Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün xərclər 49,5 faiz artırılır

13 Noyabr 2017
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov deyib. Nazir müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən, bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.