11 Dekabr 2025 08:20
520
SİYASƏT
A- A+
Azərbaycanın daha bir strateji tərəfdaşı

Azərbaycanın daha bir strateji tərəfdaşı


Slovakiya ilə münasibətlərdə yeni mərhələ başlayır


Azərbaycanın ənənəvi və qeyri-ənənəvi resurslarla zəngin geostrateji coğrafiyada yerləşməsi ona xarici ölkələrlə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar yaradır. 

Lakin o da həqiqətdir ki, təkcə sərvətlərin zənginliyi ölkələrarası münasibətlər üçün əsas sayılmır. Burada etibarlı və güvənli tərəfdaş olmaq da vacib rol oynayır ki, Azərbaycanı bu gün dünyanın böyük diqqət kəsb edən ölkəsinə çevirən də elə bu mühüm keyfiyyətlərə malik olmasıdır. Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi 22 illik zaman kəsiyində həyata keçirdiyi qətiyyətli siyasət, çevik diplomatik gedişlər və iqtisadi inkişafa hesablanmış uzaqgörən addımlar sayəsində Azərbaycanı bugünkü vacib mövqeyə yüksəldib. Tam mübaliğəsiz demək olar ki, dünyanın əksər ölkələri respublikamızla hərtərəfli əlaqələr qurmağa böyük maraq göstərir ki, bunların arasında ABŞ və Çin kimi siyasi və iqtisadi dünya nəhəngləri də gəlir. Yürüdülən balanslaşdırılmış siyasətin nəticəsidir ki, Azərbaycan bugünkü çarpışan dünyada Şərqlə Qərbin, Şimalla Cənubun ortaq maraqlardan çıxış etdiyi mərkəz rolunu oynayır. Nəqliyyat, enerji qovşağı kimi təkcə yerləşdiyi bölgənin deyil, daha geniş arealın sözün əsl mənasında ümid yerinə çevrilən Azərbaycan həm də sülhü bərqərar edən ölkə kimi qlobal səviyyədə ehtiram görür. 


Peter PELLEQRİNİ: "Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik"


Bütün bu uğurların fonunda həm də Azərbaycanın dost ölkələrlə əlaqələrinin daha da dərinləşməsi özünü qabarıq şəkildə göstərir. Enerji ixracatçısı olaraq bu gün Avropanın təbii qaza olan tələbatını əhəmiyyətli dərəcədə ödəyən ölkəmizin Slovakiya ilə əlaqələri də dostluq münasibətlərinə əsaslanır və bu, Prezident İlham Əliyevin dekabrın 8-də adıçəkilən ölkəyə rəsmi səfəri zamanı həyata keçirilən səmimi qarşılanma, mühüm görüşlər və verilən bəyanatlarda da öz təsdiqini bir daha tapdı.  

Sözügedən tarixdə Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü oldu, prezidentlər paytaxtda "Azadlıq Qapısı" abidəsini ziyarət etdilər, həmçinin Devin qəsrində oldular, sonra dövlətimizin başçısının Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi, liderlər mətbuata bəyanatlarla çıxış etdilər, Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi və bir çox digər mühüm görüş keçirildi.  

Liderlərin geniş tərkibli görüşü zamanı Slovakiya Prezidenti deyib: "...Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub". 

Vurğulayaq ki, Slovakiya Prezidenti ilə Azərbaycan liderinin şəxsi dostluq əlaqələri həm də ölkələrimizin ikitərəfli münasibətlərinə birbaşa təkan verib. 

Bratislavada geniş tərkibdə görüşdə Prezident İlham Əliyev də məhz bu məqama diqqət çəkib:   "Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin fəal fazasını başlatdıq. Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir".

Qeyd etdiyimiz kimi, Azərbaycan qaz ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz rol oynayır. Hazırda Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alır. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib. Bunun vacib əhəmiyyət kəsb etdiyini prezidentlərin geniş tərkibdəki görüşündə vurğulayan Slovakiya lideri söylədi ki, enerji təchizatına gəldikdə Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb: "Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır".

Qarşılığında Prezident İlham Əliyev söylədi ki, ötən il biz Slovakiyaya qaz təchizatına başladıq: "İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq". 

Ötən il Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə imzalanıb. Birgə Bəyannamə Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyib. 

Mətbuata bəyanatla çıxışı zamanı Prezident Peter Pelleqrini bildirdi ki, Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir: "Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var".


Sabitlik, investisiya imkanları və əməkdaşlıq mühiti 


Azərbaycanla Slovakiya arasında həm də müdafiə sənayesi sahəsində perspektivli əməkdaşlıq mövcuddur ki, hər iki ölkənin lideri görüşlər zamanı bu barədə məlumat verdilər. 

Səfər çərçivəsində diqqət yönəldilən məsələlərdən biri Azərbaycanla Ermənistan arasında bu ilin 8 avqustunda Vaşinqton sammitində bölgədə sülhün bərqərar olması üçün atılan vacib addımlar, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi mətninin paraflanması oldu. 

Prezident İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafət zamanı bu məsələyə toxunan Peter Pelleqrini söylədi ki, biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik: "Avqustda imzalanmış razılaşma "sülhə nail olmaq mümkündür" kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik".

Slovakiya Prezidentinin bu fikirləri Azərbaycanın sülh səylərinin ümumilikdə bölgənin sabitliyinə mühüm töhfə verdiyini və investisiya imkanlarının, əməkdaşlığın artmasına geniş imkanlar yaratdığının göstəricisidir. 

Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi quruculuq işlərinə dost ölkələrin yaxından dəstəyi də xüsusi qeyd edilməlidir. 

Qarabağın yenidən qurulmasına Slovakiya da öz dəstəyini göstərir və Ağdamın Baş Qərvənd kəndində 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət "ağıllı kənd" inşa edir. Eyni zamanda Slovakiya ərazilərimizin minalardan təmizlənməsində ölkəmizə yardımçı olur.

Demək olar ki, Prezident İlham Əliyevin Slovakiyaya strateji tərəfdaşlığa töhfə verən tarixi rəsmi səfəri tərəflərin bir çox sahədə uğurlu inkişafda maraqlı olduqlarını və dostluğa dayanan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərdi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!