17 İyul 2026 09:05
122
SİYASƏT
A- A+
"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"


Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik məsələlərinin qlobal siyasətin əsas prioritetlərinə çevrildiyi bir dövrdə Azərbaycan özünün ardıcıl və praqmatik xarici siyasəti sayəsində beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi təkcə Cənubi Qafqazın aparıcı dövlətinə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mərkəzə çevirib. Azərbaycanın siyasi sabitliyi, müstəqil qərarvermə imkanları, zəngin enerji resursları, beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi dünya dövlətlərinin etibarlı tərəfdaşlarından biri edib.

Milli Məclisin deputatı Pərvin KƏRİMZADƏ qəzetimizə aşıqlamasında deyib ki, bu reallıq fonunda Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi təsadüfi deyil: "Son illər Avropa ölkələri ilə siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində strateji əməkdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinin əyani göstəricisidir. Slovakiya ilə münasibətlər də məhz bu strateji xəttin uğurlu davamı kimi diqqəti cəlb edir. İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə Şuşada keçirilən görüş bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Səfərin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan başlaması həm rəmzi, həm də siyasi mesaj baxımından mühüm məna kəsb etdi. Bu gün Şuşa artıq yalnız tarixi və mədəni irsin simvolu deyil, eyni zamanda beynəlxalq diplomatiyanın mühüm məkanlarından birinə çevrilib. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının Şuşaya səfərləri Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edilməsinin, Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoymasının və bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin bariz nümunəsidir", - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir və bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. İki ölkə arasında  münasibətlər sistemli və davamlı inkişaf edir. Prezident İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və Slovakiya Prezidentinin Azərbaycana cavab səfəri diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipinin və yüksək etimadın göstəricisidir.

P.Kərimzadə vurğulayıb ki, Azərbaycan və Slovakiya arasında siyasi dialoqun intensivləşməsi yalnız yüksəksəviyyəli qarşılıqlı səfərlərlə məhdudlaşmır: "Parlamentlərarası əməkdaşlıq, hökumətlərarası komissiyaların fəaliyyəti, biznes-forumlar və müxtəlif iqtisadi platformalar münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, nümayəndə heyətlərinin geniş tərkibi də onu göstərir ki, tərəflər təkcə siyasi dialoq aparmır, eyni zamanda konkret layihələrin reallaşdırılması istiqamətində praktiki fəaliyyət göstərirlər. 2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Bu sənəd kağız üzərində qalan siyasi niyyət deyil, artıq konkret layihələr və qarşılıqlı təşəbbüslərlə öz təsdiqini tapır. Dövlət başçısının ifadə etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Bu fikir həm də onu göstərir ki, Bakı ilə Bratislava arasında münasibətlər qarşılıqlı etimada və milli maraqların uzlaşdırılmasına əsaslanır".

Deputat bildirib ki, Slovakiyanın Avropa İttifaqının üzvü kimi Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bu gün Avropa enerji təhlükəsizliyinin təmin olunmasında yeni tərəfdaşlara ehtiyac duyur. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edir. Slovakiyanın da 2024-cü ildən etibarən "Cənub qaz dəhlizi" layihəsinə qoşulması bu əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. "Avropa İttifaqının Rusiya qazından mərhələli şəkildə imtina etməsi fonunda Slovakiyanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Prezident Peter Pelleqrininin də qeyd etdiyi kimi, mövcud şəraitdə Azərbaycan Slovakiyanın enerji təminatında əsas tərəfdaşlardan biri kimi çıxış edir. Bu isə ölkəmizi təkcə enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçılarından biri statusuna yüksəldir. Amma ikitərəfli münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır. İqtisadi-ticari əlaqələr, hərbi-texniki əməkdaşlıq, sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və digər istiqamətlər də prioritet sahələr sırasındadır. Orta dəhlizin əhəmiyyətinin artdığı müasir mərhələdə Slovakiya Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Asiya bazarlarına daha qısa və təhlükəsiz çıxış əldə edə bilər. Bu baxımdan iki ölkə arasında logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək üçün mühüm perspektiv vəd edir", - deyə P.Kərimzadə əlavə edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində Slovakiyanın iştirakı münasibətlərin humanitar və siyasi etimad komponentini daha da gücləndirir. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, Slovakiya Qarabağın bərpasında fəal iştirak edən dost ölkələrdən biridir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən "ağıllı kənd" layihəsi müasir yaşayış konsepsiyasının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Milan Rastislav Ştefanik adına 840 şagirdlik tam orta məktəbin Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilməsi iki xalq arasında dostluğun və qarşılıqlı etimadın bariz nümunəsidir. Bu layihələr təkcə sosial infrastrukturun bərpasına xidmət etmir. Onlar eyni zamanda Avropa şirkətlərinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi inkişaf modelinə inamının göstəricisidir. Xarici investisiyaların cəlbi, yeni texnologiyaların tətbiqi, müasir şəhərsalma konsepsiyalarının reallaşdırılması Qarabağın regionun ən inkişaf etmiş iqtisadi məkanlarından birinə çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir.

Deputat vurğulayıb ki, diqqətçəkən məqamlardan biri də Prezident Peter Pelleqrininin Azərbaycanı yaxşı tanıyan siyasətçilərdən biri olmasıdır: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Peter Pelleqrini hələ parlament Sədri və Baş nazir olduğu dövrdə ölkəmizə səfərlər edib, COP29 çərçivəsində Azərbaycanda olub və prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana edib. Bu fakt onun Azərbaycanla münasibətlərə şəxsi səviyyədə də xüsusi əhəmiyyət verdiyini göstərir və gələcək əməkdaşlıq üçün əlavə siyasi etimad mühiti yaradır. Ümumilikdə Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri bir daha göstərdi ki, Bakı ilə Bratislava arasında münasibətlər artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq, strateji tərəfdaşlıq məzmunu qazanıb. Qarşılıqlı siyasi etimad, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, iqtisadi layihələr, Qarabağın bərpasında Slovakiyanın iştirakı və Avropa ilə Azərbaycan arasında körpü rolunun güclənməsi bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq". Məhz bu prinsip - siyasi iradə, qarşılıqlı etimad və konkret nəticələrə əsaslanan əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edir və iki ölkə arasında strateji tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da möhkəmlənəcəyinə ciddi zəmin yaradır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan artıq dünyada beynəlxalq tranzit və logistika ölkəsi kimi qəbul olunur

09:45
17 İyul

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!