17 İyul 2026 09:25
502
SİYASƏT
A- A+
"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"


"Ümumilikdə 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 - Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən böyük sessiyası olmaqla yanaşı, bugünkü Yüksəksəviyyəli İclasa doğru mühüm mərhələ olub".

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda çıxışı zamanı deyib. O bildirib ki, forum tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Liderlər Seqmenti təşkil edilib.

"Dövlət və hökumət başçılarını, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirən bu platforma şəhər inkişafını ən yüksək siyasi səviyyəyə yüksəldərək onun dayanıqlı inkişafın, iqlim dayanıqlılığının və insan rifahının təmin edilməsində rolunu bir daha nümayiş etdirib. Bu siyasi impulsun davamı olaraq forum çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş Nazirlər Görüşü keçirilib. Tədbirdə 111 ölkədən nümayəndə, o cümlədən 80 nazir və nazir müavini iştirak edib. Müzakirələr inteqrasiyalı planlaşdırma, adekvat və əlçatan mənzil siyasəti, çoxsəviyyəli idarəetmə və daha güclü tərəfdaşlıqlar vasitəsilə öhdəliklərdən praktik icraya keçmək istiqamətində ortaq qətiyyəti nümayiş etdirdi. Bu prioritetlər "Sədrin Xülasəsi"ndə öz əksini tapıb və "Bakı Fəaliyyətə Çağırış" sənədi ilə daha da möhkəmləndirilib. Bu sənədlər Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ikinci mərhələsində ortaq öhdəliklərimizin konkret nəticələrə çevrilməsi üçün ümumi çərçivə yaradır", - deyə komitə sədri əlavə edib.

O bildirib ki, Azərbaycan bu yanaşmanı tam şəkildə dəstəkləyir və şəhərsalma siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yeni Şəhər Gündəliyinin prinsiplərinin milli səviyyədə praktik fəaliyyətə çevrilməsinə sadiqdir.

"Təcrübəmiz sübut edir ki, bu gündəliyin həyata keçirilməsi heç bir qurum və ya tərəfdaş tərəfindən təkbaşına mümkün deyil. Bunun üçün milli və yerli hökumətlər, beynəlxalq təşkilatlar və bütün tərəfdaşlar arasında səmərəli əməkdaşlıq vacibdir. Məhz bu tərəfdaşlıq ruhu Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına evsahibliyi zamanı əsas yanaşmasını təşkil edirdi. Məqsədimiz yalnız uğurlu qlobal forum keçirmək deyil, həm də beynəlxalq dialoqu gücləndirmək, siyasi iradəni möhkəmləndirmək və yeni tərəfdaşlıqlar formalaşdırmaq idi. Bu gün keçirilən Yüksəksəviyyəli İclas bizə həmin siyasi dinamikanı davam etdirmək, əməkdaşlığı daha da gücləndirmək və Yeni Şəhər Gündəliyinin bugünkü və gələcək nəsillərin rifahı naminə daha sürətli icrasını təmin etmək imkanı yaradır. Azərbaycan dayanıqlı şəhərsalmanın təşviqi naminə UN-Habitat, BMT sistemi, üzv dövlətlər və bütün tərəfdaşlarla əməkdaşlığını bundan sonra da qətiyyətlə davam etdirəcək", - deyə Anar Quliyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!