10 İyun 2026 19:22
165
DÜNYA
A- A+
2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?


İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı son “Qlobal Sülh İndeksi” hesabatına görə, dünyada ümumi sülh və sabitlik səviyyəsi son bir ildə daha da pisləşib. 

“BBC”nin məlumatına görə, münaqişələrin sayının İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatdığı və 99 ölkədə vəziyyətin pisləşdiyi bir dövrdə müəyyən dövlətlər yüksək təhlükəsizlik mühiti ilə fərqlənməyə davam edir.

Hesabatda ölkələr hərbi xərclər, daxili münaqişələr, qətl hadisələrinin sayı və sosial etimad kimi 23 fərqli göstərici üzrə sıralanır. Qlobal Sülh İndeksinə görə İslandiya 2008-ci ildən bəri siyahıya liderlik edir və ardıcıl 19-cu ildir ki, dünyanın ən təhlükəsiz ölkəsi seçilir. Ölkədə zorakı nümayişlərin kəskin azalması sülh indeksini daha 2 faiz yaxşılaşdırıb. İslandiyanın bu uğuru gender bərabərliyinə sadiqlik, güclü ictimai xidmətlər, coğrafi təcrid olunma və bərpa olunan enerji resurslarının geniş tətbiqi ilə əlaqələndirilir.

Asiya-Sakit okean regionunun ən təhlükəsiz ölkəsi olan Yeni Zelandiya isə reytinqdə bir pillə yüksələrək ikinci yerdə qərarlaşıb. Ölkənin silah idxalını azaltması və qlobal geosiyasi gərginliklərdən uzaq coğrafi mövqeyi sabitliyin əsas amilləridir. Eyni zamanda, cəmiyyətdə silahdan istifadənin gündəlik həyatın bir parçası olmaması və sıx sosial bağlılıq təhlükəsizliyi təbii hala gətirib.

Ötən illə müqayisədə iki pillə irəliləyərək üçüncü yerə yüksələn İsveçrə, aşağı cinayətkarlıq səviyyəsi və çoxillik hərbi neytrallıq siyasəti ilə seçilir. Ölkədəki yüksək sosial etimad və fərqli regional kimliklərə rəğmən kompromis mədəniyyətinin mövcudluğu daxili sabitliyin əsas sütunudur.

Sloveniya isə tarixində ilk dəfə olaraq dünyanın ən təhlükəsiz 5 ölkəsi sırasına daxil olub. Aşağı hərbi xərclər, yüksək daxili təhlükəsizlik və iş-həyat balansı sloveniyalıların dinc şəraitdə yaşamasını təmin edir.

Zorakılığın aşağı səviyyəsi və beynəlxalq münaqişələrdə iştirak etməməsi İrlandiyanı 5-ci yerdə qərarlaşdırıb. Tarixi sınaqlardan keçmiş İrlandiya xalqı üçün qonaqpərvərlik və sülh mühiti vacib hesab olunur. Ölkənin hərbi ittifaqlara qoşulmamaq və neytrallıq ənənəsi qlobal qeyri-sabitlik dövründə onun təhlükəsizliyini qoruyur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!