02 Oktyabr 2026 08:40
455
İQTİSADİYYAT
A- A+
Regionun neft-qaz ixracı mərkəzi

Regionun neft-qaz ixracı mərkəzi


Düşmənin gözdağına çevrilən Səngəçal terminalı 6 il əvvəl onun hədəfində olan strateji obyektlərdən biri idi


6 il əvvəl Gəncədə, Tərtərdə, Bərdədə və digər yaşayış məntəqələrində dinc sakinlərə ölümsaçan silahlar yönəldərək, əslində, xalqımıza qarşı növbəti soyqırımı həyata keçirən düşmən vacib infrastruktur obyektlərini də hədəfə alırdı.

Erməni faşistləri atdıqları raketlərdən birini döyüş getdiyi ərazilərdən xeyli uzaqda yerləşən Xızı rayonuna tuşlamışdılar. Müəyyənləşdirilmişdir ki, raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malikdir. O, Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilmiş və şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünmüşdü. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı. Qeyd edək ki, buradan cəmi 250 metr aralıda Bakı-Novorossiysk neft kəməri keçir.

Raketlərdən birini də Azərbaycanın nur mənbəyi olan Mingəçevirə atmışdılar. Yevlax rayonunun Aran qəsəbəsində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin ikinci nasos stansiyasına raket tuşlayan düşmən Azərbaycanı Səngəçal terminalına hücum edəcəyi ilə də hədələyirdi.

Etdikləri cinayət və vəhşiliyin hər birinin əvəzində alacağı cəza barədə düşünməyən erməni vandalları onu da dərk etmirdilər ki, neft və qaz kəmərlərinə atəş açmaqla təkcə Azərbaycana deyil, eyni zamanda həmin layihələrdəki xarici tərəfdaşların hamısına zərbə endirməyə cəhd göstərirdilər. Ermənilər bu və digər layihələrə vəsait yönəltmiş səhmdarlar, istehsalçı, istehlakçı və tranzit ölkələr qarşısında öz mənfur niyyətlərinə, cinayətkar əməllərinə görə cavabdehlik daşıyırdılar. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevə xarici jurnalistlərin verdiyi suallardan biri bu hərəkətin Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün hansı riskləri yarada biləcəyi ilə bağlı idi. Dövlətimizin başçısı cavabında demişdir: "Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq".

Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcını buradan götürür. Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu düşmənin gözü, əlbəttə, götürə bilməzdi. Bunun bir səbəbi də odur ki, vaxtilə bu qlobal layihələr həyata keçirilərkən Ermənistan öz işğalçılıq əməllərinə görə onlardan kənarda, dalanda qalmışdı. 

Səngəçal terminalı isə bu gün də əzəmətlə ucalır, yaşayır və fəaliyyət göstərir. Belə ki, bu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Bu barədə əməliyyatçı olan BP şirkəti məlumat verib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 

İlin ilk altı ayı ərzində terminal təxminən 97 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql edilib.

Qaz isə terminaldan Cənubi Qafqaz Boru Kəməri (CQBK), genişləndirilmiş CQBK sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz" sistemi ilə birləşdirən ölkəmizə məxsus kəmərlə ixrac olunur.

Birinci yarımildə terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib. Bu mavi yanacağın keçdiyi marşrutun o biri başında isə dünyanın 16 ölkəsi dayanır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!