05 Avqust 2026 11:39
254
SİYASƏT
A- A+
Ruben Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub

Ruben Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub


Amerika Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən ixtisaslaşdırılmış materiallar istehsal edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi, tədqiqatçı yazıçı Ergün Kırlıkovalı Nyu-York Universitetinin professoru yazıçı Nassim Nikolas Talebə Ruben Vardanyanın "xeyriyyəçiliklə" bağlı sistemli illüziyalarına dair məktub ünvanlayıb.

AZƏRTAC məktubu təqdim edir.

“Hörmətli Nassim Nikolas Taleb,

Sizə X sosial şəbəkəsində Ruben Vardanyanın həbsdə qaldığı müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyinizi bildirdiyiniz son ictimai bəyanatınızla əlaqədar müraciət edirəm.

Karyerasını gizli maliyyə riskləri, narrativ yanlışlıqlar və sistemli “korluq” barədə dünyanı xəbərdar etməyə həsr etmiş bir müəllifin diqqətlə formalaşdırılmış bir illüziyanın təsiri altına düşməsini müşahidə etmək dərin ironiyadır.

Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin hərtərəfli təhlili göstərir ki, onun geniş tanınan xeyriyyəçi imici məhz sizin klassik şəkildə "narrativ sipər" adlandıracağınız bir vasitədir və qanunsuz maliyyə fəaliyyətini, eləcə də geosiyasi sabitliyin pozulmasını gizlətməyə xidmət edir.

Gəlin faktlara nəzər salaq. Vardanyanın “Troika Dialog” bankı "Troika Laundromat" kimi tanınan çirkli pulların yuyulması sxeminin mərkəzində fəaliyyət göstərirdi. Qlobal maliyyə qurumlarının və hüquq-mühafizə orqanlarının araşdırmalarına əsasən, bu şəbəkə əsas və ikinci dərəcəli “təbəqələşdirmə” üsullarından istifadə etməklə mürəkkəb ofşor sxemləri, vasitəçi bankları və saxta şirkətləri idarə edib, Rusiyadan milyardlarla dolların qanunsuz şəkildə çıxarılmasını təmin edib və benefisiar mülkiyyətçilərin kimliyini sistemli şəkildə gizlədib.

Bundan əlavə, bank auditləri göstərir ki, bu şəbəkə adi və heç nədən xəbəri olmayan vətəndaşlardan hüquqi şəxslərin hesablarını rəsmiləşdirmək üçün istifadə edib, onların şəxsiyyət məlumatları vasitəsilə vəsaitləri mürəkkəb beynəlxalq maliyyə sxemləri ilə köçürüb.

Sistemli maliyyə pozuntularından əlavə, Vardanyanın fəaliyyəti qanunvericilik və təhlükəsizlik baxımından da ciddi nəticələr doğurur.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra o, Rusiyanın müharibə məqsədlərinə xidmət edən əsas sənaye sahələrinə maddi, texniki və logistik dəstək göstərməkdə ittiham olunaraq, bir sıra beynəlxalq monitorinq mexanizmlərinə daxil edilib.

Onun adının Ukraynanın "Peacemaker" (Sülhməramlı) bazasına rəsmi daxil edilməsi onu, sadəcə, müşahidəçi deyil, dövlət təcavüzünü maliyyə baxımından dəstəkləyən şəxs kimi xarakterizə edir.

Beynəlxalq səviyyədə ciddi sanksiyalarla üzləşmiş bir şəxsin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməklə siz regional zorakılığı maliyyələşdirən mexanizmləri faktiki olaraq müdafiə etmiş olursunuz.

Onun həbsi ilə bağlı yanaşmanız həm də iştirakının yaratdığı ciddi siyasi qeyri-sabitliyi nəzərə almır. Onun 2022-ci ilin sonlarında Qarabağa qəfil gəlişi yerli sabitliyi birbaşa pozdu, nəticədə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması ittihamları ilə 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin çıxardığı 20 il müddətinə azadlıqdan məhrumetmə hökmü ilə nəticələndi.

