21 Oktyabr 2026 16:53
433
CƏMİYYƏT
A- A+
“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  


Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi məkanda tanıdılması, milli söz sənətinin müxtəlif xalqların oxucularına çatdırılması mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Lətifə Oruc ədəbi təxəllüsü ilə çıxış edən azərbaycanlı yazıçı, vəkil Lətifə Əliyevanın Almatıda keçirilən yaradıcılıq görüşü və onun "Sirli gedişlər" romanının təqdimatı təqdirəlayiqdir.

“Sirli gedişlər” əsərinin qazax dilindəki nəşri Erkinbek Turqunovun tərcüməsində "Құпия жүрістер" adı altında təqdim olunub. 

Qazaxıstan Yazıçılar İttifaqının, ədəbi və mədəni ictimaiyyətin nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə əsərin əsas mövzuları, başlıca məqasədi, ədəbi əlaqələrin möhkəmlənməsində, xalqların yaxınlaşmasında bədii tərcümənin rolu, o cümlədən iki ölkə yazıçılarının əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Sirli gedişlər” romanı bu günədək bir sıra dillərə tərcümə olunub. Artıq kitab Azərbaycan oxucuları ilə yanaşı, rus, ingilis, türk, özbək, qırğız, qazax, başqırd, tatar və alman dillərində də əlçatandır. Yazıçı Lətifə Orucdan aldığımız məlumata görə, roman hazırda gürcü dilinə tərcümə olunur.

Qeyd edək ki, “Sirli gedişlər” romanı ilk dəfə 2021-ci ildə Bakıda, “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Romanın diqqətçəkən xüsusiyyətlərindən biri onun həyat gerçəkliyi ilə sıx bağlı olmasıdır. Müəllif sadə və zəhmətkeş bir ailənin timsalında insan iradəsinin gücünü, təhsilin əhəmiyyətini, ailə birliyini və çətinliklərə qarşı mübarizəni təsvir edib. Əsərin mərkəzində yeddi bacının həyat yolu dayanır. Zəhmətkeş ata və qayğıkeş ana tərəfindən böyüdülən bacılar maddi çətinliklərə baxmayaraq təhsil alır, müxtəlif peşələrə yiyələnir və öz həyat yollarını qururlar.

Müəllif bidlirir ki, “Sirli gedişlər” romanım bizim öz həyat hekayəmizdir: “Biz ailədə yeddi bacı olmuşuq. Atam səkkizinci sinifədək oxuyub. Anam isə məktəbə getməyib, yazıb-oxumağı bacarmırdı. Bu kitabda mən biz yeddi bacının ali təhsil almaq üçün hansı çətinliklərdən keçdiyimizi, kənddən necə gəldiyimizi, Bakıda hansı problemlərlə üzləşdiyimizi təsvir etmişəm. Çətinliklər bizi ruhdan sala bilmədi, arzularımızdan geri çəkilmədik, ümidlərimizi itirmədik. Nəticədə, hamımız Bakıda yüksək təhsil aldıq. Bacılarımdan ikisi Azərbaycan Tibb Universitetini bitirdi. Üç bacı Bakı Dövlət Universitetinin hüququ fakültəsində oxuduq. Bir bacım universitetin tarix, digəri isə filologiya fakültəsində təhsil aldı. Yəni hər birimiz bu cəmiyyətdə öz sözünü demiş şəxslərik”.

Yazıçı bir ailənin hekayəsini ümumiləşdirməyə müvəffəq olub. Əsərin qəhrəmanlarının həyat mübarizəsi, keçmişin sosial reallıqları, ailə tərbiyəsi və hər bir fərdin öz gələcəyini qurmaq, savad və zəhmət sayəsində irəliləmək, məqsədinə çatmaq əzmi oxucuya böyük təsir bağışlayır.

Yazıçının həyat təcrübəsindən və müşahidələrindən qaynaqlanan əsər oxucuya bir mühüm həqiqəti xatırladır ki, insanın gələcəyini yalnız doğulduğu mühit müəyyən etmir. İradə, elmə və biliyə bağlılıq, ailədən alınan mənəvi tərbiyə və düzgün seçimlər də həyat yolunda həlledici rol oynayır.

Qeyd edək ki, Lətifə Əliyeva uzun illər Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi vəkil kimi fəaliyyət göstərib. 

Müəllifin “Sirli gedişlər” romanını qələmə almaqda məqsədi təhsil hüququndan məhrum olmuş qız uşaqlarının hüquqlarını müdafiəsi, onları təhsilə yönəltmək və erkən nikaha “yox” deməkdir: “Mən otuz ilə yaxın vəkil işləmişəm. Həmin müddətdə çoxlu belə problemlərlə mənə müraciət edən gənc xanımlar olub.  Bu romanla mən diqqətə çatdırıram ki, heç bir çətinlikdən qorxmaq lazım deyil. Hər bir gənc çalışmalıdır ki, qorxuları onu idarə etməsin. Əksinə, özü qorxularını idarə etsin, həyat yolunda mətanətlə addımlamağı, arzularını həyata keçirməyi bacarsın və gələcəkdə özünü cəmiyyətdə bir şəxsiyyət kimi təsdiq edə bilsin. Eyni zamanda, “Sirli gedişlər” romanının valideynlər üçün də tərbiyəvi əhəmiyyəti var. Bu əsər onlara da xatırladır ki, ailədə öz övladlarına mənəvi dəstək olmalıdırlar. Uşaqlarının həyatını düzgün qurmalarına maneə yaratmaq əvəsinə, onlara doğru yol göstərməli, əllərindən gələni əsirgəməməlidirlər. Ona görə də mən öz real həyat hekayəmizi yazıb başqa dillərə də tərcümə etdirirəm. Həmin ölkələrə gedib kitabımın təqdimatını keçirirəm. Təşəkkür edirəm ki, həmin ölkələrdə yüksək səviyyədə qarşılanıram, təhsil ocaqlarında, milli kitabxanlarda, Yazıçılar Birliyində, muzeylərdə kitabımın təqdimatını keçirirlər. Hər tədbirdə çıxış edən tələbələrin, məktəblilərin timsalında “Sirli gedişlər” romanımın oxuculara çox böyük təsir etdiyinin şahidi oluram”. 

Lətifə Əliyeva qeyd edir ki, “Sirli gedişlər” kitabının indiyədək türkdilli dövlətlərdə - Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda yüksək səviyyədə təqdimat mərasimləri keçirilib. Müəllif həmin tədbirlərdə iştirak edib: “Sirli gedişlər” yalnız qızlar üçün deyil, ümumilikdə gənclər üçün tərbiyəvi əhəmiyyətə malik romandır. Bu əsər gənclərə öz ayaqları üstündə dayanmağı, əzmkar, mətin olmağı aşılayır. Qazaxıstanda keçirilən görüşlərdə də bir müəllif kimi. mənim üçün görmək çox xoş oldu ki, əsərim oxuculara böyük təsir bağışlayır, onları düşündürür və məqsədlərinə doğru gedən yolda çətinlikləri aşmağa həvəsləndirir”.


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!