05 Avqust 2026 09:10
282
İQTİSADİYYAT
A- A+
BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 

BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 


BP "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Azərbaycan üçün yüksək-ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədi daşıyan növbəti təhsilyönümlü sosial layihənin uğurla başa çatdığını elan edib.

Bu təşəbbüs BP-nin və tərəfdaşları - SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, "ExxonMobil", "ONGC Videsh", "Eni", MVM, "TotalEnergies" və ITOCHU-nun dünya səviyyəli bilik və bacarıqların formalaşdırılmasına töhfə verməklə ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. 

Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 30 istedadlı Azərbaycan gəncinə beynəlxalq universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən hərtərəfli dəstək göstərilib. Proqramın iştirakçıları öz akademik göstəriciləri, ingilis dili bilikləri və xaricdə ali təhsil almaq potensialları əsasında seçiliblər.

Proqram çərçivəsində tələbələrə 50-dən çox qrup və fərdi dərslərdən ibarət hazırlıq kursları təklif olunub. Bu kurslar onların IELTS, SAT, TOEFL, Duolingo, GRE və GMAT daxil olmaqla, dünyanın aparıcı universitetlərinə qəbul üçün tələb olunan imtahanlara hazırlaşmasına kömək edib. İştirakçılara həmçinin universitet seçimi, qəbul üçün müraciət sənədlərinin hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması, eləcə də təqaüd imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhət və istiqamətləndirmə xidmətləri göstərilib.

Hazırda yekun nəticələr tam məlum olmasa da, layihə iştirakçılarının hamısı artıq ən azı bir xarici universitetdən qəbul təklifi alıb. Onlardan 15-i bakalavr, digər 15-i isə magistr pilləsi üzrə müraciət edib. Ümumilikdə isə hələlik iştirakçılar dünyanın 17 ölkəsində yerləşən 52 universitetdən təxminən 120 qəbul təklifi alıblar. Bu universitetlər sırasında "University College London", "National University of Singapore" və "University of California, Berkeley" kimi nüfuzlu beynəlxalq ali təhsil müəssisələri də var. Əldə olunan bu yüksək nəticələr həm tələbələrin akademik potensialının, həm də layihə çərçivəsində onlara göstərilən dəstəyin keyfiyyətinin göstəricisidir. 

Layihənin uğurla yekunlaşması və iştirakçıların nailiyyətlərini qeyd etmək məqsədilə keçirilən tədbirdə tələbələrə proqramı başa çatdırmalarına dair sertifikatlar təqdim olunub və onlar öz gələcək təhsil planları və hədəfləri barədə fikirlərini bölüşüblər.

BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihə barədə belə deyib: "Dörd ildir qürurla dəstəklədiyimiz bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Burada əsas məqsəd istedadlı azərbaycanlı gənclər üçün onların gələcəklərini formalaşdıracaq və dünyagörüşlərini genişləndirəcək beynəlxalq təhsilə çıxış imkanları yaratmaqdır. İndiyədək əldə olunan nəticələr göstərir ki, uğurun yolu istedad, zəhmət və əzmkarlığın lazımi dəstək və imkanlarla birləşdirilməsindədir. Bu gün milli kadr potensialının inkişafına sərmayə qoymaqla, yeni nəsil mütəxəssislərin Azərbaycanın dayanıqlı gələcəyinə layiqli töhfə verməsi üçün onların zəruri bilik və bacarıqlara yiyələnməsinə, eyni zamanda qlobal baxışlarını genişləndirməsinə dəstək veririk".

Bir il davam edən bu layihə BP və tərəfdaşlarının 150 min manat məbləğində maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihə yerli "ROOF Academic Training" təşkilatı tərəfindən icra olunub.

Qeyd edək ki, BP-nin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək şirkət özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon dollardan çox vəsait xərcləyib.


F.SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal platforma xəbərləri necə idarə edir?

10:30
05 Avqust

Bağban fermerin növbəti arzusu müasir soyuducu anbar tikməkdir

10:20
05 Avqust

Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib

10:10
05 Avqust

Elmə və dövlətçiliyə həsr olunmuş ziyalı ömrü   

10:09
05 Avqust

Xızıda kitabsevərlər bir araya gəldilər

10:00
05 Avqust

Neftçalada yeni layihə reallaşdırılır

09:50
05 Avqust

Xaçmazın yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb

09:40
05 Avqust

Ağstafalı fermerlərin başları işdən açılmır

09:30
05 Avqust

Burada günəşin istisi "yaşıl enerji"yə çevriləcək 

09:20
05 Avqust

BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 

09:10
05 Avqust

Avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 34 faiz artıb

09:00
05 Avqust

Daha bir mərhələ keçildi

08:50
05 Avqust

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji müttəfiqlik müstəvisindədir

08:40
05 Avqust

Çolpon-Ata Bəyannaməsi strateji tərəfdaşlığı gücləndirən mühüm yol xəritəsidir

08:30
05 Avqust

Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

08:20
05 Avqust

57 il əvvəl Azərbaycanın tarixində yeni dövr başladı

08:10
05 Avqust

Mavi sərhədlərimizin ayıq-sayıq keşikçiləri

08:00
05 Avqust

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında

01:00
05 Avqust

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

00:59
05 Avqust

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

00:58
05 Avqust

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

00:54
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!