02 Oktyabr 2026 09:40
986
Mədəniyyət
A- A+
Ehtiramla xatırlanan general 

Ehtiramla xatırlanan general 


O, atasının yolunu davam etdirən vətənpərvər hərbçi idi 


Teymur bəy 1880-ci il aprelin 20-də Azərbaycanın qərb bölgəsində -Yelizavetpol (indi Gəncə)  qəzasının Qovlar kəndində peşəkar hərbçi,  rus ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun ailəsində dünyaya göz açıb.

Uşaqlıqdan hərbçi peşəsinə böyük maraq göstərən Teymur atasının yolunu davam etdirmək istəyində olduğundan ibtidai təhsilini Tiflis kadet korpusunda alıb. 1898-ci ildə Yelizavetqrad süvari yunker məktəbinə daxil olaraq, zabit məktəbini müvəffəqiyyətlə bitirib. Atası Mirzə Hacı bəy Novruzov zadəgan nəslindən olduğuna görə Teymur bu məktəbdən sonra Peterburqdakı Paj hərbi korpusunda təhsil alıb. 

T.Novruzov 1900-cü ildə rus ordusunda xüsusi atlı qoşun hissələri tərkibindəki polkda yunker qismində hərbi xidmətə başlayıb. 1901-ci ildə ona çar süvari qoşununun birinci zabit rütbəsi sayılan kornet rütbəsi verilib. O, 1905-ci ildən etibarən poruççik, 1909-cu ildən ştabs-rotmistr, 1913-cü ildən isə rotmistr hərbi zabit rütbəsinə yiyələnib. 

Teymur bəy Novruzov I Dünya müharibəsində Nijeqorodskoy 17-ci Əlahəzrət draqun polkunun 4-cü eskadronunun komandiri vəzifəsində iştirak edib. Bu polk Qafqaz süvari diviziyasına daxil idi və rus ordusunun ən etibarlı polklarından sayılırdı. I Dünya müharibəsi illərində həmin polk bir sıra hücumlar yerinə yetirərək, Cənub-Qərb cəbhəsinin əməliyyatlarında yaxından iştirak etmişdi.

T.Novruzov rus ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə, o cümlədən 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav", 1913-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 2 noyabr 1914-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı" ilə təltif edilmişdi. 

1917-ci ilin sonlarında Almaniya ilə Rusiya arasında hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalandıqdan sonra Qafqaz cəbhəsində - Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında 14 maddədən ibarət barışıq sazişi imzalandı. Ərzincan barışığının şərtlərinə əsasən, Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkildi. Orduda bolşevik təbliğatının güclənməsinin təhlükə yaradacağından ehtiyatlanan Zaqafqaziya Komissarlığı 1917-ci il dekabrın 19-da Qafqazdakı rus ordusunun buraxılması haqqında əmr verərək bu hərbi hissələrin yalnız milli korpuslar halında saxlanılması nəzərə alındı. Beləliklə, Rus Qafqaz Ordusu ləğv edildikdən sonra gürcü, erməni, Azərbaycan və rus milli korpusları yaradıldı. Milli korpusların təcili yaradılması ilk növbədə Qafqaz cəbhəsindən geri çəkilən rus əsgərlərinin yerli əhaliyə qarşı törətdiyi terror və soyğunçuluqların qarşısının alınmasına hesablanmışdı.

Çarizmin yeritdiyi mürtəce və milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq gürcü və ermənilər azərbaycanlılardan fərqli olaraq əsgərlikdən azad edilməmiş və onlar nizami rus ordu sıralarında xidmətə çağırılaraq hərbi təlim almışdılar. Onların hərbi xidmət görmüş zabitlərdən ibarət nizami hərbi hissələri var idi. Məsələn, Bakı Sovetinin hərbi qüvvələrinin əsasını erməni hərbi hissələri təşkil edirdi. Gürcü və ermənilər hər növ silahlara malik hərbi hissələrə yiyələndiyi halda, Azərbaycan milli korpusunun yaradılması prosesi yenicə başlayırdı və olduqca ağır şəraitdə aparılırdı.

1918-ci il aprelin sonlarında general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında yaradılan Azərbaycan korpusunun sıralarında Teymur bəy respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında yaxından iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə I süvari Tatar polkunun komandiri polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilib. Bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanın komandiri təyin edilib. 

Professor Ədalət Tahirzadənin, hərbçi-tədqiqatçı Şəmistan Nəzirlinin, Milli Arxiv İdarəsinin məsul işçisi Rafiq Səfərovun araşdırmalarında qeyd edildiyi kimi, Azərbaycan Ordusunda süvari hissələrinin yaradılması, komplektləşdirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində  T.Novruzovun böyük xidmətləri olub. Süvari diviziyasının komandiri kimi süvari polkların formalaşmasında var qüvvəsi ilə çalışıb. Azərbaycan Ordusuna verilmiş bütün döyüş tapşırıqlarının yerinə yetirilməsində süvari diviziyasının hissə və bölmələri yaxından iştirak edib, Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. O, 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşmiş daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında da fərqlənib.

T.Novruzov Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun, hələ sağlığında haqqında şərqilər qoşulmuş azsaylı hərbçilərindəndir. O, Qafqaz cəbhəsindən dönən rus qoşunlarının 1918-ci il yanvarın 9-da Şəmkirdə ("Şamxor davası"nda) tərk-silah edilməsinin, eləcə də sovet işğalçılarına qarşı Gəncə üsyanının (1920)  təşkilatçılarından olub.  Qırmızı Ordu çox böyük qüvvə üstünlüyü hesabına bu üsyanı yatırandan sonra T.Novruzov mühacirət etmək məcburiyyətində qalıb. O, Gürcüstandan keçərək Almaniyaya, oradan da Fransaya gedib.

General-mayor Teymur Mirzə Hacı bəy oğlu Novruzov 1961-ci il yanvarın 23-də Fransanın Nitsa şəhərindən 30 km. məsafədə Mentonda vəfat edib və şəhərin Kokad qəbiristanlığında dəfn edilib. 

Ölkəmiz tarixi müstəqilliyinə qovuşduqdan sonra Fransada yaşayan soydaşlarımız, diaspor təşkilatının üzvləri, habelə bütün xalqımız Milli Ordu quruculuğunda müstəsna xidmətləri olan general-mayor Teymur bəy Novruzovu doğum və anım günlərində, eləcə də tarixi bayramlarda böyük ehtiram və sevgi ilə yada salır, xatirəsini əziz tutur.


Rəhman SALMANLI,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!