10 Oktyabr 2026 08:10
2200
SİYASƏT
A- A+
Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti


Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər, yeni iqtisadi və nəqliyyat reallıqlarının formalaşması dövlətlərin regional və qlobal siyasətdə rolunu yenidən müəyyənləşdirir. Belə bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi müstəqil, məqsədyönlü və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlıq proseslərində aparıcı rolunun artmasına və qlobal əhəmiyyətli layihələrdə iştirakı imkanlarının genişlənməsinə şərait yaradıb. Bu baxımdan Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmayan, daha geniş geosiyasi və geoiqtisadi məzmun daşıyan mühüm diplomatik hadisə kimi qiymətləndirilməlidir. Səfər Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi, Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, Orta dəhlizin inkişafı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və regional inteqrasiyanın yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional dialoqun təşəbbüskarı və qlobal nəqliyyat-logistika, enerji və ticarət layihələrinin aparıcı iştirakçılarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Türkmənistana səfəri ümumilikdə ölkəmizin MDB məkanında və Mərkəzi Asiyada artan siyasi nüfuzunu, müstəqil xarici siyasət kursunun uğurlarını, Xəzər hövzəsində sülh, təhlükəsizlik və ekoloji əməkdaşlığın inkişafına verdiyi töhfəni, eləcə də Avrasiyada yeni əməkdaşlıq platformalarının formalaşmasında oynadığı strateji rolu bir daha nümayiş etdirdi.

AZƏRTAC Prezident İlham Əliyevin Türkmənistana səfəri fonunda Azərbaycanın regional əməkdaşlıq proseslərindəki rolunu təhlil edir.


Azərbaycanın regional diplomatiyası: Həm MDB məkanında, həm də Mərkəzi Asiyada mövqeyimiz güclənir


Mövcud reallıqlar fonunda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri regional əməkdaşlıq mexanizmlərində fəal iştirak, milli maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrini genişləndirmək və beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik diplomatik kurs nəticəsində Azərbaycan həm MDB məkanında, həm də Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib.

Azərbaycan MDB çərçivəsində milli maraqlarına əsaslanan, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həyata keçirir. Ölkəmiz bu platformanı dövlətlər arasında siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və humanitar münasibətlərin qorunması baxımından əhəmiyyətli əməkdaşlıq formatlarından biri kimi qiymətləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: "...Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib".

Prezident İlham Əliyevin MDB çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlərdə iştirakı Azərbaycanın regional dialoqa və konstruktiv əməkdaşlığa verdiyi önəmin əyani təzahürüdür.

Bununla yanaşı, son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri xüsusi dinamika qazanaraq, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu əlaqələr artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq formatları müstəvisində inkişaf edir. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakına dair qəbul edilmiş qərar bu baxımdan mühüm tarixi əhəmiyyət daşıyır. Azərbaycanın bu formatda iştirakı ölkəmizin Mərkəzi Asiya ilə strateji tərəfdaşlığının möhkəmlənməsinə, türk dünyasının birliyinin güclənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və Orta dəhlizin inkişafına yeni imkanlar yaradır. Bu, eyni zamanda Azərbaycanın Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da gücləndirir.

Oktyabrın 8-də Prezident İlham Əliyev Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bu regionla ölkəmiz arasındakı münasibətlərlə bağlı qeyd edib: "Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. ... Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq". Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni investisiya və birgə layihələr hesabına daha da genişlənməlidir.


Azərbaycanın Avrasiya məkanında strateji mövqeyi: Nəqliyyat, enerji və Xəzər dənizi


Azərbaycanın beynəlxalq əhəmiyyətinin artmasının əsas amillərindən biri onun əlverişli coğrafi mövqeyindən uğurla faydalanaraq həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələridir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları, avtomobil magistralları və digər logistika imkanları Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində strateji rolunu artırır. Xüsusilə Orta dəhlizin inkişafında Azərbaycanın rolu ayrıca qeyd olunmalıdır. Prezident İlham Əliyevin təşəbbüsləri və ölkəmizin nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar nəticəsində bu marşrut Avropa ilə Asiya arasında mühüm alternativ nəqliyyat bağlantısına çevrilib. Orta dəhlizin əhəmiyyəti yalnız iqtisadi gəlirlərlə məhdudlaşmır. Bu layihə region dövlətləri arasında əməkdaşlıq mühitini gücləndirir və Avrasiya məkanında yeni iqtisadi əlaqələr sisteminin formalaşmasına xidmət edir.

