23 İyul 2026 15:27
212
İQTİSADİYYAT
A- A+
Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib  

Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib  


İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” MMC 2026-cı ilin ilk yarısında Qazaxıstana 8 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı ixrac edib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisə müxtəlif növ qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşıb.

2023-cü ilin mart ayında parkın rezidenti kimi qeydiyyata alınan şirkət Almaniya texnologiyalarının tətbiqi ilə tikinti, sənaye və digər sahələr üçün nəzərdə tutulan müxtəlif təyinatlı təhlükəsizlik ayaqqabıları istehsal edir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan istehsal müəssisəsində hazırda 70 nəfərdən çox əməkdaş çalışır. İşçilərin əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir.

Fabrik ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir. Bunun da 350 min cütünü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edir. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı nəzərdə tutulur.

Qazaxıstana həyata keçirilən ixrac şirkətin xarici bazarlarda satış coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımların tərkib hissəsidir. Yeni ixrac bazarlarına çıxış məqsədilə şirkət İtaliya, Portuqaliya, Kanada və Balkan ölkələrinə məhsul nümunələri göndərib və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını dəyərləndirir.

Şirkətin məhsul portfelində yer alan bütün modellər EN ISO 20345 və EN İSO 20347 beynəlxalq standartlarının tələblərinə uyğun sertifikatlaşdırılıb. Bu sertifikatlar məhsulların təhlükəsizlik, keyfiyyət və etibarlılıq göstəricilərinin beynəlxalq tələblərə cavab verdiyini təsdiq edir. Bununla yanaşı, BAFCO brendi Avropa İttifaqında da əmtəə nişanı kimi rəsmi qeydiyyatdan keçib. Bu, şirkətə Avropa bazarında öz brendi ilə fəaliyyət göstərmək, topdan və pərakəndə satışları həyata keçirmək, eləcə də beynəlxalq marketplace platformalarında məhsullarını təqdim etmək üçün geniş imkanlar yaradır.

İZİA-nın idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti yaradılıb. Rezidentlər dövlət vəsaiti hesabına yaradılmış müasir mühəndis-kommunikasiya infrastrukturu ilə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük güzəştləri tətbiq edilir. “BAFCO İnvest” MMC sənaye parklarında tətbiq olunmuş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində üç milyon manatdan çox vəsaitə qənaət edib.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafının təşviqi, investisiyaların cəlb edilməsi və dayanıqlı məşğulluğun təmin olunmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

19:17
23 İyul

“Brent” neftinin qiyməti 100 dolları ötüb

18:39
23 İyul

Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib

17:54
23 İyul

Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

16:24
23 İyul

Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib  

15:27
23 İyul

Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb

14:57
23 İyul

Arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib

14:56
23 İyul

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb

14:47
23 İyul

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

14:41
23 İyul

Dövlət Neft Fondunun qızıl ehtiyatları 178 min ton olub

14:24
23 İyul

Birinci yarımildə Dövlət Neft Fondunun neft-qaz gəlirləri 5 milyard manata yaxın olub

14:18
23 İyul

Dövlət Neft Fondunun aktivləri açıqlanıb

14:05
23 İyul

Emin Ağalarov: Brendləşən daşınmaz əmlak Azərbaycanın əmlak bazarının inkişafında yeni mərhələyə çevrilir

13:12
23 İyul

Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

12:42
23 İyul

Azərbaycanın marşrut coğrafiyasını genişləndirməsi Orta Dəhlizi Avrasiya ticarətinin aparıcı xəttinə çevirir

12:29
23 İyul

Sabah Bakıda hava günəşli olacaq

12:14
23 İyul

IEA: Bu il qlobal elektrik enerjisinə tələbat 3,6 faiz artacaq

11:47
23 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:36
23 İyul

2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 33 min 120 plan yeri ayrılıb

11:34
23 İyul

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb

11:23
23 İyul

Lavrov və Rubio Ukrayna nizamlanmasını və ikitərəfli münasibətləri müzakirə ediblər

11:19
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!