01 Oktyabr 2026 08:35
108
SİYASƏT
A- A+
Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar


27 sentyabr və 8 noyabr çağdaş Azərbaycan tarixində dönüşün, yeni mərhələnin başlanğıcını qoydu. İkinci Qarabağ müharibəsinin dəqiq hüquqi-siyasi qiymətini Prezident İlham Əliyev ötən il BMT Baş Məclisinin kürsüsündən verdi: "Biz müharibəni udduq, sülhü qazandıq". Azərbaycan ərazi bütövlüyünü, suverenliyini və milli ləyaqətini hərbi və siyasi-diplomatik vasitələrlə təmin etdi. Azərbaycan hərbçilərinin peşəkarlığı və şücaəti, iqtidar-ordu-xalq birliyi və Prezident İlham Əliyevin liderlik məharəti, strateji planlaşdırmaları, qətiyyəti, uzunmüddətli dövlət təcrübəsi qalibiyyətimizi təmin edən əsas amillər oldu. 

Bu gün qarşıda başqa vəzifələr dayanır: hərbi-siyasi qələbədən sonra Azərbaycan öz beynəlxalq mövqeyini necə formalaşdırır və dünyada hansı rolu oynayır. Azərbaycan "orta güc" kimi formalaşmaqdadır və bu proses bir neçə amilin bir-birini tamamlaması ilə gedir. Birincisi, dövlətin müstəqil qərarvermə imkanlarına malik olmasıdır, milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasətin aparılmasıdır. İkincisi, bunun təmini üçün iqtisadi və enerji potensialına malik olması, bu sahədə tərəfdaşlıq və əməkdaşlıq yaratmasıdır. 30 dövlətlə strateji tərəfdaşlıq münasibətlərimiz var. Üçüncüsü, nəqliyyat və logistika imkanlarıdır. Azərbaycanın geosiyasi mövqeyi ölkəyə xüsusi imkanlar verir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və enerji marşrutlarının üzərində yerləşir. Azərbaycan Prezidenti ölkəmizin coğrafi mövqeyinin üstünlüklərini strateji dividentlərə çevirən kurs həyata keçirir. Buna görə enerji və nəqliyyat diplomatiyası Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Dördüncüsü, hərbi təhlükəsizlik və müdafiə qabiliyyətidir. Beşincisi, beynəlxalq təşkilatlarda və çoxtərəfli diplomatiyada fəallıqdır. 2025-2026-cı illərdə Azərbaycan beynəlxalq təşkilatların və onların seçkili orqanlarının 17 vəzifə və üzvlüyünə irəli sürdüyü namizədliklərin hər biri üzrə uğur əldə edib. Bu, məhz Prezident İlham Əliyevin istiqamətlərini müəyyən etdiyi xarici siyasət kursunun bəhrəsidir. Altıncısı isə humanitar, mədəniyyət diplomatiyasıdır və "yumşaq güc" amilində istifadə ilə milli maraqların təminidir. Yeddinci isə parlament diplomatiyasının uğurla aparılmasıdır. 

24-27 sentyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclasında Tacikistanın təklifi ilə sülh mədəniyyətinin gücləndirilməsi haqqında "Sülh mədəniyyətinin, tolerantlıq və xalqların mədəni dəyərlərinə hörmətin gücləndirilməsi haqqında" qətnamə qəbul edildi. Bu qətnamə 2026-cı ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilmiş "Gələcək nəsillər üçün sülhün möhkəmləndirilməsi üzrə Beynəlxalq Onillik (2027-2036)" haqqında qətnamənin kontekstində hazırlanmışdır. 

Azərbaycan tərəfinin sülh yaratma təcrübəsi əsasında aşağıdakı iki təklif də səsə qoyularaq Qətnamə mətninə daxil edilmişdir: 

Təkcə silahlı münaqişələrin dayandırılması deyil, həm də barışıq, münaqişədən sonrakı bərpa, sosial və iqtisadi reinteqrasiya istiqamətində davamlı səylərin göstərilməsinin, habelə davamlı inkişaf üçün əlverişli şəraitin yaradılmasının uzunmüddətli sülh və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu qəbul edərək; 

APA üzv dövlətlərinin müxtəlif regionlarda münaqişədən sonrakı bərpa, humanitar minatəmizləmə, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı və reinteqrasiyası, habelə regional bağlantıların inkişafı sahəsində təcrübəsinin hazırkı və gələcək nəsillər üçün sülhün möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylər baxımından mühüm praktiki təcrübə təşkil etdiyini qəbul edərək;

Bakı artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirə edildiyi platformalardan birinə çevrilmək istiqamətində fəaliyyət göstərir. 2026-cı ilin sentyabrında Bakıda Prezident İlham Əliyevin himayəsi altında 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. 30 trilyon dollar həcmində aktivləri idarə edən şirkət rəhbərləri Bakıda bir araya gəldilər.

Burada 2020-ci il Zəfəri ilə sonrakı diplomatik proseslər arasında əlaqəni də qeyd etmək lazımdır. Bu gün Azərbaycan hərbi qələbəni davamlı sülhə, iqtisadi imkanları dayanıqlı inkişafa, geosiyasi mövqeyi regional əməkdaşlığa, beynəlxalq nüfuzu isə konstruktiv diplomatik fəaliyyətə çevirmək istiqamətində daxili və xarici siyasətini uğurla davam etdirir. Bu siyasət Prezident İlham Əliyevin strateji baxışları və mükəmməl dövlət idarəçiliyi təcrübəsinə uyğun müəyyən edilir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı da son illərin diqqətçəkən istiqamətlərindəndir. C6 formatında fəaliyyət, Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi və geoiqtisadi məkan təşkil edir. 

27 sentyabrın əsas mesajlarından biri də budur: tarixi yaddaş qorunmalı, əldə edilmiş nəticələrə əsaslanmaqla gələcəyə məsuliyyətlə yanaşma davam etdirilməlidir. 


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb  

19:39
30 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:24
30 Sentyabr

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib  

19:22
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!