17 İyul 2026 09:55
130
Mədəniyyət
A- A+
64 illik ömrün notları 

64 illik ömrün notları 


Musiqi mədəniyyətimizin inkişafında və zənginləşməsində böyük xidmətlər göstərmiş görkəmli bəstəkar Eldar Rüstəmov xalqımızın yaddaşında dərin iz qoymuşdur. Onun bəstələdiyi simfonik əsərlər bu gün də dinləyicilərin, tamaşaçıların zövqünü oxşayır. Tamaşaçılar sözünü ona görə qeyd edirik ki, Eldar Rüstəmov həm də bir çox film üçün musiqilər bəstələmişdir. Bənzərsiz əsərləri ilə filmlərimizə tamaşaçı marağını və sevgisini daha da artırmışdır. 

Tanınmış bəstəkar Eldar Səid oğlu Rüstəmov 13 iyul 1946-cı ildə Bakıda anadan olub, musiqiçi ailəsində böyüyüb. Dinlədiyi musiqilər özü də hiss etmədən  zərrə-zərrə onun ürəyinə, qəlbinə süzülüb. Elə buna görə də kiçik yaşlarından musiqinin sehrinə düşüb, bu sahəyə böyük maraq göstərib. Çox keçməyib ki, bu maraq onun gələcək həyat yolunu, taleyini müəyyənləşdirib. 

Eldar Rüstəmov əvvəl Bakı Musiqi Akademiyasında musiqinin sirlərinə dərindən yiyələnib, sonra elmi işlərini uğurla müdafiə edərək professor adı alıb. Elə professor kimi də bir zamanlar təhsil aldığı musiqi ocağında işləməyə başlayıb. Vaxtilə kitablardan oxuduqlarını, müəllimlərindən mənimsədiklərini böyük həvəs və sevgi ilə gələcəyin musiqiçilərinə tədris edib. Elmi, biliyi, nümunəvi davranışı və xeyirxahlığı ilə tələbələrinin sevgisini qazanıb. Onlarca gənc musuqiçiyə bilik verib, yol göstərib. Onların bacarıqlı musiqiçi kimi formalaşmasına çalışıb. Eldar Rüstəmov ömrünün sonuna qədər bu təhsil ocağında müəllim işləyib. 

Bakı Musiqi Akademiyasının professoru Eldar Rüstəmov bəstəkarlıqla yanaşı, həm də dirijor kimi fəaliyyət göstərib. Çox məharətlə skripka ifa edən bəstəkar bir-birindən dəyərli əsərləri ilə könülləri oxşayıb. O, 64 illik ömründə böyük sənətkarlıqla simfonik və kamera musiqisi janrlarında, həmçinin xor əsərləri və filmlərimizə yazdığı bənzərsiz bəstələri ilə musiqi tariximizə mühüm töhfələr verib. Ömrünün müxtəlif illərində yaratdığı əsərlərlə, bəstələdiyi musiqilərlə tanış olduqca Eldar Rüstəmovun necə böyük bir sənətkar olduğu aydın şəkildə gözlərimiz qarşısında canlanır. Görkəmli bəstəkarın skripka və piano üçün bəstələdiyi sonata, "Sən gedəndən" romansı, solist, xor və simfonik orkestr üçün "Heyranam, Vətən" odası, Solo skripka üçün Sonata, 2 akapella xoru - "Səadət nəğməsi", "Bahar", "Düşdü yada" romansı, kiçiktərkibli simfonik orkestr üçün "Meşə nağılı" süitası, "Bir də baxsan mənə" akapella xoru, xor və simfonik orkestr üçün işləmələri və başqa əsərləri bu gün də dinlənilir.

"Yeraltı əhvalat", "Mən Xəzəri görürəm", "Özünü onun yerinə qoy", "Yay gününün xəzan yarpaqları", "Qoca palıdın nağılı", "Təqib" və başqa filmlər üçün yazdığı musiqilər isə orjinallığı ilə seçilir.

Atalar yaxşı deyib: "Ot kökü üstə bitər". Yaradıcılığı haqqında qısaca söhbət açdığımız Eldar Rüstəmov görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun ailəsində dünyaya göz açıb. Təəssüf ki, bəstəkar az yaşayıb. Musiqi mədəniyyətimizdə həmişə yeri görünən görkəmli bəstəkar ilıq bir yaz günündə 23 aprel 2010-cu ildə dünyasını dəyişib. Amma yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinə və kino sənətinə dəyərli töhfələr vermiş unudulmaz sənətkar həmişə bəstələdiyi əsərlərində yaşayır və  böyük ehtiramla yad edilir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

10:45
17 İyul

Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

10:18
17 İyul

Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?

10:05
17 İyul

Nizami ruhunun ekran təcəssümü

10:00
17 İyul

64 illik ömrün notları 

09:55
17 İyul

Türk dövlətlərində dinamik iqtisadi artım 

09:50
17 İyul

Azərbaycan artıq dünyada beynəlxalq tranzit və logistika ölkəsi kimi qəbul olunur

09:45
17 İyul

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!