01 Oktyabr 2026 08:50
87
CƏMİYYƏT
A- A+
Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu


Yer üzündə yaşayan xalqların, onların qurduqları dövlətlərin əsas sütunlarından biri, suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısı olan  ordusudur. Ordun güclüdürsə, qüdrətlidirsə, dövlətin, dövlətçiliyin etibarlı qorunacaq. Ona görə də dövlətlər ilk olaraq ordu quruculuğuna böyük önəm verir, bu mühüm məsələni daim diqqət mərkəzində saxlayırlar. Dünya yaranandan bu, belə olub və günümüzdə də həmin tarixi ənənə davam edir. 

Xalqımız ötən əsrin son illərində ikinci dəfə dövlət müstəqilliyini Ermənistanla müharibə şəraitində bərpa etdi. Buna görə də ordu quruculuğu ilk günlərdən qarşıda dayanan təxirəsalınmaz vəzifə kimi özünü qabarıq şəkildə göstərdi. Amma təəssüflər ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar Ermənistanın torpaqlarımızı işğal etdiyi həmin günlərdə həlli vacib olan bu işin öhdəsindən gəlməyi bacarmadılar. Yenicə qurulmağa başlayan orduda vahid komandanlığın yaradılmaması, hərbi hissələrə ayrı-ayrı şəxslərin nəzarət etməsi bu sahədə vəziyyəti kəskinləşdirdi. Elə buna görə də torpaqlarımızın müdafiəsi işi düzgün təşkil olunmadı. Bundan istifadə edən Ermənistan havadarlarının hərtərəfli dəstəyindən yararlanaraq ərazilərimizi, şəhər və kəndlərimizi işğal etməyə başladı. Gündən-günə vəziyyət çətinləşdi, ölkəmizin ərazi bütövlüyü üçün ciddi təhlükə yarandı.

1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin belə çətin bir şəraitdə ilk olaraq həyata keçirdiyi ən mühüm tədbir ordu quruculuğu məsələsi oldu. 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa tarixi müraciətində  Ümummilli Lider Heydər Əliyev dedi ki, indi bizim ordumuz yaranmalı və qurulmalıdır. Həmin çətin günlərdə Ulu Öndər hamını ordu quruculuğuna kömək etməyə, düşmənlə mübarizəyə, Azərbaycanı Ermənistanın hücumlarından qorumağa çağırırdı. Məhz bu müraciət Azərbaycanda  ordu quruculuğunun bünövrəsini qoydu. Çox keçmədi ki, bu istiqamətdə islahatlar həyata keçirildi. Bunun sayəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumağa qadir və hazır olan güclü ordu yaradıldı.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi, onun döyüş hazırlığının  artırılması Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən xüsusi diqqət yetirdiyi ən vacib və zəruri məsələlərdən biri oldu. 2003-cü il oktyabrın 31-də ilk dəfə dövlət başçısı kimi and içən cənab İlham Əliyev həmin vaxt etdiyi proqram xarakterli çıxışında ordu quruculuğu ilə bağlı demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".

Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar çox keçmədi ki, müsbət nəticələrini verdi. Silahlı Qüvvələrimiz şərəf dolu quruculuq yolu keçərək dünyanın inkişaf etmiş ölkələrin orduları ilə bir sırada dayandı. Azərbaycanın müstəqilliyini qorumağa, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə qadir olan güclü, qüdrətli bir orduya çevrildi. 

Dövlət başçısı həmişə açıq şəkildə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. 2016-cı ildə Azərbaycan Ordusu üçün böyük uğurla başa çatan Aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı, o cümlədən 2020-ci ilin iyulunda Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribatın qarşısının layiqincə alınması Silahlı Qüvvələrimizin gücünü, qüdrətini bütün dünyaya göstərdi. Qazanılan bu uğurlar, qələbələr bir daha sübut etdi ki, daim inkişafda olan ordumuz erməni qəsbkarlarını diz çökdürməyə, uzun illərdən bəri işğalda qalmış torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən azad  etməyə qadirdir.

Amma rəsmi İrəvan Prezident İlham Əliyevin münaqişənin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olmasını, bu istiqamətdə olan sülh çağırışlarını layiqincə qiymətləndirmədi. Sülhə, danışıqlara gəlmək əvəzinə, Ermənistan rəhbərliyi Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, "Qarabağ Ermənistandır və nöqtə" deməsi münaqişənin sülh yolu ilə həll olunmasının qarşısına sanki böyük bir daş atdı. Bu sərsəm sözlər sülhə gedən yolu bağladı. 

