02 Oktyabr 2026 08:00
196
SİYASƏT
A- A+
Əməkdaşlıq platforması 

Əməkdaşlıq platforması 


"Bakı-Ekspo" Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgilərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sərgilər Azərbaycanın müdafiə sənayesinin inkişafı və bu sahədə əldə etdiyi nəticələrin beynəlxalq miqyasda təqdim olunması baxımından vacibdir. Belə mötəbər beynəlxalq sərgilər bir tərəfdən ölkənin müdafiə sənayesində formalaşdırdığı istehsal və texnoloji imkanların nümayiş etdirilməsinə, digər tərəfdən isə yeni əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır. 

Milli Məclisin deputatı Vüqar  RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, ölkəmiz müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirərək müxtəlif təyinatlı hərbi məhsulların istehsal imkanlarını genişləndirib. Bu baxımdan "ADEX 2026" yerli müdafiə sənayesi müəssisələrinin məhsullarının və texnoloji həllərinin beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm platformadır. "Sərgidə nümayiş etdirilən məhsullar Azərbaycanın bu sahədə istehsal potensialının, texnoloji imkanlarının və yeni həllər üzərində aparılan işlərin daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Sərginin əhəmiyyətini artıran əsas məqamlardan biri onun geniş beynəlxalq iştirakla keçirilməsidir.  Bu il "ADEX" iştirakçı şirkətlərin sayına görə rekord vurub. Bununla əlaqədar olaraq, məhz "ADEX 2026" sərgisi üçün "Bakı-Ekspo" Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib. Bu mühüm yenilik "ADEX"in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Beşinci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də "ADEX"in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir. "ADEX" və "Securex Caspian" sərgilərində bu il, ümumilikdə 53 ölkə təmsil olunur", - deyə o əlavə edib. 

Deputat bildirib ki, dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan "ADEX" yeni əlaqələrin qurulması üçün əlverişli imkan formalaşdırır. Bu platforma çərçivəsində Azərbaycan şirkətləri potensial tərəfdaşlarla birbaşa təmas yaratmaq, məhsullarını təqdim etmək, qarşılıqlı maraq doğuran istiqamətləri müəyyənləşdirmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı əldə edirlər. Burada söhbət yalnız hazır məhsulların tanıdılmasından getmir. Müasir müdafiə sənayesində texnologiya, innovasiya, elmi-tədqiqat və istehsal imkanlarının bir-biri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan "ADEX 2026" çərçivəsində keçirilən görüşlər və müzakirələr yeni texnologiyaların öyrənilməsi, qabaqcıl təcrübənin mənimsənilməsi, birgə layihələrin reallaşdırılması və müdafiə sənayesində innovativ həllərin tətbiqi baxımından da əhəmiyyətlidir. 

V.Rəhimzadə qeyd edib ki, sərginin Azərbaycan üçün digər mühüm imkanlarından biri müdafiə sənayesində ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlıdır: "Yerli istehsalçıların məhsullarını beynəlxalq sərgi iştirakçılarına təqdim etməsi onların xarici bazarlara çıxış imkanlarını artırır. Bu isə uzunmüddətli perspektivdə müdafiə sənayesi məhsullarının ixracının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Azərbaycan istehsalının beynəlxalq müdafiə sənayesi bazarında daha geniş tanınması üçün əlavə imkanlar yaradacaq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2020-ci ildən bəri qeyri-neft ixracı təxminən 2 dəfə artıb

09:00
02 Oktyabr

Azərbaycanın tranzit imkanları Orta dəhlizin funksionallığını artırır

08:50
02 Oktyabr

Regionun neft-qaz ixracı mərkəzi

08:40
02 Oktyabr

COP17 Ermənistanın ekoloji terrorunu ört-basdır edə bilməz

08:30
02 Oktyabr

Bakıda "Tashkent Content Market - 2027" beynəlxalq məzmun platformasının təqdimatı olub

08:20
02 Oktyabr

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

08:10
02 Oktyabr

Əməkdaşlıq platforması 

08:00
02 Oktyabr

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:52
02 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə

01:51
02 Oktyabr

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
02 Oktyabr

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

23:39
01 Oktyabr

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

23:01
01 Oktyabr

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

22:49
01 Oktyabr

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

22:48
01 Oktyabr

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

22:33
01 Oktyabr

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib

21:59
01 Oktyabr

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir 

21:31
01 Oktyabr

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

20:38
01 Oktyabr

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

19:36
01 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

19:28
01 Oktyabr

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

19:21
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!