30 Sentyabr 2026 01:43
240
Mədəniyyət
A- A+
Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub


Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər. 

Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.

Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək deyib: "Harmoniya" sənədli filmi bizi müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları bir-birinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət edir. Bu gün təqdim olunan film eyni Vətəni - Azərbaycanı paylaşan müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır".

İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdıran səfir deyib: "Məscidlər, kilsələr və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil. Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və möhkəmləndirilib".

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub. Müraciətdə kardinal "Harmoniya" sənədli filminin multikulturalizm və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyini bildirir. Qeyd olunub ki, filmin elə adı da bizə vacib bir məqamı xatırladır: "harmoniya fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı öyrənməyə səsləyir".

Müraciətdə həmçinin deyilir: "Dinlərarası dialoq yalnız bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni zamanda münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif inanclara mənsub insanların yan-yana yaşamaq tərzində əksini tapır. İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri bir-biri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu nəsildən-nəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını bildirib.

Komitə sədri "Harmoniya" sənədli filminin Azərbaycan torpağından bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu vurğulayaraq deyib: "Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə Azərbaycanın həqiqi reallığını əks etdirir".

Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.

Sonra "Harmoniya" filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

09:00
30 Sentyabr

Bakı ilk dəfə CAMCA Regional Forumuna evsahibliyi edəcək

08:15
30 Sentyabr

Əməkdaşlıq, dialoq və etimad ünvanı

08:00
30 Sentyabr

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

07:31
30 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

07:23
30 Sentyabr

İran nə vaxtsa təslim olmaq qərarına gələcək

07:19
30 Sentyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

07:17
30 Sentyabr

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

01:43
30 Sentyabr

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

23:45
29 Sentyabr

“Xarıbülbül” “Route du Vin” marafonunda

22:31
29 Sentyabr

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

22:09
29 Sentyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

21:49
29 Sentyabr

Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub

21:39
29 Sentyabr

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

21:28
29 Sentyabr

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

21:27
29 Sentyabr

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

21:19
29 Sentyabr

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

20:59
29 Sentyabr

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

20:59
29 Sentyabr

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

20:48
29 Sentyabr

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

19:48
29 Sentyabr

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

19:37
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!