21 Oktyabr 2026 14:49
407
SİYASƏT
A- A+
TDT-nin Baş katibi: Orta Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çatacağı proqnozlaşdırılır  

TDT-nin Baş katibi: Orta Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çatacağı proqnozlaşdırılır  


Türk dünyasının artan əhəmiyyəti yalnız ortaq irslə deyil, həm də ümumi iqtisadi və strateji potensialın miqyası ilə müəyyən olunur. 2025-ci ilin sonuna dair açıqlanan rəqəmlərə əsasən, Türk Dövlətləri Təşkilatı (TDT) üzv və müşahidəçi dövlətlərinin ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dollarını ötüb. Onların ümumi ticarət dövriyyəsi isə təxminən 1,27 trilyon dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin məqaləsində qeyd olunub.

Məqalədə vurğulanıb ki, qlobal enerji sistemlərinin sürətlə dəyişdiyi və tələbatın artdığı dövrdə birlikdə fəaliyyət göstərmək seçim məsələsi deyil, zərurətdir. Son TDT Zirvə görüşlərində də enerji təhlükəsizliyinin əhəmiyyəti vurğulanıb. Belə ki, enerji təhlükəsizliyi sabit təchizatın təmin olunması, ticarətin artırılması, iqtisadi və geosiyasi sabitliyin gücləndirilməsi üçün boru kəmərlərinin, elektrik şəbəkələrinin, enerjisaxlama sistemlərinin və nəqliyyat marşrutlarının bir-biri ilə əlaqələndirilməsindən asılıdır.

“Türk dövlətləri Cənub Qaz Dəhlizi, Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi, Kambarata-1 Su Elektrik Stansiyası və Qara dənizin dibi ilə çəkilən sualtı elektrik kabeli kimi iri infrastruktur layihələri vasitəsilə regional və beynəlxalq enerji bağlantılarını gücləndirir. Bu təşəbbüslər Türk dünyasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, təchizat marşrutlarının şaxələndirilməsində və bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafında artan rolunu nümayiş etdirir.

Bu baxımdan “Türk Dünyası 2040 Baxışı” mühüm strateji çərçivə təqdim edir. Bu sənəd bizi iqtisadi inteqrasiyanı dərinləşdirməyə, bağlantıları yaxşılaşdırmağa, institutları gücləndirməyə, bilikəsaslı sənaye sahələrinə investisiya yatırmağa, dayanıqlı və inklüziv inkişafı təşviq etməyə çağırır. Bu yanaşmanın əhəmiyyəti, bəlkə də ən aydın şəkildə bağlantılar sahəsində görünür. Xəzərdən keçən Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi Asiya ilə Avropa arasında getdikcə daha mühüm əlaqə xəttinə çevrilir. Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çata biləcəyi proqnozlaşdırılır. İllik 15 milyon tona qədər yükdaşıma qabiliyyətinə malik olacağı gözlənilən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu da regional bağlantıları gücləndirəcək və Avrasiya boyunca ticarət imkanlarını genişləndirəcək. Lakin müasir nəqliyyat dəhlizi dəmir yollarından, avtomobil yollarından və limanlardan daha geniş anlayışdır. Yüklər sərhədləri səmərəli şəkildə keçməli, məlumat və sənədlər də onlarla birlikdə hərəkət etməlidir. TDT fiziki infrastrukturu gömrük və rəqəmsal həllərlə tamamlayır”, - deyə Kubanıçbek Ömüralıyevin məqaləsində qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!