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın cavabını "Valday" Beynəlxalq Diskusiya Klubunun iclasının plenar sessiyasında "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə verdi. Ermənistan rəhbərliyi dövlətimizin başçısı qarşısında yenə də çarəsiz duruma düşərək biabır oldu. 

Ermənistanın müxtəlif bəhanələrlə sülh danışıqlarından yayınması Qarabağ müharibəsinin yenidən alovlanmasına, uzun illərdən bəri davam edən atəşkəsin pozulmasına gətirib çıxartdı. 2020-ci il sentyabrın 27-də 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması üçün İkinci Qarabağ müharibəsi başladı. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyə, müstəqilliyimizi qorumağa qadir olan şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri müharibənin elə ilk günlərindən böyük cəsarətlə döyüşlərə atıldılar. 

Prezident İlham Əliyevin uzun illərdən bəri ordu quruculuğu isitqamətində nə qədər uzaqgörən, dahiyanə siyasət yürütdüyü İkinci Qarabağ müharibəsinin ilk günlərindən özünü aydın şəkildə göstərdi. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında öz gücünü, qüdrətini düşmənə göstərdi. Müharibənin elə ilk günündən ordumuzun bütün qoşun növlərinin şəxsi heyəti düşmən üzərinə şığıdı. Cəbhənin elə bir istiqaməti olmadı ki, rəşadətli Azərbycan Ordusunun hərbçiləri orada düşməni diz çökdürüb irəliləməsin. 

Qalib Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri Ermənistanın həmişə qürurlandığı və ona arxayın olduğu, keçilməz zənn etdiyi "Ohanyan səddi"ni müharibənin elə ilk günü qarşılarından silib atdılar. Bundan sonra qəsbkarları məhv etmək üçün hərbçilərimizin qarşısında elə bir maneə qalmadı. Ötən illər ərzində Ermənistan özünün silahlı qüvvələrinın "məğlubedilməzliyi" haqqında mif uydurmuşdu. Amma bu "məğlubedilməz" ordu Silahlı Qüvvələrimizin zabit və əsgərlərinin qələbələrə hesablanmış güclü hücumları qarşısında dayana bilmədi. Ermənistan silahlı qüvvələri qalib Azərbaycan Ordusu tərəfindən darmadağın olundu, diz çökdürüldü.

Azərbaycanın  şanlı və qalib ordusu İkinci Qarabağ müharibəsində 44 gün davam edən döyüşlərdə hansı gücə, hansı qüdrətə malik olduğunu bütün dünyaya göstərdi. Ordumuz şəhər və kəndlərimizi bir-birinin ardınca azad edərək 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, tarixi qələbə qazandı. 

44 günlük Vətən müharibəsində ordumuz bir daha sübut etdi ki, Azərbaycan dövləti güclüdür, qüdrətlidir. 

Qalib Azərbaycan Ordusu sentyabrın 27-də başlayan və noyabrın 10-dək  davam edən qanlı döyüşlərdə 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi düşməndən azad etdi. Bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa erməni qəsbkarlarından təmizləndi. Noyabrın 10-da Ermənistan məğlub olduğunu etiraf edərək üçtərəfli Bəyanata imza atdı. Bundan sonra Ermənistanın silahlı qüvvələri Laçın, Kəlbəcər və Ağdam rayonlarından çıxarıldı. Bir güllə atılmadan bu rayonlar işğaldan azad olundu.

Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediası ordumuzun İkinci Qarabağ müharibəsində düşməni məğlub etmək üçün tətbiq etdiyi yeniliklərdən, hərbi taktikalardan danışdı. Dünyanın hərbi mərkəzləri bu təcrübəni öyrənməyə başladı. 

Prezident İlham Əliyev döyüşlər zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan söz açaraq demişdir: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

Hər birimiz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edən, müstəqilliyimizi qoruyan, xalqımıza Zəfər sevinci yaşadan qalib Azərbaycan Ordusu ilə fəxr edir və qürur duyuruq.


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb  

19:39
30 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:24
30 Sentyabr

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib  

19:22
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!