24 İyul 2026 08:10
194
Mədəniyyət
A- A+
Azərbaycan Kiçik Ada Dövlətlərinin Ümumdünya İrsinin qorunmasına dəstək verəcək

Azərbaycan Kiçik Ada Dövlətlərinin Ümumdünya İrsinin qorunmasına dəstək verəcək


Bu sahədə ölkəmizin beynəlxalq yardım təşəbbüsü UNESCO-nun qlobal forumunda elan edilib


Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində Azərbaycanın İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə (SIDS) dəstək məqsədi daşıyan yeni beynəlxalq proqramı təqdim olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ümumdünya İrs Mərkəzinin təşkilatçılığı ilə keçirilən "SIDS ölkələrinin Ümumdünya İrsi Strategiyası" mövzusunda yüksəksəviyyəli tədbirdə Azərbaycanın "Kiçik Ada Dövlətləri (SIDS) üçün Ümumdünya İrsi Yolunda Bacarıqların Artırılmasına Azərbaycan Respublikasının Beynəlxalq Texniki Yardım Təşəbbüsü" elan edilib.  

Yeni təşəbbüs SIDS ölkələrinin institusional imkanlarının və peşəkar bacarıqlarının artırılmasına, kiçik ada dövlətlərinin nadir irs nümunələrinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi sahələrində ekspert və texniki dəstəyin göstərilməsinə yönəlib.

Proqramın hazırlanması "Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu" tərəfindən həyata keçirilir.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev bildirib ki, proqram UNESCO-nun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıyır. Təşəbbüs SIDS ölkələrinin konkret ehtiyacları nəzərə alınmaqla, xüsusilə iqlim dəyişikliyinin Ümumdünya İrsinin qorunması üçün yaratdığı çağırışlara cavab vermək məqsədilə praktiki potensialın gücləndirilməsinə yönəlmiş dəstək mexanizmlərini təmin edir. Vurğulanıb ki, proqram bu sahədə beynəlxalq təcrübəyə malik "Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu" tərəfindən cəlb olunacaq peşəkar ekspertlərin iştirakı ilə icra ediləcək. 

Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou çıxışında proqramın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın SIDS ölkələrinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Tədbirdə həmçinin bildirilib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs beynəlxalq həmrəyliyin gücləndirilməsi, ümumdünya mədəni və təbii irsinin qorunması sahəsində təcrübə mübadiləsinin təşviqi, SIDS və digər həssas ölkələrin potensialının artırılması istiqamətində mühüm addımdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

Onun üçün rəsm hisslərin sözsüz ifadəsidir

09:20
24 İyul

Ulu Öndərin yolu ilə gedirik

09:15
24 İyul

"Qara qızıl"ın qara günləri davam edir

09:10
24 İyul

Hər şəhərin öz rəmzi...

09:05
24 İyul

Dövlət dəstəyi kənd təsərrüfatının inkişafına əlavə stimuldur

09:00
24 İyul

Şuşada yaradılan "Kitab dayanacağı" sakinlərin və qonaqların marağına səbəb olub

08:55
24 İyul

Qayıdışın şirinliyi: Ağdərədə bal süzümünə başlanılıb

08:50
24 İyul

Salyanlı pambıqçı fermer Arif Mehdiyev: "Hədəfim 50 sentnerdir"

08:45
24 İyul

Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir

08:40
24 İyul

Tarixdən gələcəyə uzanan yüksək münasibətlər

08:35
24 İyul

Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi

08:30
24 İyul

Azərbaycan ilə Almaniya arasında strateji körpü qurulur

08:25
24 İyul

Mirko NOVAK: "Orta dəhliz mövzusunun Strateji Gündəlik haqqında Birgə Bəyannamədə yer alması mühüm dönüş nöqtəsidir"

08:20
24 İyul

Biznes tərəfdaşlığı proqramının iştirakçıları Almaniyada təlim və təcrübə keçəcəklər

08:17
24 İyul

Yeni geosiyasi reallıqlar fonunda Bakı-Berlin dialoqu: strateji tərəfdaşlığın yeni üfüqləri 

08:15
24 İyul

Azərbaycanın Avropa istiqamətində fəallaşan siyasəti regionun gələcəyinə təsir edir  

08:13
24 İyul

Azərbaycan Kiçik Ada Dövlətlərinin Ümumdünya İrsinin qorunmasına dəstək verəcək

08:10
24 İyul

Sülhün hüquqi zəmanəti

08:07
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!