14 Oktyabr 2026 08:00
300
SİYASƏT
A- A+
Söz sahibinə çevrilən Azərbaycan

Söz sahibinə çevrilən Azərbaycan


* Hamı danışa bilər - demokratiyadır!

* Hər kəs söz deyə bilər.

* Kimsə fikir söyləyə bilər.

AMMA:

* Sözü kimin deməsi.

* Sözünü harda söyləməsi.

* Sözün eşidilməsi və qəbul  edilməsi.

Bax, bu, mühüm şərtdir!

Xidmət göstərmiş, sınaqdan çıxmış, həyatda  nəyəsə nail  olmuş;

Özünü tanıtmış, təsdiq etmiş.

Xalqı, dövləti, ondan kömək istəyənlər üçün nəsə etmiş insanların sözü bambaşqa olur.

* Çünki belələrinin sözü ilə  əməli bir olur!

* Çünki  belələri dediklərini həyata keçirməyə qadir olurlar.

* Çünki belələri təkcə söz yox, həm də əməl, iş adamları hesab  olunurlar.

*  Dövlətlər də söz söyləyə bilirlər!

* Dövlətlər də söz sahibi ola bilirlər!

* Dövlətlərin də dedikləri  sözün  çəkisi olur!

Dövlətin  sözünü isə onun  başçısı, rəhbəri söyləyir!

Başqa bir həqiqət də var:

Bir çox halda dövləti rəhbərinə görə tanıyırlar, sayırlar.

Hər dövlət başçısı isə özünü tanıda, saydıra bilmir.

Onu gördüyü işlər, atdığı addımlar, dünyanın inkişafına və əmin-amanlığına  verdiyi töhfələr tanıdır, saydırır, bütövlükdə söz sahibinə çevirir.

Eşidilən, sayılan, hörmətlə qarşılanan söz sahibinə!

***

Ötən əsrin  sonlarına doğru "Qırmızı imperiya" laxlayaraq parçalanmağa başladı.

SSRİ-nin birinci və axırıncı prezidenti M.Qorbaçovun  "yenidənqurma" adlı oyunbazlıqları da superdövləti xilas edə bilmədi.

Moskva  keçmiş "müttəfiq respublikaları"na sözdə müstəqil  dövlət olmaq imkanı versə də, əməldə imperiya ambisiyalarını  qoruyub saxlayır, onları ətrafında  "vassal dövlətlər" kimi görmək istəyirdi.

Bundan ötrü SSRİ-nin yeni forması kimi düşünülən MDB adlı yeni bir  qurum da yaradılmışdı.

Zəngin  karbohidrogen  ehtiyatlarına malik Azərbaycanı heç cür əldən buraxmaq fikrində deyildilər.

Odur ki, hələ XIX əsrdə uğurla sınaqdan çıxarılan "Qarabağ münaqişəsi" adlı bir  problem də vardı.

Hər dəfə Azərbaycan  itaətdən çıxmaq istəyəndə onu  qızışdırmaqla yenidən ram edirdilər.

Ulu Öndər Heydər Əliyev SSRİ-nin siyasi rəhbərlərindən biri kimi Moskvaya aparıldıqdan sonra orada da Azərbaycanın sözünü deyir, maraqlarını müdafiə edirdi.

Müstəqil dövlət  qurmaq  niyyətinə düşən Azərbaycan xalqını cəzalandırmaq, yerində oturtmaq üçün ilk növbədə Heydər Əliyev "zərərsizləşdirilməli" idi.

Əvvəlcə onu rəhbərlikdən kənarlaşdırdılar, sonra  həyatına sui-qəsd etdilər, doğma Vətəninə  qayıtdıqda  isə öz manqurtlarımızın əli ilə Bakıda yaşamasına imkan vermədilər.

Azərbaycan xalqının "cızıqdan  çıxdığını" gördükdə isə  onu açıq şəkildə və qəddarlıqla cəzalandırdılar:

Əksəriyyəti erməni millətindən təşkil olunan sovet  ordusunun cəza dəstəsini Bakıya göndərərək 1990-cı ildə 20 Yanvar  faciəsini törətdilər.

M.Qorbaçovun simasında mərkəzin dəstəyi ilə Dağlıq Qarabağda  separatçılığa rəvac verdilər, erməniləri silahlandıraraq və lazım gələndə hərbi  dəstək verərək Azərbaycan ərazilərinin işğalına münbit şərait yaratdılar.

Mərkəzin bu haqsızlıqlarından, Bakıda törədilən qırğınlardan və Qarabağdakı özbaşınalıqlardan, habelə torpaqların işğalından hiddətlənən xalq günlərlə və həftələrlə Azadlıq  meydanına toplaşaraq hayqırtılar və çıxışlar şəklində öz etirazını bildirir, düyünlənmiş yumruğunu  havada silkələyirdi.

