20 Oktyabr 2026 15:46
1299
SİYASƏT
A- A+
Regiona barış gətirən qətiyyətli siyasət

Regiona barış gətirən qətiyyətli siyasət


İlham ƏLİYEV: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” 


İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geopolitik reallıq bütövlükdə regionun taleyini və gələcək inkişaf istiqamətlərini köklü şəkildə dəyişdi. Onilliklər boyu münaqişə və gərginlik ocağı kimi tanınan bölgəmiz, məhz Azərbaycanın daxili və xarici siyasətdə nümayiş etdirdiyi qətiyyət, hərbi zəfər və diplomatik təşəbbüskarlıq sayəsində sülhün, tərəqqinin və əməkdaşlığın nümunəvi ünvanına çevrildi. Dünyanın qlobal müharibələr və siyasi təlatümlərlə çalxalandığı bir dövrdə Cənubi Qafqazda əldə olunan de-fakto barış mühiti beynəlxalq sammitlərdə təqdir edilən mühüm nailiyyətdir.


Sülhü kövrək edən əsas məqamlar


Lakin bu sülh mühitinin nə qədər həssas mərhələdə olduğunu ən dəqiq və reallığa əsaslanan şəkildə Prezident İlham Əliyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki nitqində belə ifadə edib:  “Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik”. 

Dövlətimizin başçısı vurğulayıb ki, burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi: “Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

Bu günlərdə Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı paylaşılan növbəti videoçarxda da məhz bu mesaj verilib:  “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

Prezidentin bu xəbərdarlığı günümüzün ən aktual siyasi reallığını özündə əks etdirir. Həqiqətən də, döyüş meydanında qazanılmış qələbə və postmünaqişə dövründə bərqərar olunmuş nisbi sakitlik hələ yekun nəticə demək deyil. Sülhü kövrək edən əsas məqam tərəflər arasında de-fakto mövcud olan sakitliyin hüquqi müstəvidə - de-yure tam möhkəmləndirilməməsi, Ermənistanın isə prosesi uzatmaqla bu kövrəkliyi riskə atmasıdır.

Azərbaycan Vətən müharibəsindən dərhal sonra qalib tərəf olmasına baxmayaraq, bölgədə əbədi əmin-amanlığın təmin olunması üçün Ermənistana beynəlxalq hüququn normalarına əsaslanan 5 əsas prinsip təqdim etdi. Rəsmi Bakının bu humanist və uzaqgörən addımları sülh gündəliyinin əsasını qoydu. Ölkəmizin ardıcıl və qətiyyətli siyasəti nəticəsində vasitəçilərə, üçüncü tərəflərə lüzum qalmadan iki ölkə arasında birbaşa dialoqlar başladı. Bu birbaşa təmaslar tezliklə konkret və real nəticələrlə yadda qaldı. Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verildi, ilk sərhəd dirəkləri quraşdırıldı. Paralel olaraq diplomatik mərhələdə mühüm addımlar atılmağa başlandı. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iki ölkə liderləri arasında görüş sülh prosesinə ciddi təkan verdi. Ardınca Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalandı. Eyni zamanda iki dövlət arasında sülh sazişinin mətni paraflandı.

Bütün bu addımlar Azərbaycanın regionda sülhün əsas memarı olduğunu bir daha təsdiqlədi. 


İrəvanın sülh prosesini dondurmaq cəhdi mənasızdır 


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bağdad şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasında qəbul edilən Bağdad Bəyannaməsində də Azərbaycan-Ermənistan arasında normallaşma prosesindəki irəliləyişlər, xüsusilə sazişin paraflanması alqışlanıb. 

Lakin bütün bunlarla yanaşı bölgədə sülh hələ də kövrək qalmaqda davam edir. Sülhün qorunması və möhkəmləndirilməsi hər iki tərəfin səmimi iradəsindən asılıdır. Azərbaycan de-fakto sülhü bərqərar etsə də, qarşı tərəfin hüquqi müstəvidə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınması, gələcəkdə revanşizm təhlükəsinin tam aradan qalxmaması sülhün kövrəkliyini saxlayan əsas amildir. Sülhü möhkəmləndirmək üçün iki ölkə arasında yekun sülh sazişi imzalanmalı və bütün hüquqi əngəllər aradan qaldırılmalıdır.

Hazırda İrəvanın sülhdən yayınmaq cəhdləri və ləngitmə taktikası müşahidə olunur. Belə ki, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət qarşısında “sülhpərvər” imici yaratmağa çalışsa da, əməli addımlarda prosesi süni şəkildə uzatmaq, vaxt qazanmaq və sülh müqaviləsinin imzalanmasını gecikdirmək yolunu tutub.

Baş nazir Nikol Paşinyanın son bəyanatları İrəvanın qeyri-səmimiliyini növbəti dəfə ifşa etdi. Əvvəllər yeni konstitusiyanın qəbulunu və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını 2026-cı ilin sonu – 2027-ci ilin əvvəli ilə əlaqələndirən Paşinyan, indi sülh sazişinin imzalanması və ratifikasiyası məsələsini 2031-ci ilədək uzatmaq niyyətində olduğunu bildirib.

Sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığı, Vaşinqtonda paraflandığı bir vaxtda məsələni daha 5 il uzatmaq cəhdi mahiyyətcə Ermənistanın sülh prosesini qeyri-müəyyən müddətə dondurmaq cəhdidir.

Ötən il Vaşinqton Zirvəsində sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi  Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.  

İƏT-in Bağdad Bəyannaməsində də Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilib. 

Ermənistan öz konstitusiyasından bu iddiaları çıxarmadığı müddətdə gələcək münaqişələr üçün hüquqi zəmin yaratmış olur.

İrəvanın sülh prosesini ləngitmə taktikası Bakının prinsipial mövqeyini sarsıda bilməz. Çünki proseslər Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir.

 Azərbaycan öz hərbi qüdrətini gündən-günə artırır, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli bərpa-quruculuq işləri sayəsində Böyük Qayıdış Proqramını uğurla reallaşdırır. Şərqlə Qərbin əsas nəqliyyat-logistika qovşağına çevrilən ölkəmiz qlobal enerji təhlükəsizliyində strateji rol oynayır. 

Bu kontekstdə sülhü süni şəkildə yubadan İrəvan regionun iri iqtisadi, enerji və nəqliyyat layihələrindən kənarda qalır. Onilliklər boyu yürütdüyü işğalçılıq siyasəti ilə “dalan ölkə”yə çevrilən Ermənistan, bu uzatma taktikası ilə özünü yeni iqtisadi və siyasi təcridə məhkum edir.

Azərbaycan Cənubi Qafqazda de-fakto sülhü bərqərar edib. Bu sülhün kövrəkliyini aradan qaldırmaq, onu dayanıqlı və daimi etmək üçün Ermənistan vaxt qazanmaq taktikasına son qoymalıdır. İrəvan başa düşməlidir ki, zamanı uzatmaq bölgədəki reallığı və Bakının şərtlərini dəyişməyəcək. Bu isə elə Ermənistanın özünə ziyandır. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!