04 Noyabr 2026 08:30
186
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


4 Noyabr 


İlham ƏLİYEV: "Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik"


Düşmənin 2 "T-72" tankı, 3 "D-30" haubitsa topu, 1 zenit qurğusu məhv edilib


Noyabrın 4-də gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd "T-72" tankı, 3 ədəd "D-30" haubitsa topu, 1 ədəd "Zastava M-55" zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.


Prezident İlham Əliyev xalqa müjdəli xəbər verib


Prezident İlham Əliyev xalqa müjdəli xəbər verib. Dövlət başçısı özünün "X" hesabında paylaşım edərək bildirib: 

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Ağdam və Tərtər artilleriya atəşinə tutulub


Saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.

Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşin tutulub.


Düşmənin xüsusi hazırlanmış "M-55" zenit qurğusu məhv edilib


Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilib.

Cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd "M-55" zenit qurğusu dəqiq atəşlə məhv edilib.

1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.


İlham Əliyev: "Biz öz torpağımızda döyüşürük"


Prezident İlham Əliyev İspaniyanın "EFE" informasiya agentliyinə müsahibə verib.

Cəbhədəki vəziyyəti dəyərləndirən dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun üstünlüyü davam edir: "Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən, demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik".

Atəşkəsin elan olunmasına və savaşın dayandırılmasına gəlincə isə Prezident deyib ki, Ermənistan elan edilmiş humanitar atəşkəs rejimini hər dəfə pozaraq dinc əhalini hədəfə alıb. Belə olan halda Azərbaycan üçün başqa yol qalmayıb: "Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir". 

Prezident vurğulayb ki, məhz bu səbəbdən də Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyincə dayanmayacaq. 


Zəngilanda düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb


Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.

Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

09:45
04 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

Zəfər Günü Azərbaycan tarixində müstəsna yer tutur

08:05
04 Noyabr

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

08:00
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!