21 Oktyabr 2026 15:26
370
SİYASƏT
A- A+
Makron hakimiyyətinin və Fransa demokratiyasının əsl siması  

Makron hakimiyyətinin və Fransa demokratiyasının əsl siması  


 Fransa etirazlar və iğtişaşlar dalğasının növbəti mərhələsini yaşayır. Bu dəfə prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət artan ictimai narazılıq və kütləvi nümayişlər fonunda ciddi təzyiqlə üzləşib. Müxtəlif dövrlərdə pensiya islahatlarına, hökumətin iqtisadi siyasətinə, sosial təminat sistemindəki dəyişikliklərə və dövlət idarəçiliyinin ayrı-ayrı istiqamətlərinə qarşı keçirilən nümayişlər Fransa cəmiyyətində narazılığın dərin köklərə malik olduğunu göstərir. Bu mənzərə ölkənin yalnız cari problemləri ilə deyil, həm də dövlət-cəmiyyət münasibətlərində yaranmış ziddiyyətlərlə bağlı ciddi suallar doğurur. 

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında dedi ki, Makronun hakimiyyəti dövründə baş verən hadisələr Fransada siyasi idarəçilik üsulu  ətrafında müzakirələri daha da gücləndirib: “Hökumətin həyata keçirdiyi bir sıra iqtisadi və sosial islahatlar cəmiyyətin müəyyən təbəqələrində ciddi narazılıqla qarşılanır. Xüsusilə sosial problemlərin həlli ilə bağlı gözləntilərin qarşılanmaması, həyat səviyyəsi və perspektivlərlə bağlı narahatlıqların artması, eləcə də etiraz aksiyalarına sərt müdaxilələr dövlət institutlarına ictimai etimada ciddi zərbə vurub. Nəticədə, Fransada müşahidə olunan gərginlik təkcə konkret qərarlara qarşı etirazlarla məhdudlaşmır, həm də hakimiyyətin cəmiyyətlə münasibətlərinin xarakteri və ölkənin siyasi gələcəyi ilə bağlı daha geniş müzakirələri əhatə edir”.

Bu dəfə etirazların ilkin mərhələsinin Parisdəki liseylərdə başladığını diqqətə çatdıran deputat qeyd etdi ki, məktəblərdə müəllim çatışmazlığı, infrastruktur problemləri və təhsil şəraitinin qənaətbəxş olmaması ilə bağlı narazılıqlar müəllimlərin tətilinə gətirib çıxarıb. Şagirdlər də müəllimlərlə həmrəylik nümayiş etdirərək aksiyalara qoşulub və dərsləri boykot etməyə başlayıblar. İlkin olaraq təhsil sahəsindəki problemlərə etiraz məqsədilə başlayan aksiyalar sonradan daha geniş ictimai narazılıq dalğasına çevrilib. Nümayişlərdə hökumətin sosial problemlərin həllində yetərsiz fəaliyyəti, hakimiyyətin qərarlarına qarşı narazılıq və ölkədə köklü iqtisadi-siyasi dəyişikliklərə dair tələblər ön plana çıxıb. Aksiyalarda baş verən zorakılıq halları və polisin sərt müdaxilələri vəziyyəti daha da gərginləşdirib. İctimai narazılığın genişlənməsi nəticəsində etirazlar təhsil sektorunun hüdudlarını aşaraq, daha geniş sosial-siyasi məzmun qazanıb.

V.Rəhimzadə bildirdi ki, Paris beynəlxalq tribunalarından çıxış edərək müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti barədə mühakimələr yürüdür, başqa dövlətlərə hüquq və azadlıqların qorunması ilə bağlı “tövsiyələr” verir, bu məsələləri siyasi təzyiq vasitəsinə çevirir: “Lakin demokratiyanın həqiqi mahiyyəti yalnız beynəlxalq platformalarda səsləndirilən bəyanatlarla deyil, dövlətin öz vətəndaşlarına münasibəti, etiraz hüququna hörməti və hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət mexanizmləri ilə ölçülür. Məhz bu baxımdan Fransada son dövrlərdə yaşanan ictimai gərginlik, etiraz aksiyalarına müdaxilələr və polis zorakılığı ilə bağlı yayılan məlumatlar ciddi suallar doğurur. Bəs, hanı Fransa demokratiyası? Demokratiyadan danışan bir dövlətin öz daxilində vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırması, nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi Fransa siyasi rəhbərliyinin beynəlxalq ritorikası ilə ölkədəki reallıq arasında ziddiyyətlərin mövcudluğunu göstərir. Aksiyalar zamanı polis müdaxilələrinin sərtliyi, yeniyetmələrin xəsarət alması və kütləvi saxlanmalar, əslində, Makron hakimiyyətinin, Fransa demokratiyasının əsl mahiyyətini ortaya qoyur. Bir daha aydın olur ki, Fransa demokratiya və insan hüquqları prinsiplərindən özünün siyasi və geosiyasi maraqlarını irəli aparmaq üçün vasitə kimi istifadə edir”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!