Bununla da ürəyini soyudurdu.

Amma yenə heç nə dəyişmirdi.

Erməni separatçıları öz əməllərini davam etdirir, Moskva isə onları gizli və aşkar  şəkildə  dəstəkləyirdi.

Xalqın sözünü deyən, hadisələrin axarına təsir göstərərək onu dəyişə bilən rəhbər isə yox idi.

Heç olmadı da.

***

Moskva Azərbaycanı  itaət boyunduruğunda saxlamaq üçün əvvəlcədən öz tədbirini görmüşdü.

Təkcə Azərbaycan xalqını sevimli və uzaqgörən rəhbərindən  uzaq  salmamışdı.

Həm də irəlicədən Azərbaycana Rusiyanın dedikləri ilə durub-oturan "rəhbərlər" təyin etmişdi.

Xalq arasında heç bir nüfuzu olmayan,  dedikləri eşidilməyən və qəbul edilməyən insanlar  tez-tələsik hakimiyyətə  gətirilmişdi.

Azərbaycan dilində təmiz danışa bilməyən, çıxışları və hərəkətləri ilə gülüş doğuraraq "bambılı" ləqəbini qazanan Ə.Vəzirov nəinki paytaxt sakinlərini qırğından qoruya bildi, heç mərkəzə bir kəlmə belə etiraz  etməyərək  hərbi təyyarəyə minib Moskvaya qaçdı.

A.Mütəllibov da sələfindən  fərqlənmədi.  

Nə etiraz etdi,  nə vəziyyətə təsir  göstərərək dəyişdi, nə də azərbaycanlıların Ermənistan  ərazisindən və Dağlıq Qarabağdan  qovulmalarının qarşısını aldı.

Amma müticəsinə referendum keçirərək SSRİ-nin saxlanılması üçün "səs yığdı".

Onun bu maymaqlığından istifadə edərək  Xocalı soyqırımını törətdilər.

A.Mütəllibovun və komandasının gücü yalnız bu faciəni xalqdan  "gizlətməyə" çatdı.

O da mümkün olmadı.

Sonda təyyarəyə  minərək  Vəzirovun  yanına qaçdı.

Bir qrup "cəbhəçi"nin öhdəsindən  gələ bilməyən "rəhbər" xalqı və torpaqları qoruyaraq  müstəqillik  yoluna çıxara bilərdimi?!

Yaranmış qarışıqlıqdan, xaos və anarxiya vəziyyətindən istifadə edən "bəylər" parlament çevrilişi yolu ilə hakimiyyətə gəldilər.

Dövlət idarəçiliyindən xəbəri olmayanlar, müxtəlif açıqlamaları ilə özlərini  gülünc vəziyyətə qoyanlar, sonda isə vətəndaş müharibəsinə başlayaraq  Gəncəni bombalamaq qərarına gələn bu naşılar və səriştəsizlər Laçın və Şuşanı  xəyanət yolu ilə düşmənə vermələri ilə yadda  qaldılar.

Həm də təkcə xəyanətləri ilə yox, 1993-cü ildə məşhur may konfransında biabırçı etirafları ilə...

Komanda üzvlərinin belə eşitmədiyi Ə.Elçibəy isə sələflərindən o qədər də fərqlənmədi.

Fərq bir onda oldu ki, o, Moskvaya yox, Kələkiyə  qaçdı.

***

* Xaricdən Ermənistanın təcavüzünə məruz qalan;

* Daxilində separatçılıq güclənən;

* İqtisadiyyatı bərbad günə düşən;

* Bir dövlət kimi mövcudluğu sual altında qalan.

Dövlət başçılarına ümidləri itən xalq nəzərlərini Naxçıvana dikmişdi.

Onu bu fəlakətdən yalnız  xalqın sınanmış oğlu, dünyaşöhrətli siyasətçi  Heydər Əliyev  xilas edə bilərdi.

Elə də oldu!

Xalqın çağırışına biganə qalmayan  Ulu Öndər Heydər Əliyev Azərbaycanın  xilaskarı kimi geriyə döndü!

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin sayı-hesabı yoxdur!

Ümummilli Liderimiz  təkcə Azərbaycanı xaos və anarxiya burulğanından qurtarmadı, bir ölkə kimi  məhvolmadan xilas etdi, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi...

Üstəlik  Azərbaycanı  dünyaya  tanıtdı, Qarabağ  həqiqətlərinin  dünyaya olduğu kimi  çatdırılmasına böyük  töhfələr verdi, bir çox  dövlətdə əlində  çubuq,  xəritə qarşısında dayanaraq erməni yalanlarını ifşa etdi!

