Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nyu Yorkda bir neçə terror aktının qarşısını alınıb

07 Oktyabr 2017
ABŞ-da üç terrorçunun planlaşdırdığı bir neçə aksiyanın qarşısı alınmışdır. Terrorçular ötən il Ramazan ayı zamanı Tayms-skverdə, metroda, konsertlərdə və adamların toplaşdığı digər yerlərdə İŞİD terrorçu qruplaşmasının adından partlayışlar törətməyi planlaşdırmışdılar. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Həbslər hələ ötən il keçirilsə də, bu barədə məlumat srağagün verilmişdir. Qeyd olunur ki, terrorçular Parisdə və Avropanın digər şəhərlərində törədilmiş terror aktlarından “ruhlanırmışlar”.

ABŞ Ədliyyə Nazirliyi 19 yaşlı Kanada vətəndaşı Abdulrəhman  Bahnasavi, 19 yaşlı ABŞ vətəndaşı Tala Harun və 37 yaşlı Filippin vətəndaşı Rassel Salika qarşı ittihamlar irəli sürmüşdür. Onlar ömürlük həbs cəzasına məhkum oluna bilərlər.