29 İyul 2026 08:15
510
SİYASƏT
A- A+
Sabitlik və etimad məkanı 

Sabitlik və etimad məkanı 


Prezident İlham Əliyevin praqmatik siyasəti Azərbaycanın təhlükəsizliyinin, dayanıqlı inkişafının və etibarlı tərəfdaş statusunun əsas təminatıdır


Dünya öz tarixinin qeyri-müəyyən və münaqişələrlə zəngin dövrünü yaşayır. Böyük güclər arasında rəqabətin kəskinləşməsi və qarşıdurma coğrafiyasının genişlənməsi beynəlxalq münasibətləri arzuolunmaz həddə gətirib. İllərdir davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə yenidən alovlanan hadisələr göstərir ki, BMT kimi qurumlar və təsdiqlənən beynəlxalq hüquq normaları artıq çəkindirici funksiyalarını itirib. Heç şübhəsiz, "güclünün haqlı olduğu" bu mürəkkəb dövrdə hərbi-siyasi qarşıdurmaların ən ciddi zərbəsi dünya iqtisadiyyatına və sivil əhaliyə dəyir.

Planetin bir çox məkanının iflic vəziyyətə düşdüyü bir şəraitdə Azərbaycan tamamilə fərqli siyasət ortaya qoyur. Ölkəmiz ətraf bölgələrdə cərəyan edən gərgin proseslərin ortasında daxili nizamını qoruyan, sosial-iqtisadi dayanıqlılığını artıran, eləcə də dünya üçün etibarlı tərəfdaş olan unikal bir dövlətə çevrilir və sabitlik adası kimi dəyərləndirilir. Təsadüfi deyil ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də dövlətimizin başçısı ilə görüşündə Azərbaycanı dünyadakı proseslər fonunda "sabitlik adası" kimi xarakterizə edib. 

Azərbaycanın təhlükəsizlik və sabitlik unvanına çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, milli maraqlara söykənən dövlətçilik kursunun birbaşa nəticəsidir. Dövlətimizin başçısının qəbul etdiyi qərarların uzunmüddətli hədəflərə hesablanması, daxili və xarici risklərin vaxtında neytrallaşdırılması Azərbaycanı böyük güclərin toqquşma poliqonu olmaqdan xilas edib. 

İndiki dönəmdə ən böyük problemlərdən biri etibarlı dialoq platformalarının azlığıdır. Azərbaycan isə şərqlə qərbin, şimalla cənubun kəsişməsində yerləşərək fərqli siyasi qütblərin maraqlarını ortaq nöqtəyə gətirməyi bacaran birləşdirici rol oynayır. Heç bir hərbi bloka daxil olmadan Qoşulmama Hərəkatına uğurla sədrlik edən rəsmi Bakı bütün tərəflərlə bərabərhüquqlu və açıq diplomatiya yürüdür. NATO və Rusiya generallarının, yaxud ABŞ və Rusiya rəsmilərinin ən gərgin vaxtlarda məhz Bakıda görüşmələri də ölkəmizə olan qlobal etimadın bariz nümunəsidir. 

Azərbaycanın hərb tarixinə yazılan 44 günlük Vətən müharibəsindəki Zəfəri və 2023-cü ilin lokal antiterror tədbirləri dövlətimizin gücünün bütün dünyaya nümayişi oldu. Bir çox münaqişənin illərlə "dondurulmuş" halda saxlanılmasına baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini tam bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu mütləq qələbə beynəlxalq güclərin münaqişədən təzyiq aləti kimi istifadə etmək cəhdlərini də birdəfəlik iflasa uğratdı. Azərbaycan böyük Zəfərdən sonra Ermənistana davamlı sülhü və əməkdaşlığı təklif etdi. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə söykənir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri isə ölkəmizin qurucu gücünü göstərir. 

Ölkəmizin dünya sülhünə verdiyi töhfələr qlobal problemlərin həllinə yönəlmiş irimiqyaslı təşəbbüslərdə də özünü göstərir. İşğaldan azad edilmiş ərazilərdə müasir standartlara uyğun quruculuq işləri aparılır ki, bu da Azərbaycanın şəhərsalma sahəsində qabaqcıl təcrübəsini ortaya qoyur. Məhz bu unikal təcrübənin nəticəsi olaraq ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası keçirildi. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik olan Azərbaycan bu cür platformalar sayəsində həm də özünün qurucu və bəşəri dəyərlərə söykənən inkişaf modelini dünyaya təqdim edir.

Azərbaycanın təhlükəsizlik və sabitlik mühiti dünya nəhənglərinin də diqqət mərkəzindədir. Hazırda ABŞ, Avropa İttifaqı və Çin kimi böyük güclər rəsmi Bakı ilə əlaqələri dərinləşdirməyə xüsusi önəm verirlər. Avropa İttifaqı üçün Azərbaycan alternativ enerji mənbəyi və Mərkəzi Asiyaya açılan qapıdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, "yaşıl enerji" layihələri tərəfdaşlığı daha da möhkəmləndirir. O cümlədən, Çin tərəfindən ölkəmiz qlobal "Bir kəmər, bir yol" layihəsinin risklərdən uzaq önəmli mərkəzi kimi dəyərləndirilir. Eyni zamanda ABŞ-nin nəzərində Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsində mühüm mərkəzdir. 

Ənənəvi beynəlxalq marşrutların təhlükəsizliyini itirdiyi bir vaxtda Orta dəhlizin önəmi dəfələrlə artıb. Azərbaycan illər öncədən reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir yollar və hava limanları infrastrukturu ilə dünya ticarətinin əsas xilaskarlarından birinə çevrilib. Çindən çıxan yüklərin Avropaya qısa və təhlükəsiz çatdırılması, eyni zamanda Zəngəzur dəhlizi (TRIPP) kimi perspektivli layihələr ölkəmizin əhəmiyyətini daha da artırıb. 

Bir dövlətin daxili təhlükəsizliyinin və siyasi sabitliyinin ən önəmli amili cəmiyyətin öz rəhbərinə inamıdır. Ölkəmizdə keçirilən rəy sorğularının nəticələri də birmənalı nümayiş etdirir ki, Azərbaycanın bütün uğurlarının arxasında sarsılmaz xalq-lider həmrəyliyi durur. Davamlı həyata keçirilən sosialyönümlü siyasət, vətəndaş rifahının daim diqqətdə saxlanılması və multikultural dəyərlərin qorunması cəmiyyətin möhkəm birliyini formalaşdırır. Məhz bu birlik Azərbaycanı daxili və ya xarici təhdidlərdən qoruyan qalxan rolunu oynayır.

Nəticə etibarı ilə, dünyanı bürüyən böhranlar fonunda Azərbaycanın nümayiş etdirdiyi inkişaf və sabitlik formulu bir daha sübuta yetirir ki, həqiqi güc müstəqil siyasi iradə nümayiş etdirmək və milli maraqları qətiyyətlə qorumaq bacarığı ilə ölçülür. Doğru seçilmiş kurs ölkəni hər cür riskdən sığortalamağa qadirdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu uğurlu model Azərbaycanın gələcək inkişafının, təhlükəsizliyinin və beynəlxalq müstəvidəki yüksək statusunun ən etibarlı zəmanətidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!