Vardanyanın keçdiyi yolu, sadəcə, humanitar missiya kimi qiymətləndirmək yazılarınızda xəbərdarlıq etdiyiniz "kor nöqtələr"in qurbanına çevrilmək deməkdir.

Bundan əlavə, ictimai mövqeyiniz bu münaqişənin qurbanlarına qarşı tarixi empatiyanın ciddi çatışmazlığını nümayiş etdirir. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı öz torpaqlarında ağır faciələr yaşayıb. Bu faciələrə 1992–2020-ci illərdə baş vermiş amansız hərbi işğal, silah gücünə doğma yurdlarından didərgin salınmış təxminən bir milyon azərbaycanlı mülki şəxs və 1992-ci ildə baş vermiş Xocalı qətliamının sənədləşdirilmiş dəhşətləri daxildir.

Bu ərazilərin azad olunması və 2020-ci ilin noyabrında əldə edilmiş atəşkəs nəhayət davamlı sülh sazişinə aparan yolu açsa da, uzunmüddətli sülh yalnız beynəlxalq məsuliyyət və hüququn aliliyinin təmin olunması ilə mümkündür.

Kölgə iqtisadiyyatı, qanunsuz qlobal maliyyə əməliyyatları və müharibə logistikası ilə sıx əlaqələri olan bir oliqarxı müdafiə etmək üçün qlobal platformanızdan istifadə etməklə siz etik mövqe nümayiş etdirmirsiniz.

Əksinə, siz süni şəkildə hazırlanmış bir piar kampaniyasının intellektual dürüstlüyünüzə kölgə salmasına icazə verirsiniz.

Əsl humanizm bizdən əziyyətlərdən qazanc götürən nüfuzlu maliyyəçilərin deyil, məcburi köçkünlərin və təcavüz qurbanlarının tərəfində olmağı tələb edir.

Sizi real və ya təxəyyül məhsulu olan şəxsi rəğbətinizi bir kənara qoymağa, Vardanyanın fəaliyyət şəbəkəsini özünüzün tətbiq etdiyiniz ciddi skeptisizm meyarları ilə qiymətləndirməyə və müdafiənizin doğurduğu ciddi etik nəticələri yenidən nəzərdən keçirməyə çağırıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq

12:55
05 Avqust

Sabah Bakıda və Abşeron yarımadasında az yağış yağacağı gözlənilir

12:54
05 Avqust

Qusarda gənc şahmatçıların Şahmat Olimpiadası keçirilir

12:18
05 Avqust

Mamdani Nyu Yorkda biznes liderləri şurasını ləğv etdi

12:16
05 Avqust

İyirmiyə yaxın yeni hərbi infrastruktur Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə verilib 

12:15
05 Avqust

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

12:10
05 Avqust

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair müzakirələr aparıb

12:05
05 Avqust

“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş edilib

12:00
05 Avqust

Beynəlxalq konfransda Azərbaycanda dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edilib 

11:55
05 Avqust

Xüsusi hazırlıq keçmiş sürücülər üçün test imtahanı təşkil olunacaq

11:50
05 Avqust

“SpaceX” raketinin bir parçası Ayın səthinə düşəcək

11:45
05 Avqust

Ruben Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub

11:39
05 Avqust

Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı  

11:00
05 Avqust

Neft qiymətləri ucuzlaşır  

10:55
05 Avqust

Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür  

10:50
05 Avqust

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb  

10:45
05 Avqust

Paşinyanın yeni komandası və İrəvanın 5 illik "yol xəritəsi"

10:40
05 Avqust

Rəqəmsal platforma xəbərləri necə idarə edir?

10:30
05 Avqust

Bağban fermerin növbəti arzusu müasir soyuducu anbar tikməkdir

10:20
05 Avqust

Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib

10:10
05 Avqust

Elmə və dövlətçiliyə həsr olunmuş ziyalı ömrü   

10:09
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!