21 Oktyabr 2026 14:14
317
SİYASƏT
A- A+
Ermənistanın sülhdən başqa alternativi yoxdur  

Ermənistanın sülhdən başqa alternativi yoxdur  


“Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün  və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi  üçün real zəmin yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar bölgədə sülhün təmin olunması üçün ümidləri artırır”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Vaşinqton  Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması tarixi hadisədir. Bu görüşdən sonra  30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Həmin görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

Deputat bildirib ki, belə bir şəraitdə bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağını bəyan etməsi ciddi suallar doğurur. Nəzərə alaq ki, sülh sazişinin indiyədək imzalanmamasının səbəbi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmamasıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu ölkənin konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra sülh sazişi imzalanacaq. Erməni tərəfi isə konstitusiya dəyişiklikləri ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini açıqlamışdı. Paşinyan yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müstəqillik bəyannaməsinə istinad edilməməsinin zəruriliyini vurğulayıb. Əgər gələn il referendum keçirilərsə və ermənilər yeni layihəyə səs verərsə, sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Lakin Paşinyanın son açıqlaması sülh sazişinin gələcəyi üçün təhlükə yaradır.

Millət vəkilinin fikrincə, N.Paşinyanın bir tərəfdən sülh sazişinin əhəmiyyətindən, regional kommunikasiyaların açılmasının zəruriliyindən danışması, digər tərəfdən isə 2031-ci il açıqlaması rəsmi İrəvanın qeyri-müəyyənliyindən xəbər verir. Bu yanaşma erməni tərəfinin ziddiyyətli mövqeyinin göstəricisidir.  “Əgər sülh Ermənistanın gələcəyi üçün önəmlidirsə, onun imzalanması və ratifikasiyası niyə 2031-ci ilədək uzadılmalıdır? Paşinyanın bu mövqeyi Ermənistanın daxili və xarici siyasətindəki ziddiyyətlərlə bağlı ola bilər. Digər tərəfdən, rəsmi İrəvanın Fransadan və Hindistandan hücum silahları almağa davam etməsi də ciddi suallar doğurur” – deyən Samir Vəliyevin əlavə edib ki, erməni tərəfi bu məsələlərə aydınlıq gətirməlidir.

“Nəzərə alaq ki, əgər yekun sülh sazişinin imzalanması həqiqətən də 2031-ci ilədək təxirə salınarsa, bu, artıq əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsinin ləngiməsinə səbəb olacaq. Yaxud, əgər erməni tərəfi yeni silahlar alaraq Azərbaycana güc nümayiş etdirməyə çalışarsa, ordumuz yenə də dəmir yumruğu işə salacaq. Ermənistan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur” – deyə, deputat vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!