05 Avqust 2026 08:40
279
SİYASƏT
A- A+
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji müttəfiqlik müstəvisindədir

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji müttəfiqlik müstəvisindədir


"Azərbaycanın öz hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizi regional çərçivələri aşan, beynəlxalq münasibətlər sistemində söz sahibi olan güclü və nüfuzlu dövlətə çevirib. Bu gün rəsmi Bakı Cənubi Qafqazın lideri olmaqla yanaşı, Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırır. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini keyfiyyətcə yeni, strateji müttəfiqlik müstəvisinə qaldırması da xüsusi diqqət çəkir". 

Bunu qəzetimizə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu ABDULLAYEV deyib. O bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və yüksəksəviyyəli təmaslar iki ölkə arasında əlaqələrin inkişafında dönüş nöqtəsi olmaqla bərabər, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrinin strateji mahiyyətini daha da gücləndirir: "Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində keçirilən mühüm görüşlər, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası, eləcə də imzalanan önəmli sənədlər ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirir. Səfərin mühüm siyasi yekunu kimi iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsini qeyd etmək olar. Vurğulandığı kimi, Bakı və Bişkek beynəlxalq platformalarda, iqtisadi və təhlükəsizlik sahələrində bundan sonra da bir-birinə tərəddüdsüz dəstək verəcəklər. Səfər zamanı dövlətimizin başçısının ali dövlət mükafatları ilə təltif olunması yüksək siyasi etimadın və mənəvi-siyasi həmrəyliyin bariz təcəssümüdür".

Arzu Abdullayev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığı ikitərəfli formatla məhdudlaşmır: "Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri platformasında fəal iştirakı rəsmi Bakının bu coğrafiyada artan rolunu təsdiqləyir. Azərbaycan özünün nəqliyyat-logistika imkanları, tarixi-mədəni bağları və uzaqgörən xarici siyasəti sayəsində Mərkəzi Asiyanın ayrılmaz strateji tərəfdaşına çevrilib. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiya və Çolpon-Atada imzalanan müttəfiqlik sazişləri Avrasiya məkanında yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasını formalaşdırır".

Həmsöhbətimiz vurğulayıb ki, bu strateji müttəfiqlik yalnız nəqliyyat və siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi-investisiya və humanitar sahələri əhatə edir: "Nizamnamə kapitalı 200 milyon dollara çatdırılan Azərbaycan-Qırğız İnvestisiya Fondu birgə layihələrin reallaşmasına güclü təkan verir. Eyni zamanda Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq parkının salınması, Ağdamda "Manas" adına məktəbin tikintisi və Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması kimi addımlar xalqlarımız arasındakı dərin mənəvi-mədəni bağların və sarsılmaz qardaşlığın bariz təzahürüdür".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini onu da diqqətə çatdırıb ki, Bakı ilə Bişkek arasında dərinləşən münasibətlər bütövlükdə türk dünyasının coğrafi və iqtisadi inteqrasiyasına xidmət edir: "İki ölkənin liderlərinin qarşılıqlı etimadı və siyasi iradəsi Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji bağlılıq yaradır ki, bu da Avrasiya regionunda güc balansını sülhün və dayanıqlı inkişafın lehinə dəyişir". 

Müsahibimiz qeyd edib ki, Bakı və Bişkek arasında mövcud olan strateji həmrəylik qlobal müstəvidə də özünü aydın göstərir: "BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu platformalarda ölkələrimizin bir-birinin suverenliyi, ərazi bütövlüyü və milli maraqlarına verdiyi qətiyyətli dəstək xarici siyasətimizin dəyişməz prinsipidir. Dünyada ziddiyyətlərin və geosiyasi risklərin artdığı bir dövrdə Azərbaycan və Qırğızıstanın vahid mövqedən çıxış etməsi Avrasiya regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir". 

Tərəfdaşlığın önəmli məqamlarından birinin də enerji təhlükəsizliyi və "yaşıl keçid" sahəsində birgə layihələr olduğunu deyən A.Abdullayev qeyd edib ki,  Azərbaycan və Mərkəzi Asiya dövlətləri bərpaolunan enerji potensialının birləşdirilməsi istiqamətində tarixi addımlar atırlar: "Mərkəzi Asiyadan Avropaya uzanacaq "yaşıl dəhliz" qlobal enerji xəritəsində yeni pəncərə açır".

