01 Oktyabr 2026 09:00
117
İQTİSADİYYAT
A- A+
Avrasiyanın strateji nəqliyyat arteriyası

Avrasiyanın strateji nəqliyyat arteriyası


Orta dəhlizin iqtisadi və logistik imkanları Avropa və Mərkəzi Asiya dövlətləri tərəfindən yüksək qiymətləndirilir


Beynəlxalq, marşrutların yenidən formalaşdığı, iqtisadi reallıqların dəyişdiyi müasir dövrdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhliz Avrasiya məkanında ən mühüm nəqliyyat dəhlizlərindən birinə çevrilməkdədir. Ənənəvi dəniz və quru yollarında yaranan təhdidlər, xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin müharibə riskləri səbəbindən əvvəlki cəlbediciliyini müəyyən dərəcədə itirməsi alternativ maşrutları zərurətə çevirib. 

Tarixi İpək yolunu bərpa edən Orta dəhliz Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən təhlükəsiz, qısa və etibarlı körpü rolunu oynayır. Bu çərçivədə Mərkəzi Asiya dövlətlərinin və Cənubi Qafqazın, xüsusən də Azərbaycanın liderliyi nəticəsində marşrutun qlobal ticarətdəki çəkisi günbəgün artır.

Mərkəzi, Cənubi və Qərbi Asiyanın, eləcə də Avropa nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən Azərbaycan yürütdüyü çoxşaxəli xarici siyasət və həyata keçirdiyi layihələr sayəsində bütövlükdə Avrasiya qitəsinin logistika mərkəzinə çevrilib. Qərb dünyası və Avropanın aparıcı dövlətləri də Orta dəhlizin strateji əhəmiyyətini açıq müstəvidə bəyan edirlər. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevin səfəri çərçivəsində Berlində keçirilən Almaniya-Qazaxıstan Biznes Forumunun açılış mərasimindəki çıxışında Orta dəhlizin önəmindən danışıb. O bildirib ki, bu marşrut Qazaxıstan, Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında strateji bağlantıya çevrilə bilər. 

Almaniya Prezidenti vurğulayıb ki, bunun üçün təkcə dəmir yolları, avtomobil yolları və limanlar kifayət etmir, bütün marşrut boyunca yüksəkötürücülü aşırma məntəqələri, daha sürətli gömrük prosedurları, rəqəmsal interfeyslər və etibarlı qaydalar lazımdır. Dəhlizin genişləndirilməsini gələcəyin layihəsi adlandıran Frank-Valter Ştaynmayer bu istiqamətdə birgə işləməyin vacibliyini diqqətə çatdırıb. Marşrutun Mərkəzi Asiya tərəfindəki əsas iştirakçılarından olan Qazaxıstanın dövlət başçısı Kasım-Æomart Tokayev də gələcəkdə ölkə-sinin bu dəhliz vasitəsilə yük daşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətində olduğunu və növbəti əsas vəzifənin Orta dəhlizin Avropa nəqliyyat sistemi ilə effektiv şəkildə inteqrasiyasını təmin etməyi xüsusi nəzərə çarpdırıb.  

Qazaxıstanın enerji və yük ixracında yaranan çətinlikləri fonunda Azərbaycan və Türkiyə ilə Orta dəhliz vasitəsilə daxili inteqrasiyanı dərinləşdirməsi region dövlətləri üçün mühüm nailiyyətdir. Bu əməkdaşlıq orta və kiçik dövlətlərə də iqtisadi üstünlüklər qazandırır. Gələcəkdə ticarət marşrutlarının şimala və ya başqa istiqamətlərə yönəlməsi ehtimalları fonunda Orta dəhlizin əhəmiyyətinin, yükdaşıma həcminin davamlı artacağı proqnozlaşdırılır. Azərbaycanın Avropanın aparıcı ölkələri, Yaxın Şərq dövlətləri, Türkiyə və digər türk respublikaları ilə nümunəvi əməkdaşlıq modeli Orta dəhlizin daha səmərəli fəaliyyət göstərəcəyini əyani şəkildə nümayiş etdirir. 

