02 Oktyabr 2026 09:50
72
CƏMİYYƏT
A- A+
Sevgi və sədaqət nümunəsi

Sevgi və sədaqət nümunəsi


O, dünyaya payız ətirli bir gündə - 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində göz açıb. Gəlişi ilə doğmalarının gözündə təbiətin payızını bahara çevirib. O vaxtdan hər ilin oktyabr ayında Həsənovlar ailəsi Həsənin ad gününü sevinclə, fərəhlə qarşılayıb.

Həsən Həsənovun uşaqlıq illəri Vətənin ağır illərinə təsadüf edib. O dövrdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri erməni quldurlarının hücumlarına məruz qalıb. Onda da mərd, igid övladları Vətən torpaqlarının işğalına, soydaşlarına düşmənin işgəncələr verməsinə dözməyiblər. Yağılarla mübarizəyə qalxıblar. 

O zaman müstəqilliyinə yeni qovuşan respublikamız iqtisadi tənəzzüllə üzləşmiş, hələ ordusunu formalaşdırmağa macal tapmamışdı. Xarici havadarlarından hər cür yardım alan, silahlandırılan Ermənistan 1990-cı illərdə Azərbaycan ərazilərinin iyirmi faizini işğal edərək uzun illər əsarət altında saxlaya bilib. 

Qəhrəmanlar yurdu Azərbaycanda o illərdə də Vətənə sevgi və təəssübkeşlik ruhunda mərd övladlar böyüyüb. Həsən Rəhim oğlu Həsənov da onlardan biri olub. O, 1997-2008-ci illərdə Şirvan şəhər 2 saylı tam orta məktəbdə təhsil alıb. 

Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən "N" hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Həsən məsuliyyətli, xeyirxah, doğruluğu sevən, mehriban gənc kimi hər yerdə özünə hörmət qazanmağı, sevdirməyi bacarıb. Ona inanıb, güvəniblər. Biliblər ki, heç vaxt ədalət duyğusunu itirməz, haqsızın tərəfində dayanmaz. 

Ailəsinə, dostlarına çox bağlı olub. Vətənə sədaqətlə xidmət edib. Azərbaycanın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yağıların tapdağından xilası onun ən böyük arzusu, amalı olub.

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı səbəbindən İkinci Qarabağ müharibəsi başlayıb. Müharibənin ilk günündən Azərbaycan Ordusunun çavuşu Həsən Həsənov da ön sıralarda yer alıb. Otuz ilə yaxın düşmən işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzurun azadlığı uğrunda gedən şiddətli döyüşlərdə o da cəsarətlə vuruşub, rəşadət göstərib.

Hər ilin oktyabr ayını Həsənovlar ailəsi Həsənin ad günü sevinci ilə, bayram əhvali-ruhiyyəsi ilə qarşılayırdı. 2020-ci ilin oktyabrı əvvəlki illərə bənzəməyib. Ata-anası, həyat yoldaşı nigaranlıq, həyəcan içində ön cəbhədən xəbər gözləyiblər.  Həsənin iki kiçik oğlunu bağırlarına basıb düşmənlə ölüm-dirim savaşında qəhrəmanlıq nümunəsi göstərən bütün cəsur Azərbaycan övladlarına qələbələr arzulayıblar.

Oktyabrın 2-də Füzuli istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində qəhrəmanlığı ilə seçilən igid çavuş Həsən Həsənov şəhid olub. Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə göstərdiyi şücaətə görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Həsən Həsənov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Otuz yaşında şəhidlik zirvəsinə ucalan Həsən Həsənovun ömrü yarımçıq qalsa da, Vətən sevgisi, mərdliyi, insanlığı ilə yaddaşlarda əbədi iz qoyub. O, ömrünün ən gözəl çağlarını Vətənə xidmətə həsr edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canından keçib. Bu gün Həsən kimi qəhrəman oğulların həyatı, döyüş yolu, göstərdikləri qəhrəmanlıqlarla yalnız doğmaları, dostları yox, bütün Azərbaycan xalqı qürur duyur.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhidlərin xatirəsi anılıb

10:00
02 Oktyabr

Sevgi və sədaqət nümunəsi

09:50
02 Oktyabr

Ehtiramla xatırlanan general 

09:40
02 Oktyabr

ZƏFƏR gündəliyi

09:30
02 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

09:20
02 Oktyabr

Dağ kəndinin problemləri həllini tapır

09:10
02 Oktyabr

2020-ci ildən bəri qeyri-neft ixracı təxminən 2 dəfə artıb

09:00
02 Oktyabr

Azərbaycanın tranzit imkanları Orta dəhlizin funksionallığını artırır

08:50
02 Oktyabr

Regionun neft-qaz ixracı mərkəzi

08:40
02 Oktyabr

COP17 Ermənistanın ekoloji terrorunu ört-basdır edə bilməz

08:30
02 Oktyabr

Bakıda "Tashkent Content Market - 2027" beynəlxalq məzmun platformasının təqdimatı olub

08:20
02 Oktyabr

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

08:10
02 Oktyabr

Əməkdaşlıq platforması 

08:00
02 Oktyabr

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:52
02 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə

01:51
02 Oktyabr

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
02 Oktyabr

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

23:39
01 Oktyabr

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

23:01
01 Oktyabr

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

22:49
01 Oktyabr

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

22:48
01 Oktyabr

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

22:33
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!