№ 316
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 381-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211 (Cild I); 2025, № 12 (II kitab), maddə 1257; 2026, № 1, maddə 84, № 2, maddə 196, № 5 (II kitab), maddə 477, № 6, maddə 585) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.25.1-ci yarımbəndin birinci cümləsində “daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il” sözləri “və ehtiyatdan daxil olanlar – 3 il, qadınlar – 6 ay” sözləri ilə əvəz edilsin.
2. Həmin Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətə (kursantların həqiqi hərbi xidməti istisna olmaqla) qəbul haqqında Bağlaşma”nın 1.1.1-ci yarımbəndində və 6.1-ci bəndində “il” sözü “ay/il,” sözləri ilə əvəz edilsin.
3. Həmin Qaydaya 2 nömrəli əlavə - “Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətə qəbul haqqında Öhdəlik”in “a” bəndində “qulluq” sözü “xidmət” sözü ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 30 ” “ sentyabr ” 2026-cı il