Bütün bunlarla bahəm, Azərbaycanın uğurlu gələcəyinin təmin olunması, xalqın  həyat şəraitinin  yüksəlməsi, iqtisadi tənəzzülə son  qoyulması, qüdrətli dövlət qurulması üçün etibarlı siyasi kurs müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyaya inteqrasiya olunması, xalqın öz təbii sərvətlərindən bəhrələnməsi üçün zəruri  addımlar da atdı.

* Azərbaycanın  neft və qaz sərvətləri üzərində tam sərəncamçılığını təmin etdi.

* "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.

* BTC-yə həyat  vəsiqəsi verərək Azərbaycan neftinin qeyri-ənənəvi marşrutla dünya bazarlarına  çıxarılmasına  şərait  yaratdı.

* Yeni ordu  quraraq  ilk dəfə 22 yaşayış  məntəqəsini  düşməndən  geri  aldı.

Ən nəhayət, layiqli siyasi varisini yetişdirərək yarımçıq qalmış işlərinin  uğurla başa çatdırılmasının təməlini  qoydu!

Bütün bunlardan sonra əbədiyyətə  qovuşdu.

***

2003-cü ildə xalqın böyük dəstəyi ilə dövlət başçısı seçilən cənab İlham Əliyev möhkəm təməl üzərində müstəqil Azərbaycanın  möhtəşəm binasını ucaltmaqdan ötrü gərgin, geniş, çoxcəhətli və yorulmaz fəaliyyətə  başladı.

Böyük dövlətçilik  istedadına, strateji düşüncə  qabiliyyətinə malik cənab İlham Əliyev bir çox  istiqamət üzrə  çalışmaqla qarşıya qoyduğu bütün hədəflərə çatdı!

ƏN ƏVVƏL:

* Daxili imkanlar hesabına yarımçıq qalmış  transmilli layihələrin tikintisini başa çatdırdı, sonrakı  mərhələdə daha da artıraraq genişləndirdi.

* Azərbaycanı  dünyaya yeni imicdə - idman  dövləti kimi  də tanıtdı.

* Hücum  diplomatiyası tətbiq edərək beynəlxalq  qurum və təşkilatlarda işi genişləndirdi.

* Ölkəni qaz  qıtlığından, regionları elektrik enerjisi çatışmazlığından xilas etdi, qazlaşdırmanı 95 faizə çatdırdı.

* 116  yeni yaşayış  kompleksi inşa etdirərək  məcburi köçkünlərin həyat şəraitini əsaslı şəkildə  yaxşılaşdırdı.

* Sahibkarlığın inkişafına  münbit şərait  yaratdı, regionların  inkişafına dair dörd dövlət  proqramı  qəbul edərək uğurla həyata keçirdi.

* İşsizlik  və yoxsulluğu  40-50 faizdən 4-5 faizədək endirdi.

* Yeni ordu quraraq onu  ən müasir silahlarla təmin  etdi.

Sadaladıqlarımız  görülən  nəhəng işlərin yalnız bir  hissəsidir.

Cənab İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, dünyada söz sahibinə çevrilməsi üçün dayanmadan çalışdı.

Əvvəlki uğurlara söykənərək yeni qələbələri təmin etdi!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində bu barədə dedi:

"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.

Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir.

Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu barədə çox danışmaq istəməzdim, hər şey göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir".

***

İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanı dünyada  məhşurlaşdıran və sevdirən bir sıra  tədbirlər keçirildi.

* Mehriban xanım  Əliyevanın təşkilatçılığı ilə baş tutan  I Avropa  Oyunları elə bir standartlar  müəyyənləşdirdi ki, bu gün də  onu  keçə bilən olmayıb.

* IV İslam Həmrəyliyi Oyunları müsəlman dünyasının bir araya gəlməsində mühüm rol oynadı.

* Dəfələrlə  idmanın  müxtəlif növləri üzrə keçirilən dünya, Avropa birinciliklərinə, beynəlxalq yarışlara evsahibliyi edən  Azərbaycan yüksək  nümunələr yaratdı.

* 77 min  şəxsin qeydiyyatdan keçdiyi, 197 ölkə, 70 dövlət və hökumət başçısının iştirak  etdiyi COP29 bir neçə vacib qərarın qəbul edilməsi ilə yadda qaldı.

İlham Əliyevin bir sıra  beynəlxalq təşkilatlara uğurlu rəhbərliyi onun və dövlətimizin nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb oldu.

Faktlara  nəzər salaq:

* 2012-ci il may ayının 4-də Nyu-Yorkda Prezident İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksəksəviyyəli iclası keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır.

***

* 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirilib.

***

* 2020-ci il dekabrın 3-də Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə (bu təşəbbüs 130-dan artıq dövlət tərəfindən dəstəklənmişdir) Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.