Ölkəmiz eyni zamanda enerji təhlükəsizliyi sahəsində də regional və qlobal əhəmiyyətə malik layihələrin təşəbbüskarıdır. Xüsusilə Xəzər regionunda yerləşən resursların beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın nəqliyyat və tranzit imkanları mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması həm regional bağlantıların genişlənməsinə, həm də Avropa və Asiya arasında yeni enerji əməkdaşlığı imkanlarının formalaşmasına şərait yaradır. Eyni zamanda Azərbaycanın "yaşıl enerji" istiqamətində həyata keçirdiyi layihələr ölkəmizin gələcək enerji arxitekturasında rolunu daha da artırır.

Xəzər dənizi də Azərbaycanın regional siyasətində mühüm istiqamətlərdən biridir. Ölkəmiz Xəzəri sülh, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq məkanı kimi qiymətləndirir. Xəzəryanı dövlətlər arasında etimadın gücləndirilməsi və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Xəzər dənizinin su səviyyəsinin azalması ciddi regional çağırış olaraq qalır. Dəniz səviyyəsinin enməsi ekoloji problemlərlə yanaşı, iqtisadi və sosial təsirlər də yaradır. Gəmiçilik, limanların fəaliyyəti, sahilyanı infrastruktur və biomüxtəliflik bu prosesdən mənfi təsirlənir. Azərbaycan bu problemin həllinə regional əməkdaşlıq çərçivəsində yanaşır. Prezident İlham Əliyev 2022-ci ildə Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Xəzərin su səviyyəsinin azalması məsələsini gündəmə gətirib və xüsusi işçi qrupunun yaradılması təşəbbüsünü irəli sürüb.

Xəzərin su balansına təsir edən amillər arasında iqlim dəyişmələri ilə yanaşı, insan fəaliyyəti və çay sularından istifadə məsələləri də mühüm yer tutur. Dövlətimizin başçısı Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışı zamanı Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərinə və həll yollarına toxunaraq deyib: "Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. ...Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir". Prezident İlham Əliyevin bu fikirləri Xəzərin səviyyəsinin azalmasına kompleks yanaşmanın vacibliyini göstərir. Dövlətimizin başçısının vurğuladığı kimi, problemin həlli yalnız ekoloji tədbirlərlə məhdudlaşmamalı, elmi araşdırmalar, regional əməkdaşlıq və uzunmüddətli strateji qərarlar əsasında həyata keçirilməlidir.


Azərbaycan-Türkmənistan tərəfdaşlığı


Azərbaycanla Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, tarixi-mədəni yaxınlıq və ortaq maraqlar əsasında inkişaf edən dostluq əlaqələri ilə xarakterizə olunur. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının genişlənməsi əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyevin Türkmənistana səfəri ölkələrimiz arasında münasibətlərdə mövcud yüksək siyasi etimadın növbəti göstəricisidir. İki ölkənin malik olduğu iqtisadi potensial və regional imkanlar əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafı regionlararası ticarət əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.

Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini dəstəkləyir. Bu yanaşma regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına, nəqliyyat bağlantılarının inkişafına və iqtisadi inteqrasiyanın genişlənməsinə şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin Türkmənistana səfəri, o cümlədən keçirilən tədbirlər və görüşlər Azərbaycanın artan beynəlxalq nüfuzunun, regional əməkdaşlıq təşəbbüslərinin və müstəqil xarici siyasətinin növbəti göstəricisidir. Səfər ölkəmizin MDB və Mərkəzi Asiya məkanında mövqelərinin möhkəmləndiyini, Avrasiya əməkdaşlığında və regional sabitliyin təmin olunmasında rolunun artdığını bir daha nümayiş etdirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər 

13:02
12 Oktyabr

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk  

12:59
12 Oktyabr

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır  

12:47
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

12:45
12 Oktyabr

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb  

12:43
12 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq  

12:37
12 Oktyabr

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir  

12:36
12 Oktyabr

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur  

12:32
12 Oktyabr

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır  

12:24
12 Oktyabr

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb  

12:23
12 Oktyabr

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub  

12:22
12 Oktyabr

Azərbaycanla hesablaşırlar: qalib dövlətin böyük geosiyasi çəkisi  

12:20
12 Oktyabr

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

12:19
12 Oktyabr

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb  

12:18
12 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb  

12:16
12 Oktyabr

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik  

12:15
12 Oktyabr

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12:06
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

12:05
12 Oktyabr

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

12:04
12 Oktyabr

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır  

12:00
12 Oktyabr

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir  

11:59
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!