17 İyul 2026 08:55
136
SİYASƏT
A- A+
Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"


"Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər təkcə dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır. Bu münasibətlər tarixi inkişaf prosesində formalaşmış, ortaq tarixə, ortaq mədəniyyətə, ortaq kimliyə və ortaq strateji maraqlara əsaslanan xüsusi tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər də məhz bu tarixi reallığı bir daha təsdiqləyir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İNANÇ deyib.

Hüsamettin İnanç bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər bu münasibətlərin daha da möhkəmlənməsində həlledici rol oynayıb.

Ekspert vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmır. "Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində həyata keçirilən layihələr də münasibətlərin strateji mahiyyətini nümayiş etdirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, təbii qaz layihələri və digər iri enerji təşəbbüsləri iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etməsinə mühüm töhfə verib. Bu gün Türkiyə-Azərbaycan münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü "Bir millət, iki dövlət" fəlsəfəsinin ən parlaq təzahürüdür.

Bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həqiqətən də Heydər Əliyevin ifadə etdiyi 'Bir millət, iki dövlət' prinsipi üzərində qurulub. Çünki bizi birləşdirən yalnız siyasi maraqlar deyil. Ortaq dilimiz, milli kimliyimiz, soy birliyimiz və ortaq tarixi təcrübəmiz mövcuddur. Məhz bu amillər münasibətlərimizi fərqləndirən əsas xüsusiyyətlərdir. Türk Dövlətləri Təşkilatının inkişafı da Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi münasibətləri daha güclü institusional əsas üzərində inkişaf etdirir. Son qəbul olunan qərarlara əsasən təşkilatın təhlükəsizlik və müdafiə arxitekturasının formalaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycanın bu sahədə mərkəz kimi müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərbi təlimlərinin Bakıda keçirilməsi də bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir", - deyə ekspert bildirib.

Politoloqun fikrincə, Vətən müharibəsində əldə olunan Qələbə bütün türk dünyası üçün mühüm örnək yaradıb. "Qarabağ Zəfərinin yaratdığı sinerji digər türk dövlətləri üçün də mühüm nümunədir. Şübhəsiz ki, bütün türk dövlətləri bizim qardaşlarımızdır və hər biri xüsusi əhəmiyyət daşıyır. Lakin Türkiyə baxımından Azərbaycanla münasibətlər bütün türk dünyası ilə qurulan əməkdaşlığın əsasını təşkil edir. Bu münasibətlər digər türk dövlətləri ilə inkişaf etdirilən tərəfdaşlıq üçün nümunəvi modeldir. Bu dərinlikdə və bu səviyyədə münasibətlər indiyədək heç bir başqa dövlətlə formalaşmayıb. Buna görə də bu strateji əməkdaşlığın dəyərini düzgün qiymətləndirmək son dərəcə vacibdir. Türkiyə ilə Azərbaycan arasında təhsil, elm, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq da sürətlə genişlənir. Bu gün universitetlərimiz, iş dünyamız və müxtəlif sahələr üzrə qurumlarımız Azərbaycan ilə çox sıx əməkdaşlıq edir", - deyə Hüsamettin İnanç əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!