11 Dekabr 2025 08:25
336
SİYASƏT
A- A+
Azərbaycanla Slovakiya arasında əməkdaşlıq genişlənir

Azərbaycanla Slovakiya arasında əməkdaşlıq genişlənir


Son illər Azərbaycanla Slovakiya arasında münasibətlər dinamik inkişaf edir və əlaqələr bir çox sahəni əhatə edir. Dekabrın 8-də Azərbaycan Prezidenti ilk dəfə Slovakiyaya rəsmi səfər etdi. Səfər zamanı qarşılıqlı faydalı müzakirələr aparıldı, əlaqələrin inkişafına dair bəyanatlar verildi.

Rəsmi görüşlərdə verilən mesajlardan aydın olur ki, hər iki ölkə mövcud əməkdaşlıq potensialını səmərəli dəyərləndirməkdə maraqlıdır. Üstəlik, Avropa İttifaqının Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəldiyi bir vaxtda Azərbaycanla əməkdaşlıq Bratislava üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın enerji təchizatının şaxələndirilməsində oynadığı rol Slovakiya tərəfindən də yüksək qiymətləndirilir. Ötən il ilk dəfə Azərbaycan Slovakiyaya qaz təchizatına başlayıb. Dövlət başçımız Bratislavada bəyan etdi ki, biz bunu  istənilən lazımi vaxta qədər davam etdirməyə hazırıq.

Slovakiya postmünaqişə dövrünün reallıqlarını qəbul edir və dəstəkləyir. Bu ölkə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş razılaşmanı tarixi nailiyyət hesab edir. 

Dost ölkə kimi Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasında iştirak edir. 

Ümumiyyətlə, Azərbaycanla Slovakiya arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri genişlənməkdədir. Ötən il Slovakiya Baş nazirinin ölkəmizə səfəri baş tutub. Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırmaqdadır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu bəyannamədə əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir.

Rəsmi Bakı ilə Bratislava arasında siyasi əlaqələrlə yanaşı, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirmək barədə də razılığa gəlinib. Qlobal təhlükələr fonunda hərbi sahədə əməkdaşlıq hər iki ölkənin təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Amma bu, müharibəyə hazırlıq kimi deyil, perspektivli əməkdaşlığın yeni istiqaməti kimi qəbul edilməlidir.

Yeri gəlmişkən, ötən il keçirilmiş Slovakiya-Azərbaycan biznes-forumu iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün yaxşı zəmin yaradıb. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı verilən mesajlardan da aydın oldu ki, müstəqil siyasət aparan Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Avropa İttifaqının üzvü olsa da, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının əleyhinədir. Eyni zamanda rəsmi Bratislava Bakı ilə Avropa İttifaqı arasında körpü yaratmağa hazırdır. Bu da ikitərəfli münasibətlərdə sağlam yanaşmanın göstəricisidir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!