05 Avqust 2026 10:10
248
İQTİSADİYYAT
A- A+
Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib

Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib


Aqrar Xidmətlər Agentliyi Təlim Mərkəzinin təşkilatçılığı ilə Astaranın  Ərçivan qəsəbəsində fermer Fətulla Əliyevin 4 hektarlıq intensiv meyvə bağında "Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi" mövzusunda maarifləndirici sahə görüşü keçirilib. 

Müasir damcı suvarma sistemi ilə təchiz olunmuş bağda sitrus meyvələri və digər subtropik bitkilər becərilir. Belə bir təsərrüfatın ünvan seçildiyi görüşün əsas məqsədi təlim iştirakçılarının müasir suvarma texnologiyaları ilə bağlı əldə etdikləri nəzəri biliklərin praktiki nümunələr əsasında möhkəmləndirilməsi, habelə innovativ suvarmada texniki imkanların nümayiş etdirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi idi. 

Görüşdə beynəlxalq ekspert də iştirak edib. Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert Dr. Abdullah İlker Esinin iştirakı ilə keçirilən görüşdə praktiki təqdimat zamanı müasir suvarma sistemlərinin layihələndirilməsi, texniki hesablamaların aparılması, quraşdırılma mərhələləri, istismar qaydaları və texniki xidmətin təşkili ilə bağlı mühüm məqamlar iştirakçılara bilavasitə nümayiş olunub. Həmçinin su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin minimuma endirilməsi və aqrar istehsalda dayanıqlı su idarəçiliyinin təmin olunması istiqamətində qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, avadanlıqların düzgün seçilməsi, quraşdırılması və idarə edilməsi mühüm məsələlərdəndir. Eləcə də suvarma proseslərinin avtomatlaşdırılması və "ağıllı idarəetmə texnologiyaları"nın təsərrüfatlarda tətbiqi imkanları nəzərdən keçirilib.

Təlim proqramına həmçinin TOT (Training of Trainers) sessiyaları daxil edilib. Sessiyalar zamanı müasir suvarma sistemləri sahəsində yerli və beynəlxalq təcrübə müzakirə olunub, müxtəlif ölkələrin uğurlu təcrübələrinin yerli şəraitdə tətbiqi tövsiyə edilib.

Aqrar Təlim Mərkəzi tərəfindən müxtəlif bölgələrdə təşkil olunan bu cür təlim proqramları dövlət-özəl sektor əməkdaşlığı, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən təşəbbüslər, xarici ekspert və mütəxəssislərin iştirakı, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi vasitəsilə aqrar sahədə bilik və bacarıqların inkişafına, innovativ yanaşmaların təşviqinə və fermerlərin peşəkar potensialının gücləndirilməsinə xidmət edir. 

Sahə görüşü zamanı iştirakçılara müasir suvarma sistemləri, onların müxtəlif təsərrüfat sahələrində tətbiq xüsusiyyətləri, suvarma proseslərinin düzgün təşkili və onlardan səmərəli istifadə edilməsi ilə bağlı ətraflı məlumat verilib, "ağıllı suvarma sistemləri"nin iş prinsipləri əyani nümayiş olunub. 


S.QUBADOĞLU, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı  

11:00
05 Avqust

Neft qiymətləri ucuzlaşır  

10:55
05 Avqust

Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür  

10:50
05 Avqust

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb  

10:45
05 Avqust

Paşinyanın yeni komandası və İrəvanın 5 illik "yol xəritəsi"

10:40
05 Avqust

Rəqəmsal platforma xəbərləri necə idarə edir?

10:30
05 Avqust

Bağban fermerin növbəti arzusu müasir soyuducu anbar tikməkdir

10:20
05 Avqust

Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib

10:10
05 Avqust

Elmə və dövlətçiliyə həsr olunmuş ziyalı ömrü   

10:09
05 Avqust

Xızıda kitabsevərlər bir araya gəldilər

10:00
05 Avqust

Neftçalada yeni layihə reallaşdırılır

09:50
05 Avqust

Xaçmazın yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb

09:40
05 Avqust

Ağstafalı fermerlərin başları işdən açılmır

09:30
05 Avqust

Burada günəşin istisi "yaşıl enerji"yə çevriləcək 

09:20
05 Avqust

BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 

09:10
05 Avqust

Avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 34 faiz artıb

09:00
05 Avqust

Daha bir mərhələ keçildi

08:50
05 Avqust

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji müttəfiqlik müstəvisindədir

08:40
05 Avqust

Çolpon-Ata Bəyannaməsi strateji tərəfdaşlığı gücləndirən mühüm yol xəritəsidir

08:30
05 Avqust

Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

08:20
05 Avqust

57 il əvvəl Azərbaycanın tarixində yeni dövr başladı

08:10
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!