24 İyul 2026 08:05
195
SİYASƏT
A- A+
Azərbaycanın orta gücə çevrilməsi uğurlu diplomatiyanın nəticəsidir

Azərbaycanın orta gücə çevrilməsi uğurlu diplomatiyanın nəticəsidir


Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, həm də beynəlxalq gündəliyə təsir imkanlarına malik orta güc kimi nüfuzunu möhkəmləndirib. Orta güc dövlətlərin hərbi və iqtisadi potensialla paralel müstəqil xarici siyasət, diplomatik çeviklik, etibarlı tərəfdaş imici və milli maraqları qətiyyətlə müdafiə etmək bacarığı ilə ölçülür.

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın son illərdə enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, çoxtərəfli diplomatiya və regional əməkdaşlıq platformalarında fəal iştirakı ölkəmizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb: "Xəzər hövzəsini Avropa ilə birləşdirən enerji marşrutları, Orta dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəallıq Azərbaycanın geosiyasi çəkisini daha da gücləndirib. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ölkəmizin yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayaraq bəyan etdi ki, "Azərbaycan artıq orta gücə çevrilir və düşünürük ki, ölkəni orta güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür". Cənab Prezidentin də söylədiyi kimi, orta güc ölkənin potensialının etiraf olunmasıdır, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir".

Deputat qeyd edib ki, beynəlxalq münasibətlər sistemində orta güc hesab olunan dövlətlər böyük güclərlə rəqabət aparmaqdan daha çox, regional sabitliyin təmin edilməsində, dialoqun təşviqində, vasitəçilik missiyalarında və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal rol oynayırlar. Bu xüsusda rəsmi Bakı müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq quraraq balanslaşdırılmış diplomatiya həyata keçirir. Bu siyasət ölkəmizə həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş statusu qazandırıb. "Enerji diplomatiyası da Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, təbii qaz ixracının genişlənməsi və yeni enerji layihələri Azərbaycanın strateji əhəmiyyətini artırıb. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz və "Şərq-Qərb" nəqliyyat marşrutları ölkəmizi Avrasiya logistikasının əsas qovşaqlarından birinə çevirib", - deyə o əlavə edib.

K.Nurullayeva bildirib ki, Azərbaycanın beynəlxalq əlaqələri çox genişdir. Bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bu reallıqlar ölkəmizin xarici siyasət strategiyasının beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir.

Deputat vurğulayıb ki, ən əsas məsələ siyasi etibarlılıq qazanmaq, regional təşəbbüslər irəli sürmək bacarığı, beynəlxalq tərəfdaşların etimadı və qlobal proseslərə təsir imkanlarının mövcudluğudur: "Ümumilikdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu və orta güc statusuna yüksəlməsi müstəqil dövlətçilik strategiyasının, ardıcıl xarici siyasət kursunun və milli maraqlara əsaslanan diplomatiyanın real nəticələridir. Mövcud geosiyasi şəraitdə rəsmi Bakı regional liderliyini möhkəmləndirməklə yanaşı, qlobal proseslərdə də söz sahibi olan etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirməkdədir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

Onun üçün rəsm hisslərin sözsüz ifadəsidir

09:20
24 İyul

Ulu Öndərin yolu ilə gedirik

09:15
24 İyul

"Qara qızıl"ın qara günləri davam edir

09:10
24 İyul

Hər şəhərin öz rəmzi...

09:05
24 İyul

Dövlət dəstəyi kənd təsərrüfatının inkişafına əlavə stimuldur

09:00
24 İyul

Şuşada yaradılan "Kitab dayanacağı" sakinlərin və qonaqların marağına səbəb olub

08:55
24 İyul

Qayıdışın şirinliyi: Ağdərədə bal süzümünə başlanılıb

08:50
24 İyul

Salyanlı pambıqçı fermer Arif Mehdiyev: "Hədəfim 50 sentnerdir"

08:45
24 İyul

Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir

08:40
24 İyul

Tarixdən gələcəyə uzanan yüksək münasibətlər

08:35
24 İyul

Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi

08:30
24 İyul

Azərbaycan ilə Almaniya arasında strateji körpü qurulur

08:25
24 İyul

Mirko NOVAK: "Orta dəhliz mövzusunun Strateji Gündəlik haqqında Birgə Bəyannamədə yer alması mühüm dönüş nöqtəsidir"

08:20
24 İyul

Biznes tərəfdaşlığı proqramının iştirakçıları Almaniyada təlim və təcrübə keçəcəklər

08:17
24 İyul

Yeni geosiyasi reallıqlar fonunda Bakı-Berlin dialoqu: strateji tərəfdaşlığın yeni üfüqləri 

08:15
24 İyul

Azərbaycanın Avropa istiqamətində fəallaşan siyasəti regionun gələcəyinə təsir edir  

08:13
24 İyul

Azərbaycan Kiçik Ada Dövlətlərinin Ümumdünya İrsinin qorunmasına dəstək verəcək

08:10
24 İyul

Sülhün hüquqi zəmanəti

08:07
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!