Mötəbər beynəlxalq maliyyə qurumlarının təhlilləri də dəhlizin nəhəng potensialını  sübut edir. Dünya Bankının "İnteqrasiya: Trans-Xəzər Nəqliyyat Marşrutu boyunca yüksəksəviyyəli ticarət logistikası" adlı hesabatını şərh edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib ki, yeni araşdırma Orta dəhlizin artan rolunu və iqtisadi potensialını bir daha təsdiqləyir. Nazir müavininin sözlərinə görə, hazırda həyata keçirilən tədbirlər və infrastruktur layihələri hesabına 2040-cı ilədək Orta dəhlizin yük dövriyyəsinin təxminən dörd dəfə artacağı, yükdaşımaların müddətinin isə təxminən üçdəikiyə qədər azalacağı gözlənilir. Araşdırmaya əsasən, dəhliz boyunca yerləşən regionda ÜDM təxminən 3,3 faiz artacaq və təxminən 2 milyon yeni iş yeri açılacaq. Dünya Bankı bu strateji dividendlərin dəhliz boyunca yerləşən doqquz ölkədə - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda əldə ediləcəyini vurğulayır.

Hesabatda bəyan edilib ki, dəhlizin tam potensialının reallaşdırılması üçün 2040-cı ilədək fiziki infrastruktura ən azı 25 milyard dollar, dəmir yolu qovşaqları, logistika mərkəzləri, terminallar və rəqəmsal sistemlər üzrə isə daha 30 milyard dollar həcmində investisiya tələb olunur. Əlamətdar haldır ki, müəyyən edilmiş 16 ən mühüm infrastruktur layihəsinin 75 faizi artıq icra mərhələsindədir. 

Ölkəmiz Xəzər dənizindən daxil olan yük axınının Bakı-Tbilisi-Qars və digər nəqliyyat bağlantıları vasitəsilə Türkiyə və Avropaya ötürülməsində əsas birləşdirici qovşaq rolu oynayır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinə dair irəli sürdüyü konseptual baxış Azərbaycanın regional geoiqtisadi rolunun əsas sütununu təşkil edir. Dövlətimizin başçısının çıxışında tranzit yüklərin həcmində dinamik artımın yarandığını və uzunmüddətli hədəfin bu daşımaları daha da genişləndirməkdən ibarət olduğunu bildirməsi Azərbaycanın nəqliyyat siyasətinin xarakterini aydın göstərir. Əlbəttə, nəqliyyat sisteminin səmərəliliyi dəhliz ölkələri arasında sıx əlaqələrin səviyyəsindən asılıdır. Prezident İlham Əliyevin "qonşular olmadan böyük tranzit ölkəsi olmaq mümkün deyil" yanaşması bu sahədəki reallığın iqtisadi formuludur. 

Azərbaycanın əsas fərqləndirici üstünlüyü dəmir yolu, avtomobil, dəniz və bərə daşımalarının sinxron fəaliyyət göstərdiyi multimodal sistem formalaşdırmasındadır. Ölkəmizin praktiki göstəriciləri də infrastrukturun artan yük axınına hazır olduğunu nümayiş etdirir. Çin və Mərkəzi Asiyadan gələn yük Qazaxıstan və Xəzər dənizi üzərindən ölkəmizə daxil olur, burada dəniz, dəmir yolu və avtomobil nəqliyyatı bir-biri ilə əlaqələndirilərək Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dəniz, dəmir yolu və avtomobil daşımalarının birləşdiyi əsas qovşaqdır. 

Fiziki infrastrukturun inkişafı ilə yanaşı, rəqəmsallaşma və gömrük idarəetməsinin müasirləşdirilməsi də sürətləndirilib. Əsas hədəf yükün neçə sənədlə, neçə sərhəd dayanacağı ilə və nə qədər az vaxt ərzində mənzil başına çatdırılmasını təmin etməkdir. Bu məqsədlə cari il iyulun 16-da "Bir pəncərə" informasiya sistemi olan Rəqəmsal Logistika Platforması istifadəyə verilib. Platforma xarici ticarət, tranzit və logistika proseslərini vahid elektron mühitdə birləşdirir. Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə yaradılan Trans-Xəzər Gömrük Tranzit Portalı isə dəhliz ölkələrinin gömrük orqanlarından sənədlərin elektron ön emalına şərait yaradır. Ölkəmiz Türkiyənin təcrübəsinə əsaslanaraq Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) inteqrasiyanı sürətləndirir, süni intellekt əsaslı sistemlərdən istifadə edir. 

Ümumilikdə Orta dəhliz yerli məhsulların xarici bazarlara daha sürətli çıxışını təmin etməklə yanaşı, yeni iş yerlərinin açılmasına, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsinə və regionda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olmasına töhfələr verir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda bərpa olunmuş körpüyə baxış 

09:20
01 Oktyabr

Şirvanda sahibkarlara dövlət dəstək mexanizmləri və investisiya imkanları müzakirə olunub

09:15
01 Oktyabr

Heç bir bölgə diqqətdən kənarda qalmır

09:10
01 Oktyabr

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!