24 İyul 2026 08:17
202
İQTİSADİYYAT
A- A+
Biznes tərəfdaşlığı proqramının iştirakçıları Almaniyada təlim və təcrübə keçəcəklər

Biznes tərəfdaşlığı proqramının iştirakçıları Almaniyada təlim və təcrübə keçəcəklər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə tərəfdaşlığı ilə həyata keçirilən "Almaniya ilə biznes tərəfdaşlığı" proqramı ("Partnering in Business with Germany") çərçivəsində təlimlər keçirilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, alman ekspertlərinin keçirdiyi təlimlərdə yerli sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, "yaşıl iqtisadiyyat"ın biznesin inkişafında rolu, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması barədə məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır. Növbəti mərhələdə iştirakçılar Almaniyanın Drezden və Berlin şəhərlərinə səfər edəcəklər. Səfər çərçivəsində onlar Biznesin İnkişafı Mərkəzində və qabaqcıl alman şirkətlərində təlim və təcrübə keçəcək, B2B görüşlərdə iştirak edəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Qeyd edək ki, proqram çərçivəsində may ayında elan edilmiş "yaşıl iqtisadiyyat" üzrə proqrama 50-dən çox yerli sahibkar və menecer müraciət edib. GIZ və KOBİA nümayəndələrinin iştirakı ilə müraciət edən şəxslərlə onlayn formatda fərdi müsahibələri keçirilib və onlardan 21-i proqramda iştirak etmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən həyata keçirilən proqram (əvvəlki adı "Menecerlərin Təlimi Proqramı") Azərbaycan sahibkarlarının biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Ümumilikdə Azərbaycandan indiyədək proqramda 621 nəfər sahibkar və menecer iştirak edib.

Azərbaycan tərəfinin proqramın 560 məzunu arasında apardığı sorğunun nəticələrinə əsasən, proqramda iştirak etmiş bir çox yerli şirkətlər alman şirkətləri ilə əlaqələr qurub, bəziləri məhsullarını Almaniyaya ixrac edib və qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib. Proqram çərçivəsində qazandığı təcrübə əsasında bir sıra yerli şirkətlər fəaliyyətini modernləşdirib. Bundan başqa menecerlərin əksəriyyəti qeyd olunan proqramın onların fərdi və karyera inkişafında, eləcə də çalışdıqları şirkətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

Onun üçün rəsm hisslərin sözsüz ifadəsidir

09:20
24 İyul

Ulu Öndərin yolu ilə gedirik

09:15
24 İyul

"Qara qızıl"ın qara günləri davam edir

09:10
24 İyul

Hər şəhərin öz rəmzi...

09:05
24 İyul

Dövlət dəstəyi kənd təsərrüfatının inkişafına əlavə stimuldur

09:00
24 İyul

Şuşada yaradılan "Kitab dayanacağı" sakinlərin və qonaqların marağına səbəb olub

08:55
24 İyul

Qayıdışın şirinliyi: Ağdərədə bal süzümünə başlanılıb

08:50
24 İyul

Salyanlı pambıqçı fermer Arif Mehdiyev: "Hədəfim 50 sentnerdir"

08:45
24 İyul

Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir

08:40
24 İyul

Tarixdən gələcəyə uzanan yüksək münasibətlər

08:35
24 İyul

Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi

08:30
24 İyul

Azərbaycan ilə Almaniya arasında strateji körpü qurulur

08:25
24 İyul

Mirko NOVAK: "Orta dəhliz mövzusunun Strateji Gündəlik haqqında Birgə Bəyannamədə yer alması mühüm dönüş nöqtəsidir"

08:20
24 İyul

Biznes tərəfdaşlığı proqramının iştirakçıları Almaniyada təlim və təcrübə keçəcəklər

08:17
24 İyul

Yeni geosiyasi reallıqlar fonunda Bakı-Berlin dialoqu: strateji tərəfdaşlığın yeni üfüqləri 

08:15
24 İyul

Azərbaycanın Avropa istiqamətində fəallaşan siyasəti regionun gələcəyinə təsir edir  

08:13
24 İyul

Azərbaycan Kiçik Ada Dövlətlərinin Ümumdünya İrsinin qorunmasına dəstək verəcək

08:10
24 İyul

Sülhün hüquqi zəmanəti

08:07
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!