01 Oktyabr 2026 08:40
92
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


İlham ƏLİYEV: "Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını həyata keçirir"


İlham Əliyev Aleksandr Lukaşenkoya həqiqətləri açıqlayıb


Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edərək təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

İlham Əliyev belaruslu həmkarına məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladığı hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını həyata keçirir.

Dövlət başçısı əlavə edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulub ki, bu da qəti şəkildə yolverilməzdir. Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.


Düşmənin 200 tankı, 228 artilleriyası sıradan çıxarılıb


Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Bu müddət ərzində düşmənin ümumi itkiləri belə olub:  


* 200-dək tank və digər zirehli texnika;

* 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri;

* 30 ədəd hava hücumundan müdafiə vasitələri;

* 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

* 5 silah-sursat anbarı; 

* 110-dan artıq avtomobil texnikası; 

* 1 ədəd "S-300" zenit-raket kompleksi.


Qarşı tərəfin hərbi kolonları darmadağın edilib


Oktyabrın 1-də Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları uğurla davam edib. 

Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən darmadağın olunub. 

Səhər saatlarından etibarən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən tələb edib ki, ölkəmizin ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.


Erməni əsgəri ön xəttə təminat aparmaqdan boyun qaçırıb


Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhəboyu ağır itkilər verib.

İşğal olunmuş ərazilərimizdə yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşib. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhədəki hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina ediblər.


Düşmənin bir neçə alayına atəş zərbələri endirilib


Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut qəsəbəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayın infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv edib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb  

19:39
30 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:24
30 Sentyabr

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib  

19:22
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!