24 İyul 2026 08:13
194
SİYASƏT
A- A+
Azərbaycanın Avropa istiqamətində fəallaşan siyasəti regionun gələcəyinə təsir edir  

Azərbaycanın Avropa istiqamətində fəallaşan siyasəti regionun gələcəyinə təsir edir  


Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son rəsmi səfəri və bu çərçivədə keçirilən yüksəksəviyyəli görüşlər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu proses yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artması baxımından mühüm nəticələr vəd edir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert Canip Nuray deyib.

Ekspert bildirib ki, Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatı olmaqla yanaşı, Aİ-nin siyasi qərarlarının formalaşmasında aparıcı rol oynayan ölkələrdən biridir.

"Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında strateji dialoqun daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan son illərdə etibarlı enerji təchizatçısı, mühüm logistika mərkəzi və regional sabitliyə töhfə verən dövlət kimi Avropanın diqqət mərkəzindədir. Almaniya ilə əlaqələrin inkişafı Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəmin artdığını göstərən mühüm göstəricilərdən biridir. Avropa İttifaqı ilə iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasını sürətləndirə, yüksək texnologiyalar, "yaşıl enerji", rəqəmsal transformasiya və sənaye əməkdaşlığı sahələrində yeni layihələrin həyata keçirilməsinə imkan yarada bilər. Avropa şirkətlərinin Azərbaycana marağının artması ölkənin investisiya mühitinə olan etimadın güclənməsinin göstəricisidir. Bu isə yeni istehsal müəssisələrinin yaradılması, məşğulluğun artırılması və ixrac potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Orta dəhliz üzrə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri də Avropa İttifaqı ilə əməkdaşlığın strateji əhəmiyyətini artırır", - deyə Canip Nuray vurğulayıb.

Onun fikrincə, Avropa ilə Asiyanı birləşdirən bu marşrutun inkişafı Azərbaycanı qlobal ticarət və nəqliyyat sisteminin əsas halqalarından birinə çevirir: "Almaniya və digər Avropa ölkələrinin Orta dəhlizə marağının artması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni reallıq formalaşdırır. Azərbaycanın tranzit imkanlarının genişlənməsi region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da yüksəldəcək. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi regionda sabitliyin möhkəmlənməsinə də müsbət təsir göstərəcək. Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarlarına təhlükəsiz və dayanıqlı şəkildə çatdırılması uzunmüddətli tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalacaq".

Canip Nuray bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya son səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni əməkdaşlıq imkanlarının formalaşdığını nümayiş etdirir. Onun sözlərinə görə, siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat-logistika layihələrinin inkişafı Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirəcək, eyni zamanda Cənubi Qafqazın sabitliyi və iqtisadi inkişafı üçün yeni perspektivlər açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

Onun üçün rəsm hisslərin sözsüz ifadəsidir

09:20
24 İyul

Ulu Öndərin yolu ilə gedirik

09:15
24 İyul

"Qara qızıl"ın qara günləri davam edir

09:10
24 İyul

Hər şəhərin öz rəmzi...

09:05
24 İyul

Dövlət dəstəyi kənd təsərrüfatının inkişafına əlavə stimuldur

09:00
24 İyul

Şuşada yaradılan "Kitab dayanacağı" sakinlərin və qonaqların marağına səbəb olub

08:55
24 İyul

Qayıdışın şirinliyi: Ağdərədə bal süzümünə başlanılıb

08:50
24 İyul

Salyanlı pambıqçı fermer Arif Mehdiyev: "Hədəfim 50 sentnerdir"

08:45
24 İyul

Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir

08:40
24 İyul

Tarixdən gələcəyə uzanan yüksək münasibətlər

08:35
24 İyul

Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi

08:30
24 İyul

Azərbaycan ilə Almaniya arasında strateji körpü qurulur

08:25
24 İyul

Mirko NOVAK: "Orta dəhliz mövzusunun Strateji Gündəlik haqqında Birgə Bəyannamədə yer alması mühüm dönüş nöqtəsidir"

08:20
24 İyul

Biznes tərəfdaşlığı proqramının iştirakçıları Almaniyada təlim və təcrübə keçəcəklər

08:17
24 İyul

Yeni geosiyasi reallıqlar fonunda Bakı-Berlin dialoqu: strateji tərəfdaşlığın yeni üfüqləri 

08:15
24 İyul

Azərbaycanın Avropa istiqamətində fəallaşan siyasəti regionun gələcəyinə təsir edir  

08:13
24 İyul

Azərbaycan Kiçik Ada Dövlətlərinin Ümumdünya İrsinin qorunmasına dəstək verəcək

08:10
24 İyul

Sülhün hüquqi zəmanəti

08:07
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!