02 Oktyabr 2026 09:00
460
İQTİSADİYYAT
A- A+
2020-ci ildən bəri qeyri-neft ixracı təxminən 2 dəfə artıb

2020-ci ildən bəri qeyri-neft ixracı təxminən 2 dəfə artıb


Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafını təmin etmək məqsədilə əsaslı iqtisadi islahatlar həyata keçirilib, proses indi də davam edir. Ötən dövr ərzində ölkədə mövcud sahələr müasir texnologiyalarla təchiz edilib, yeni sahələr yaradılıb.

Qeyri-neft-qaz sektorunun inkişafı üçün çoxsaylı investisiya qoyuluşu həyata keçirilib. Bir çox müəssisənin yaradılmasına dövlət birbaşa sərmayə qoyub. Bununla yanaşı, dövlət özəl sektora güzəştli kreditlər verməklə investisiya qoyuluşunu təşviq edib. Qeyri-neft-qaz sektoruna kapital qoyuluşu üçün yerli sahibkarlarla yanaşı, xarici investorlar da böyük güzəştlərdən yararlanıb. Bunun nəticəsidir ki, son illərdə həmin sektora yerli və xarici investorlar böyük həcmdə sərmayə qoyuluşunu həyata keçiriblər. Dövlət tərəfindən edilən güzəştlər nəticəsiz qalmayıb, ölkədə istehsal və ixracda qeyri-neft-qaz sektorunun payı sürətlə artır.

Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bu sektorda əldə olunan uğurlar barədə demişdir: "İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır".

Bu günlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də "İxrac icmalı"nın 2026-cı il üzrə sentyabr sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2,81 milyard dollar təşkil edib. Cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 350,8 milyon dollara çatıb. Dövr ərzində yeyinti məhsulları üzrə ixrac 80,7 milyon dollara qədər yüksəlib, qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon dollara bərabər olub. Cari ilin yanvar-avqust aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 42,8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 30,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5 faiz, pambıq lifi 17,8 faiz, meyvə-tərəvəz 13,7 faiz, çay isə 12,1 faiz artıb. Yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2 faiz artaraq 732 milyon dollar, aqrar sənaye məhsulları üzrə ixrac 22,1 faiz artaraq 255,8 milyon dollar təşkil edib.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9 faiz artaraq 987,8 milyon dollara bərabər olub. Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, mis filizləri və konsentratları ikinci, tomat isə üçüncü yerdə qərarlaşıb. Cari ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, mis filizləri və konsentratları ikinci, şaftalı (nektarinlər daxil olmaqla) isə üçüncü yerdə qərarlaşıb. 

2026-cı ilin yanvar-avqust aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ən çox məhsul Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə və Ukraynaya  ixrac olunub. 

İlin ilk 8 ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Tabaterra" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "P-Aqro" MMC. 

Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Naxçıvan Enerji" MMC, "Socar Cape" MMC və "Azəripək" ASC. 

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə telekommunikasiya xidmətləri göstərilib.

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. "Azərkosmos" tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon dollar dəyərində telekommunikasiya xidmətləri göstərilib. Hesabat dövründə formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Bu dövrdə peyk telekommunikasiya xidmətlərinin ixracının istifadəsində ilk beşlikdə Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Tanzaniya qərarlaşıb.

Dünya təcrübəsi göstərir ki,  hər bir sektorun inkişafı buraya yatırılan investisiyalardan asılıdır. Sərmayə qoyuluşu hər bir sahənin inkişafında ən önəmli şərtdir. Ölkəmizdə də qeyri-neft-qaz sektoruna qoyulan sərmayə bu sahənin inkişafını təmin edən başlıca faktordur. Bunun nəticəsidir ki, ötən il ÜDM-də qeyri-neft-qaz sektorunun payı 72 faizə qədər yüksəlmişdir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!