01 Oktyabr 2026 08:55
130
İQTİSADİYYAT
A- A+
Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır


Qlobal səviyyədə baş verən proseslər Orta dəhlizi dünyanın ən etibarlı və  səmərəli marşruta çevirib. Hazırda  bütün beynəlxalq əhəmiyyətli marşrutlar döyüş zonalarındadır. Bu üzdən dünya ticarət və təchizat zəncirində böyük qırılmalar baş verib. Orta dəhliz boyunca isə bütün ölkələrdə sülh hökm sürür. 44 günlük Zəfər qazandığımız tarixi qələbəmiz "Qarabağ düyünü"nü qırıb atdı. Beləliklə, marşrut boyunca olan tək bir problem də həllini tapdı. 

Hazırda Orta dəhliz dünyanın tək ümid yeridir. Buna görə də son illər Asiya ilə Avropanı birləşdirən bu marşrut bütün qlobal iqtisadi və investisiya tədbirlərində geniş müzakirə olunur. 

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorun Prezident İlham Əliyevə "Qlobal ticarət və təchizat zəncirinin yenidən formalaşdığı bir vaxtda Azərbaycanın strateji rolunun necə dəyişəcəyini düşünürsünüz?" sualının  ünvanlanması da ölkəmizin dünya logistikasında oynadığı əhəmiyyətli mövqeyi ilə bağlıdır. Dövlət başçısı bununla bağlı bildirdi ki, ilk növbədə, dəmir yollarına, dəniz limanlarına, hava və avtomobil yollarına böyük həcmdə investisiya yatırılıb. Bunun nəticəsində ölkədəki dəmir yolu xətlərinin 60 faizi elektrikləşdirilib və bu proses davam edir. 

Prezident İlham Əliyev dünya logistika sistemində ölkəmizin əhəmiyyətinin artdığını vurğulayaraq demişdir: "Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır".

Orta dəhlizin keçdiyi ölkələr imkanları daxilində marşrutun inkişafı üçün investisiyalar yatırır. Lakin bu yolun əhəmiyyəti artdıqca onun yükötürmə qabiliyyətinin daha çox artırılması məsələsi ortaya çıxır. Bu isə böyük həcmdə investisiyaların yatırılmasını tələb edir. Dünya Bankının "İnteqrasiya: Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta dəhliz) boyunca yüksəksəviyyəli ticarət logistikası" adlı hesabatında bildirlir ki, ən əhəmiyyətli investisiya layihələrinin böyük hissəsi dəhliz üzərində yerləşən dövlətlərdə hazırda icra mərhələsindədir və ya hazırlığın qabaqcıl mərhələsindədir. Eyni zamanda rəqabət qabiliyyətinin davamlı yüksəldilməsi, yükdaşıma həcminin artırılması və iqtisadi təsirin gücləndirilməsi dəhlizin effektivliyinin artırılmasını, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini və bütün iştirakçı ölkələrdə institusional islahatların aparılmasını tələb edəcək. Bundan başqa, təxminən 30 milyard dollar dəhlizi milli iqtisadiyyatlara qovuşduran birləşdirici avtomobil və dəmir yolları, yük hərəkətini sürətləndirmək məqsədilə logistika qovşaqları və daxili terminallar, eləcə də bütün nəqliyyat şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin edən logistika avadanlıqları - hərəkət heyəti (lokomotivlər və vaqonlar), yükləmə-boşaltma texnikası və rəqəmsal platformalar da daxil olmaqla, "təminedici" investisiyalara sərf olunmalıdır.

Bankın hesabatında həmçinin vurğulanır ki, dəhlizin son nəticədə uğuru sərhəd keçidlərində gecikmələrin minimuma endirilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması, nəqliyyat qovşaqlarının fəaliyyətinin koordinasiyası və sabit xidmətin göstərilməsi üçün ölkələrin və operatorların birgə əməkdaşlığını nə qədər səmərəli təşkil etməsindən asılı olacaq.

Bankın ekspertləri ümid edirlər ki, hökumətlər, nəqliyyat operatorları və özəl sektor arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi marşrutun etibarlılığının yüksəldilməsi, investisiyaların cəlb edilməsi və dəhlizin genişmiqyaslı iqtisadi artım platformasına çevrilməsi üçün zəmin yaradacaq.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda  infrastruktur üzrə ekspert Çarlz Kormye: "Dəhlizin tam potensialının üzə çıxarılması dövlət sərhədlərindən yüklərin daha sürətli, proqnozlaşdırıla bilən və rahat hərəkətini təmin edəcək praktik addımlardan asılıdır. Daha yaxşı inteqrasiya olunmuş dəmir yolları, limanlar, logistika mərkəzləri və rəqəmsal sistemlər ölkələr və operatorlar arasında dərinləşdirilmiş koordinasiya ilə birlikdə TBNM-i biznes üçün rəqabətqabiliyyətli marşruta və regional inkişafın dayanıqlı platformasına çevirməyə qadirdir".

Dünya Bankı Trans-Xəzər Nəqliyyat Marşrutunun 2040-cı ilə qədər lazım olacaq investisiyanın həcmini açıqlayıb. Həmin hesabatda bunun üçün 55 milyard dollar investisiyanın qoyulmasının tələb olunduğu bildirilir. Hesabatda Azərbaycanın Orta dəhlizdəki potensialının 2040-cı ilədək reallaşdıracaq layihələr üçün 1,6 milyard dollar investisiyaların lazım olacağı bildirilir. Ölkəmizə qoyulacaq investisiya portfeli üç əsas istiqaməti əhatə edəcək. Bakı-Ələt-Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsi üçün 260 milyon dollar lazım olacaq. İkinci istiqamət milli quru limanların maliyyələşdirilməsidir. Bunun üçün 300 milyon dollar lazımdır. Ən çox vəsaitin ayrılması Bakı-Ələt-Böyük-Kəsik xəttinin buraxılış və yükgötürmə qabiliyyətinin perspektivdə artırılmasına sərf ediləcək. Bu iş üçün isə 600 milyon dollar vəsaitin ayrılması tələb olunur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda bərpa olunmuş körpüyə baxış 

09:20
01 Oktyabr

Şirvanda sahibkarlara dövlət dəstək mexanizmləri və investisiya imkanları müzakirə olunub

09:15
01 Oktyabr

Heç bir bölgə diqqətdən kənarda qalmır

09:10
01 Oktyabr

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!