Avqust

Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib

10:10
05 Avqust

Elmə və dövlətçiliyə həsr olunmuş ziyalı ömrü   

10:09
05 Avqust

Xızıda kitabsevərlər bir araya gəldilər

10:00
05 Avqust

Neftçalada yeni layihə reallaşdırılır

09:50
05 Avqust

Xaçmazın yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb

09:40
05 Avqust

Ağstafalı fermerlərin başları işdən açılmır

09:30
05 Avqust

Burada günəşin istisi "yaşıl enerji"yə çevriləcək 

09:20
05 Avqust

BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 

09:10
05 Avqust

Avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 34 faiz artıb

09:00
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!