30 Sentyabr 2026 10:10
80
Mədəniyyət
A- A+
ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb


ADA Universitetində Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə ölkəmizin müxtəlif ali təhsil ocaqlarından tələbələr və müəllim heyəti, eləcə də döyüş meydanında odun-alovun içindən qələbəyə qədər getmiş qazilər, şəhid ailələrinin üzvləri bir araya gəliblər.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Vətənimizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini birdəqiqəlik sükutla yad etməklə başlayıb.

Daha sonra çıxış edən "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva tədbirdə nümayiş etdiriləcək "Zəfər rəqsi" filmi barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr edilən "Zəfər rəqsi" qısametrajlı bədii filmi "Ədibin Evi" tərəfindən keçirilən Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri Yaşar Bünyadın "Heyvagülü" hekayəsinin motivləri əsasında çəkilib.

Tədbirin keçirildiyi gün, yəni sentyabrın 28-i həm də görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın anım günü olduğunu xatırladan Şəfəq Mehrəliyeva əlavə edib: "Mir Cəlal Azərbaycan ədəbiyyatında hekayəçilik janrının ən parlaq nümayəndələrindən biridir. Onun irsi bizə xatırladır ki, böyük ədəbiyyat həmişə böyük həcm demək deyil. Bəzən bir neçə səhifəlik hekayə uzun bir roman qədər dərin düşüncə doğurur, kiçik bir hadisə bütöv bir dövrün mənzərəsini canlandırır. "Zəfər rəqsi" filmi ilə biz Mir Cəlalın məhz bu üslubunu əks etdirməyə çalışmışıq. Qısa 40 dəqiqəlik filmlə Azərbaycanın tarixi Zəfərinin çox tərəflərinə toxunmaq və onun arxasında duran nəinki keçmiş, həm də gələcəyimizə aid arzularımızı göstərməyə çalışmışıq".

Film nümayişindən sonra yaradıcı heyət tələbələrlə müzakirə aparıb. Ssenari müəllifi və rejissor Gəray Həsən, baş rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Vüsalə Ağamalıyeva Ağayeva bu layihənin onların hər biri üçün xüsusi əhəmiyyət kəsb etdiyini, şanlı tariximizi yaşadıb gənc nəslə ötürməkdə mədəniyyət sahəsinin üzərinə də vəzifələr düşdüyünü bildiriblər.

Təəssüratlarını bölüşən Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn müharibə iştirakçıları və onların ailə üzvlərinin təcrübələrini yaradıcı şəkildə olsa da, dəqiqliklə və təsirli şəkildə canlandıran bu milli kino nümunəsinə görə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran ADA Universitetinin rektoru Hafiz Paşayev "Zəfər rəqsi" filmi heyətinə uğurlu layihəyə görə təbriklərini çatdırıb və bu qəbildən işlərin beynəlxalq səviyyədə də tanınması, Qarabağ Qələbəmizi təmsil etməsinə ehtiyac olduğunu deyib.

Qeyd edək ki, "Balakhani Operating Company LTD" hasilat şirkətinin dəstəyi ilə ASAN TV tərəfindən çəkilən qısametrajlı "Zəfər rəqsi" bədii filmi 2026-cı ildə Rusiya, Kanada, Hindistan, İsveç, Almaniya, Niderland Krallığı və Bolqarıstanda keçirilən Beynəlxalq Film festivallarında münsiflər heyətinin rəğbətini qazanıb, Türkiyədə TURAN Film festivalında TÜRKSOY təşkilatının xüsusi mükafatına layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ZƏFƏR gündəliyi

10:20
30 Sentyabr

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

10:18
30 Sentyabr

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

10:10
30 Sentyabr

Vətən müharibəsinin hər günü şanlı tariximizdir

10:00
30 Sentyabr

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır  

09:54
30 Sentyabr

Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir

09:50
30 Sentyabr

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

09:49
30 Sentyabr

Bakıda qurulan yeni tərəfdaşlıqlar

09:40
30 Sentyabr

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

09:21
30 Sentyabr

BMT tribunasından tarixi ədalət tələbi

09:20
30 Sentyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

09:15
30 Sentyabr

Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı

09:10
30 Sentyabr

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

09:00
30 Sentyabr

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar 

08:29
30 Sentyabr

Bakı ilk dəfə CAMCA Regional Forumuna evsahibliyi edəcək

08:15
30 Sentyabr

Əməkdaşlıq, dialoq və etimad ünvanı

08:00
30 Sentyabr

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

07:31
30 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

07:23
30 Sentyabr

İran nə vaxtsa təslim olmaq qərarına gələcək

07:19
30 Sentyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

07:17
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!