01 Avqust 2026 17:32
9003
SİYASƏT
A- A+
Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə


Azərbaycan-Qırğızıstan münasibətlərinin dərinləşməsi Avrasiyanın nəqliyyat və təhlükəsizlik arxitekturasını, türk dünyasının geostrateji birliyini daha da möhkəmləndirir


Azərbaycanın Mərkəzi Asiya istiqamətində yürütdüyü xarici siyasət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal mənzərənin sürətlə dəyişdiyi, beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyətinin kəskin artdığı bir dövrdə türk dünyasının inteqrasiyası etnik və mədəni bağlılıq müstəvisindən çıxaraq, geostrateji zərurətə çevrilib. 

    Bu prosesdə Azərbaycan ilə Mərkəzi Asiya respublikaları, xüsusən Qırğızıstan arasında qurulan münasibətlər özünün ən yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Ortaq soykök, mənəvi dəyərlər, dil və mədəniyyət təməlində formalaşan dialoq bu gün artıq sistemli və instutsional xarakter daşıyır.

    Bu fonda Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında tarixi mərhələnin başladığını rəsmiləşdirdi və tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltdi. İki ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və Azərbaycanın Mərkəzi Asiya dövlətləri başçılarının Məşvərət görüşlərinə tamhüquqlu tərəfdaş kimi qoşulması tərəflər arasında mövcud olan dərin etimadın aydın təzahürüdür.

     Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında birbaşa coğrafi sərhədlərin olmamasına rəğmən, dövlət başçıları səviyyəsində saxlanılan intensiv təmaslar, son dörd il ərzində keçirilən yüksəksəviyyəli görüşlər siyasi iradənin konkret layihələrə çevrilməsini təmin edib.

     Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şurasının növbəti iclasının keçirilməsi də göstərir ki, tərəflər bəyanatlardan praktiki əməkdaşlıq müstəvisinə tam sürətlə keçid ediblər. Bişkek ilə rəsmiləşdirilən müttəfiqlik statusu, eyni zamanda Azərbaycanın Türk dünyasının geostrateji inteqrasiyasına dair genişmiqyaslı baxışının mühüm tərkib hissəsidir. Türkiyə ilə imzalanan tarixi Şuşa Bəyannaməsi, Qazaxıstan və Özbəkistan ilə qurulan analoji müttəfiqlik münasibətlərindən sonra Qırğızıstanla da bu hüquqi çərçivənin tamamlanması Türk Dövlətləri Təşkilatının ikitərəfli dayaqlarını son dərəcə gücləndirir.

     Çoxtərəfli institutların tam formalaşması zaman tələb etdiyi bir şəraitdə, ikitərəfli müttəfiqlik sazişləri təhlükəsizlikdən iqtisadiyyata, siyasətdən mədəniyyətə qədər bütün sahələrdə mexanizmləri dərhal hərəkətə gətirməyə və vahid mövqedən çıxış etməyə imkan verir.

Siyasi sahədəki bu yüksək dinamika real iqtisadi göstəricilərdə də öz əksini tapmaqdadır. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artaraq 77 milyon dolları ötməsi,  Azərbaycan sərmayədarların İssık-Kul gölü ətrafındakı turizm və infrastruktur layihələrinə yatırımları uzunmüddətli iqtisadi etimadın bariz nümunəsidir. 

     Bu xüsusda, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması qərarı iqtisadi əməkdaşlıqda dönüş nöqtəsidir. Sözügedən fond sırf özəl təşəbbüsləri gözləmədən, birbaşa iri istehsal və infrastruktur layihələrini maliyyələşdirən effektiv təşəbbüskar rolunu oynayacaq, hər iki ölkədə yeni iş yerlərinin açılmasına və məşğulluğun yüksəlməsinə təkan verəcək. Eyni zamanda, Qırğızıstan tərəfindən Ağdamda məktəb binasının inşası tərəflərin bəyanatlardan əməli həmrəyliyə keçdiyini aydın nümayiş etdirir.

     İki tərəf arasındakı əməkdaşlığın ən mühüm və strateji istiqamətlərindən birini nəqliyyat, logistika və tranzit dəhlizlərinin inkişafı təşkil edir. Açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan üçün Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa və qlobal bazarlara çıxış baxımından ən etibarlı və qısa qapıdır. Çindən başlayaraq Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan keçməklə Avropaya uzanan Orta dəhlizin geostrateji çəkisi günbəgün artır.

     Azərbaycan Mərkəzi Asiyanı dünya bazarları ilə əlaqələndirən əvəzsiz geoiqtisadi qovşaq statusunu daha da möhkəmləndirir, enerji təhlükəsizliyi və logistika sahəsində regional inteqrasiyanı dərinləşdirir.

     Səfər çərçivəsində qəbul edilmiş Çolpon-Ata Bəyannaməsi də Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi təməlini təşkil edir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərində fəal yer alması ölkəmizin regionun ayrılmaz strateji tərəfdaşına çevrildiyini, Şərq-Qərb və Şimal-Cənub oxunda birləşdirici halqa rolu oynadığını təsdiqləyir. Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" bəyanatı da bu tarixi səfərin dərin siyasi və mənəvi mahiyyətini özündə ehtiva edir. Bu ifadə yalnız iki dövlət arasında hüquqi sənədlərin imzalanması deyil, gələcək onilliklər üçün müəyyənləşdirilən vahid strateji xəttin, qarşılıqlı etimadın və birgə məsuliyyətin ifadəsidir.

     Bakı və Bişkek arasında möhkəmlənən bu strateji ittifaq regional təhlükəsizliyə, iqtisadi tərəqqiyə və Türk dünyasının sarsılmaz birliyinə xidmət edən uzunmüddətli geostrateji arxitekturanın möhkəm təməllərindən biridir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!