01 Oktyabr 2026 08:20
176
İQTİSADİYYAT
A- A+
2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı


Sentyabrın 25-26-da Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu  insan kapitalı, texnologiya, qabaqcıl təcrübə və beynəlxalq əməkdaşlığın vahid iqtisadi strategiyada birləşdiyini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında  peşəkar kadrlar, rəqəmsal transformasiya, enerji potensialı və əlverişli investisiya mühitinin yeni iqtisadi imkanların reallaşdırılmasındakı rolu xüsusi vurğuladı.

Dövlət başçısı forumda peşəkar və ixtisaslı kadrların iqtisadi məqsədlərə çatmaq üçün əsas amillərdən biri olduğunu diqqətə çatdırıb. Texnologiyaların əldə edilməsinin mümkün olduğunu, lakin təcrübə və insan kapitalının xüsusi əhəmiyyət daşıdığını qeyd edən İlham Əliyev Azərbaycanda neft-qaz sənayesinin keçdiyi yolu nümunə göstərib. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən Qərbin enerji şirkətlərində çalışanların böyük əksəriyyətini əcnəbilər təşkil etdiyi halda, hazırda bu nisbətin kəskin dəyişməsi ölkədə yerli kadr potensialının formalaşdırılmasının nəticəsi kimi təqdim edilib. Proses yalnız milli kadrların hazırlanmasına deyil, Azərbaycan vətəndaşlarının qlobal şirkətlərdə müxtəlif vəzifələrdə fəaliyyət göstərməsinə də imkan yaradıb.

Yeri gəlmişkən, beynəlxalq investisiya forumları yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, perspektiv layihələrin təqdim olunması və investisiya təşəbbüslərinin reallaşdırılması baxımından mühüm platformadır. Belə tədbirlər ölkənin sosial-iqtisadi inkişaf hədəflərinin reallaşdırılması üçün investisiya resurslarının səfərbər olunmasına xidmət edən mexanizmlərdəndir. 2025-ci ilin sentyabrında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 

10 milyard  dollardan çox olan investisiya sazişlərinin imzalanması və bunun 7 milyard  dollardan çox hissəsinin neftdənkənar sahəni əhatə etməsi, bu baxımdan, diqqətəlayiqdir. 2-ci forumda isə ümumilikdə 23 sənəd imzalanıb. Bu sənədlərin əhatə etdiyi investisiya layihələrinin ümumi dəyəri 10,8 milyard dollar təşkil edir.

Forumun gündəliyində Orta dəhliz, enerji və "yaşıl keçid", süni intellekt və rəqəmsal transformasiya, sənaye və azad iqtisadi zonalar, maliyyə əməkdaşlığı, aqrobiznes, turizm, daşınmaz əmlak və insan kapitalına investisiya qoyuluşu  kimi geniş istiqamətlər yer alıb. Məhz bu sadalananlar Azərbaycanın  iqtisadi və coğrafi üstünlüklərindən daha səmərəli istifadə etməklə yanaşı, yeni texnoloji və innovativ sahələrdə investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədovun sözlərinə görə, Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna yönəldilən investisiyalar ölkənin tranzit imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Bu layihələr yeni istehsal və xidmət sahələrinin yaranmasına, regionlarda iqtisadi fəallığın artmasına və Azərbaycanın beynəlxalq dəyər zəncirlərinə daha sıx inteqrasiyasına yol açır. Məsələn Orta dəhlizə yönələn investisiyalar nəqliyyat sektorundan kənara çıxaraq sənaye və xidmət sahələrinin inkişafına geniş imkanlar yarada bilər: "Sənaye və azad iqtisadi zonalar iqtisadi diversifikasiyanı, Orta dəhliz və logistika beynəlxalq iqtisadi inteqrasiyanı, "yaşıl enerji" ekoloji dayanıqlı inkişafı, süni intellekt və rəqəmsallaşma innovasiya və məhsuldarlığın artırılmasını, aqrobiznes regional inkişafı, insan kapitalı isə uzunmüddətli rəqabətqabiliyyətliliyi dəstəkləyən investisiya istiqamətləri kimi çıxış edir".

Forum çərçivəsində əldə olunan razılaşmaların sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə sənədlər üzərində  rəsmiləşdirilməsi investisiya gündəliyinin artıq praktiki müstəviyə keçdiyini göstərən mühüm addımdır. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bu sənədlər Azərbaycanın müxtəlif istiqamətlər üzrə beynəlxalq əməkdaşlığını daha çox genişləndirmək niyyətini ortaya qoyur. SOCAR, "TotalEnergies", XRG, "Comstock Resources", "Apollo", SEFE, "Eni", "ExxonMobil", "Oracle", VNG, "UFlex Group", "Carlsberg Group" və "Hong Kong Renteng International Trade Co. Limited" kimi şirkətlərlə imzalanan razılaşmalar  həmin əməkdaşlığın coğrafiyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bütün bunlar göstərir ki, Azərbaycanın investisiya gündəliyi yalnız ölkəyə yeni kapitalın cəlb olunması ilə məhdudlaşmır, eyni zamanda regional iqtisadi əlaqələrin genişləndirilməsini və qarşılıqlı investisiya imkanlarının artırılmasını da nəzərdə tutur. Bu baxımdan, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın regional iqtisadi inteqrasiyasının mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət Evinin direktoru Ramin Şərifovun fikirləri maraqlıdır: "İnvestisiya əməkdaşlığının perspektivli istiqamətlərindən biri də bərpaolunan enerjidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan 2025-ci ildə "Yaşıl Dəhliz Birliyi" adlı birgə müəssisə yaradıblar. Məqsəd Mərkəzi Asiyada istehsal olunan enerjinin Azərbaycan üzərindən ixracı və gələcəkdə Xəzər dənizinin dibi ilə enerji ötürülməsi imkanlarının inkişaf etdirilməsidir. Bu layihə reallaşarsa, Azərbaycan yalnız neft-qaz ixracatçısı deyil, həm də regionlararası "yaşıl enerji" tranzit mərkəzi kimi mövqeyini gücləndirə bilər. 2-ci Azər-baycan Beynəlxalq İnvestisiya Forumu qeyd olunan sahələrlə maraqlanan biznes qurumlarına ətraflı məlumat almağa şərait yaratdı. Forum çərçivəsində ümumi dəyəri 10 milyard dollardan artıq həcmdə investisiya sənədlərinin imzalanması da təsadüfi deyildi. Bunlar Azərbaycana investisiya axınını təmin edən sənədlərdir".

Göründüyü kimi, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyində yer alan əsas istiqamətlər ölkənin sosial-iqtisadi inkişaf proqramlarında müəyyən edilmiş prioritetlərlə qarşılıqlı şəkildə əlaqələndirilib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb  

19:39
30 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:24
30 Sentyabr

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib  

19:22
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!