Arzu Abdullayev bildirib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin inteqrasiyasını sıxlaşdıran mühüm amillərdən biri də Avrasiyanın nəqliyyat xəritəsini yenidən cızan Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsidir. Müasir geosiyasi şəraitdə Çindən və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasında ən təhlükəsiz, qısa və səmərəli marşrut hesab olunan Orta dəhlizin ötürücülük qabiliyyətinin artırılması həm Bakının, həm də digər türk ölkələrinin prioritetidir". 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini  deyib ki, bu nəqliyyat arteriyasının ən strateji halqasını Zəngəzur dəhlizi (TRIPP) təşkil edir: "Orta dəhliz və Zəngəzur dəhlizi (TRIPP) layihələri yalnız nəqliyyat infrastrukturu kimi qiymətləndirilməməlidir. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi (TRIPP) yaxın gələcəkdə Orta dəhlizin mühüm seqmentinə çevrilərək Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Zəngəzur dəhlizinin (TRIPP) açılması Orta dəhlizin gücünü artırmaqla bərabər, Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarlarına birbaşa çıxışını təmin edəcək. Eyni zamanda Zəngəzur dəhlizi (TRIPP) Naxçıvan Muxtar Respublikasını ölkənin əsas ərazisi ilə birbaşa quru və dəmir yolu vasitəsilə bağlayacaq. Bu, Naxçıvanı regionun mühüm nəqliyyat-logistika qovşağına çevirəcək. Bu isə öz növbəsində turizm və ticarət əlaqələrinin şaxələnməsinə, yerli sənayenin ixrac imkanlarının genişlənməsinə zəmin yaradacaq. Dəhliz Naxçıvanda istehsal edilən məhsulların dünya bazarlarına çıxışını da asanlaşdıracaq. Bölgənin zəngin təbii ehtiyatlarının səmərəli istismarı və onların xarici ölkələrə ixracı məhz Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi ilə birbaşa bağlıdır". 

Arzu Abdullayev əlavə edib ki, Mərkəzi Asiya ilə qurulan bu möhkəm tərəfdaşlıq platforması, Orta dəhliz və onun aparıcı xətti olan Zəngəzur dəhlizi (TRIPP) kimi nəhəng infrastrukturlar Avrasiya məkanında uzunmüddətli sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edir: "Azərbaycan özünün milli maraqlarını qorumaqla yanaşı, gələcək onilliklərin regional inteqrasiya modelini uğurla formalaşdırmağa davam edir".


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xızıda kitabsevərlər bir araya gəldilər

10:00
05 Avqust

Neftçalada yeni layihə reallaşdırılır

09:50
05 Avqust

Xaçmazın yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb

09:40
05 Avqust

Ağstafalı fermerlərin başları işdən açılmır

09:30
05 Avqust

Burada günəşin istisi "yaşıl enerji"yə çevriləcək 

09:20
05 Avqust

BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 

09:10
05 Avqust

Avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 34 faiz artıb

09:00
05 Avqust

Daha bir mərhələ keçildi

08:50
05 Avqust

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji müttəfiqlik müstəvisindədir

08:40
05 Avqust

Çolpon-Ata Bəyannaməsi strateji tərəfdaşlığı gücləndirən mühüm yol xəritəsidir

08:30
05 Avqust

Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

08:20
05 Avqust

57 il əvvəl Azərbaycanın tarixində yeni dövr başladı

08:10
05 Avqust

Mavi sərhədlərimizin ayıq-sayıq keşikçiləri

08:00
05 Avqust

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında

01:00
05 Avqust

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

00:59
05 Avqust

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

00:58
05 Avqust

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

00:54
05 Avqust

Azercell abunəçilərinin nəzərinə

00:53
05 Avqust

Türkiyənin media nümayəndələri Xankəndiyə səfər ediblər

20:20
04 Avqust

Bakı və Abşeronda dəmir yollarının təhlükəsizlik zonasının mühafizəsi gücləndirilir

19:09
04 Avqust

İlqar Vəlizadə: Cənubi Qafqaz beynəlxalq siyasətin müstəqil subyektinə çevrilir 

19:07
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!