01 Oktyabr 2026 23:39
101
SİYASƏT
A- A+
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” və “Securex Caspian-2026” sərgiləri çərçivəsində oktyabrın 1-də bir sıra görüşlər keçirib.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus, Türkiyənin milli müdafiə nazirinin müavini Salih Ayhan, Özbəkistanın Müdafiə Sənayesi Komitəsinin sədri Akmal Jumanazarov Ruzikuloviç, İtaliyanın Milli Silahlanma qurumunun sənaye siyasəti və beynəlxalq əlaqələr bölməsinin rəisi Luigi Casali, Çinin “Norinco”, Birləşmiş Ərəb Əmirliklərinin “Tavazun”, Pakistanın “Heavy Industry Taxila” və İspaniyanın “INDRA” şirkətinin rəhbər şəxsləri ilə görüşüb.

Sərginin ikinci günü, həmçinin müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Uqandanın Xalq Müdafiə Qüvvələri Artilleriya diviziyasının komandiri Daniel Kakono Mugumya və Belarusun müdafiə nazirinin silahlanma üzrə müavini Andrey Fedin, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov isə Braziliya Müdafiə Nazirliyinin Ticarətin təşviqi departamentinin direktoru Joelson Rodrigues De Carvalho ilə görüşüblər.

Görüşlər zamanı müdafiə sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif istiqamətlərdə birgə fəaliyyət imkanları müzakirə olunub. Tərəflər müdafiə sənayesi müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi, texnoloji əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “ADEX-2026” və “Securex Caspian-2026” sərgiləri oktyabrın 2-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

23:39
01 Oktyabr

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

23:01
01 Oktyabr

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

22:49
01 Oktyabr

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

22:48
01 Oktyabr

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

22:33
01 Oktyabr

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib

21:59
01 Oktyabr

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir 

21:31
01 Oktyabr

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

20:38
01 Oktyabr

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

19:36
01 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

19:28
01 Oktyabr

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

19:21
01 Oktyabr

Alp dağları əriyir: İsveçrənin buzlaqları daha bir rekordun astanasında

19:04
01 Oktyabr

 FHN-dən kiçikhəcmli gəmi istifadəçilərinə xəbərdarlıq  

18:59
01 Oktyabr

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

18:44
01 Oktyabr

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

18:26
01 Oktyabr

SOCAR Serbiyada 500 MVt-lıq elektrik stansiyası tikəcək

18:25
01 Oktyabr

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

18:21
01 Oktyabr

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

18:21
01 Oktyabr

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

18:17
01 Oktyabr

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb

18:10
01 Oktyabr

Ali Məclisin deputatının mandatı ləğv edilib

18:08
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!