20 Avqust 2026 19:28
1297
Təhsil
A- A+
Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə sentyabrın 29-da “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium təşkil ediləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumun əsas məqsədi şəhər mühitinin ekoloji, bioloji və tibbi komponentləri arasındakı əlaqələri müasir elmi yanaşmalar əsasında təhlil etmək, beynəlxalq elmi təcrübənin və innovativ tədqiqat nəticələrinin müzakirəsi üçün elmi platforma yaratmaq və yaşıl şəhər mühitinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış yanaşmaların və tövsiyələrin hazırlanmasına töhfə verməkdir.

Şəhər mühiti və insan sağlamlığı - molekulyar-genetik və sistemli yanaşmalar, şəhər mühitində ekoloji risklər - fraqmentasiya, çirklənmə və səs-küy amilləri, şəhər biomüxtəlifliyi və ekosistem davamlılığı, yaşıl infrastruktur və bioadaptiv memarlıq, sağlam və dayanıqlı şəhər modelləri, urban stres və psixi sağlamlıq problemləri, şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar, ekoloji təhlükəsiz şəhərlər üçün innovativ və normativ-hüquqi həllər simpoziumun əsas müzakirə istiqamətlərini təşkil edəcək. Simpoziumda iştirak etmək istəyən tədqiqatçılar və mütəxəssislər tezislərini Azərbaycan və ya ingilis dillərində hazırlayaraq sentyabrın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Təqdim olunan bütün tezislər plagiat və süni intellektdən istifadə baxımından yoxlanılacaq. Eyni zamanda, materiallar təşkilat komitəsi tərəfindən qiymətləndiriləcək və yalnız müəyyən edilmiş tələblərə cavab verən tezislər nəşrə qəbul ediləcək.

Simpozium şəhər mühitinin sağlamlaşdırılması, ekoloji təhlükəsizliyin təmin olunması və şəhərlərin dayanıqlı inkişafı istiqamətində alimlər, tədqiqatçılar və mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olacaq.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!