Məhz  Prezidentimizin Qoşulmama Hərəkatına uğurlu  rəhbərliyinə və verdiyi töhfələrə görə onun  bu quruma  sədrliyinin müddəti yekdilliklə artırılmışdır.

***

Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasında və fəaliyyətinin  gücləndirilməsində  də cənab  İlham Əliyevin böyük  xidmətləri vardır.

2009-cu ildə Naxçıvanda imzalanmış müqavilə ilə işə başlayan bu qurumun məqsədi türkdilli xalqlar arasında siyasi, mədəni və hərbi əlaqələrə nail olmaq idi.

Artıq TDT-nin gündəliyində duran məsələlər təkcə  mədəni və humanitar məsələlər deyil, həm də strateji təhlükəsizlik, enerji siyasəti,  texnologiya, nəqliyyat-logistika, kənd  təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət də vardır.

"Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərində açar ölkə olan Azərbaycan artıq Orta dəhlizdə də öz statusunu və fəaliyyətini gücləndirir.

Azərbaycana  yüksək beynəlxalq  nüfuz  qazandıran və onu  Cənubi  Qafqazda  söz sahibinə, habelə orta güc dövlətinə  çevirən  mühüm hadisə  isə öz gücü və imkanları hesabına 30 illik işğala  son qoyması, Ermənistanı qarşısında diz  çökdürərək  ona kapitulyasiya aktını imzalatdırması oldu.

Daha sonra  bir neçə  hərbi əməliyyat keçirərək ərazi bütövlüyünü və dövlət suverenliyini də təmin etdi!

Bütün bu tam və qəti qələbədən sonra isə  öz şərtlərini açıq şəkildə söyləməklə Ermənistanla sülh müqaviləsi bağlamaq təşəbbüsünü irəli sürdü.

Bu təşəbbüs 2025-ci ilin avqustunda  Vaşinqtonda ABŞ Prezidenti D.Trampın şahidliyi, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri  N.Paşinyanın  iştirakı ilə  keçirilən  görüşdə bir  sıra mühüm sənədlərin imzalanması,  sülh sazişinin layihəsinin paraflanması, Beynəlxalq Sülh və Rifah  naminə Tramp Marşrutunun (TRIPP)  yaradılması ilə bağlı  razılığa gəlinməsi ilə nəticələndi.

Yeri gəlmişkən dünyanın birnömrəli dövlətinin Prezidenti D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə verdiyi yüksək qiyməti  də xatırlatmaq istərdik:

* "Siz güclü və ağıllı  insansınız".

* "Siz böyük lidersiniz".

* "Siz gözəl danışıq aparırsınız".

Məşhur atalar sözündə deyildiyi kimi:

"Görünən dağa nə bələdçi".

***

Tarix üçün  30 il çox qısa zamandır.

Azərbaycan 30 ildən bir qədər artıq vaxtda  əsrlərə bərabər yol  qət etmişdir.

Bu yol qan, dağıntı, anarxiya,  tənəzzül, işğal və  müharibədən keçərək son nəticədə dövlətimizi  uğur və qələbəyə çatdırmışdır!

Bir zamanlar saya salınmayan, taleyi  başqa dövlətlərdə və təşkilatlarda həll olunan Azərbaycan indi  hamı ilə bərabərhüquqlu əlaqə və əməkdaşlıqlar  qurur,  öz sözünü ucadan söyləyərək  mövqeyini tam  və qəti şəkildə müdafiə edir.

*  Azərbaycan zəngin təbii sərvətlərə sahibdir!

* Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir!

* Azərbaycan bir neçə transmilli layihəni öz imkanları hesabına reallaşdıra bilmişdir.

*  Azərbaycan həm də  "dəmir yumruq" sahibidir!

*  Heç bir  dövlət  son 80 ildə Azərbaycanın  qələbəsinə bərabər  qələbə qazanmamışdır!

* Heç bir dövlət başçısı müharibəni  çox qısa bir müddətdə - cəmi 44 günə başa çatdıra   bilməmişdir!

* Heç bir dövlət  tam qələbə  qazandığı halda  məğlub  etdiyi düşmənə dərhal  sülh əlini  uzatmamışdır.

Azərbaycanı qələbədən-qələbəyə çatdıran, iqtisadi, siyasi,  hərbi cəhətdən qüdrətli dövlətə, söz sahibinə çevirən onun  müdrik, uzaqgörən və qətiyyətli rəhbəri cənab İlham  Əliyev olmuşdur!

Biz hələ qələbələrin  başlanğıcındayıq!

Xalq öz  sevimli rəhbəri ilə  birlikdə hələ çox zirvələr fəth edəcək,  müstəqil  Azərbaycan daim  dünyada  günəş kimi  parlayacaqdır!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!