31 May 2024 08:50
557
SİYASƏT
A- A+
Demokratiyaya və azadlığa qarşı qlobal təhdid

Demokratiyaya və azadlığa qarşı qlobal təhdid

 

Dünyada ən çox soyqırımı və kolonializm siyasəti yürüdən ölkə məhz Fransadır

 

Bir çox dövlətlərin ərazisini işğal, sərvətlərini isə talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Təkcə Afrika ərazilərinin 35 faizi 300 il ərzində tamamilə Fransanın müstəmləkəçiliyinin qurbanı olub. Təbii ki, zaman ötdükcə Fransa siyasətində müəyyən forma dəyişiklikləri etsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  mahiyyəti dəyişməyib.
Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi torpaqlarda öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada etdiyi talançılıq və qətlləri unudulmayıb. Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti II Dünya müharibəsindən sonra iflasa uğradı. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsul-idarəsini seçdi. Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar. Həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq məqsədilə öz qoşunlarını "sülhməramlı missiya" adı ilə yerləşdirdilər. Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.
Fransa müstəmləkə ölkələrinin hamısına səfalət və faciə gətirdi. Afrika ölkələrində müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olub. Təkcə Əlcəzairdə fransız ordusu 1,5 milyondan çox insanı qətlə yetirib. 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yaddaqalan hücumu nəticəsində 2 gün ərzində 3000-ə yaxın mərakeşli qətlə yetirilib. 1944-cü ilin noyabrında baş verən Seneqal hadisələrində Fransızlar tərəfindən yüzlərlə Seneqal əsgəri güllələnib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. 1994-cü ildə isə fransızlar Ruandada "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat həyata keçiriblər. Nəticədə 800 mindən çox insan qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanat da verib.
Əsrlərlə müstəmləkəçilik siyasəti yeridən, milyonlarla günahsız insanın ölümünə səbəb olan Fransa bu gün də öz çirkin əməllərindən əl çəkmir. Özünü insani dəyərlərə, xalqların müqəddəratlarına hörmətlə yanaşan ölkə kimi  göstərən Fransa hazırda Yeni Kaledoniyada Kanak xalqına qarşı qanlı əməllər törədir. Fransa hökuməti uzun illərdir ki, Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimilyasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Məqsəd isə öz müstəqilliyini tələb edən kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirməkdir. Makron hökuməti öz çirkin hədəflərinə çatmaq üçün Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək üçün müxtəlif təxribatlara əl atmaqdadır. XXI əsrdə neokolonializm siyasəti yürütmək və azad yaşamaq istəyən xalqların hüquqlarını silah gücü ilə boğmağın cinayət olduğunu Makron yaxşı bilir, amma öz tarixi ənənələrindən əl çəkə bilmir. Bu gün kanakları gülləbaran etmək, qanunsuz həbslər həyata keçirmək və insanları qorxu altında saxlamaq Fransanın əsl simasını bir daha sərgiləyir.
 Fransa özünü demokratiyanın carçısı kimi aparıb şou göstərməkdənsə, beynəlxalq hüquq və ədaləti təmin etməlidir. Bunu isə ilk növbədə kolonializm siyasəti ilə istismar etdikləri xalqlara azadlıqlar verməklə nümayiş etdirməlidir. Təəssüflər olsun ki, bunun əksini görürük, Fransa törətdiyi cinayətləri gizlətmək üçün başqa dövlətlərə böhtan atmaq və günahlandırmaqla özünə haqq qazandırmağa çalışır. Amma yaxşı olardı ki, rəsmi Paris müstəqil ölkələrin daxili işlərinə qarışmaq əvəzinə, neokolonilizm siyasətini dayandırsın və köləlikdə saxladığı xalqların hüquqlarını tanısın, kanakları hərbi güclə əsarətdə saxlamaq və assimilyasiya etmək siyasətindən əl çəksin. 
Fransa Yeni Kaledoniya xalqının haqlı tələbini yerinə yetirmək, onun müstəqillik arzusuna ehtiramla yanaşmaq əvəzinə bu ölkəyə əlavə hərbi birləşmələri cəlb etməklə Parisin antiinsani və antihüquqi siyasətini dünyaya bir daha açıq  bəyan edir. Baş verənlər onu deməyə əsas verir ki, Fransa XXI əsrdə də XIX əsrdə Əlcəzair xalqına etdiklərini təkrarlamaqdadır.
Bu da onu göstərir ki, Fransa faşist, terror və kolonializm siyasəti yeridən dövlətdir. Törədilmiş soyqırımı cinayətləri, əsrlərdi davam edən məkrli siyasət Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!