Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müzəffər Ağakərimov: Azərbaycana maraq göstərən turistlərin sayı artıb

30 Yanvar 2017
Ötən il ölkəmizə gələn turistlərin sayında əvvəlki illərə nisbətən 11 faiz artım müşahidə olunub. Belə ki, 2016-cı ildə Rusiyadan gələnlərin sayında 7,1 faiz, İrandan gələnlərin sayında 58 faiz, Qazaxıstandan gələn turistlərin sayında isə 15,8 faiz artım olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, yola saldığımız ildə ölkəmizə daha çox İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Rusiya, Qazaxıstan və İrandan turist gəlib. “Elektron viza tətbiq edildikdən sonra Azərbaycana maraq göstərən turistlərin sayı artıb. Artıq İndoneziya, Sinqapur, Hindistan, Malayziya və Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Bu il mart ayından başlayaraq xarici ölkə vətəndaşlarının ölkəmizə axını gözlənilir”, - deyə M.Ağakərimov söyləyib.