03 Noyabr 2026 16:50
210
SİYASƏT
A- A+
Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  

Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  


Möhkəm milli-ideoloji təməl üzərində qurulan müstəqil Azərbaycan dövləti bu gün tarixinin ən qüdrətli və şanlı mərhələsini yaşayır. Müasir dövlətimizin qazandığı bütün  uğurlar, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Ümummilli Lider Heydər Əliyev dühasının uzaqgörənliklə formalaşdırdığı ideoloji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilməsinin parlaq nəticəsidir. Azərbaycançılıq ideologiyası bu gün milli məntiqinə uyğun olaraq real tarixi nəticələr doğurub. Vətənimiz bütövləşib və xalqımız əbədi qürur zirvəsinə ucalıb.


Zəngin tarixi və elmi-fəlsəfi təməl


Azərbaycançılıq təsadüfi yaranmış bir məfkurə deyil. Bu ideologiya xalqımızın əsrlər boyu formalaşmış zəngin tarixi, elmi-fəlsəfi düşüncəsi və dövlətçilik ənənələri üzərində bərqərar olub. Azərbaycançılıq ideologiyasının mahiyyəti milli kimliyimizi, ana dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qorumaqla yanaşı, dövlət müstəqilliyini hər şeydən üstün tutmaqdan ibarətdir. Ən əsası o, birləşdirici, qurucu və gələcəyə hədəflənmiş ideoloji sistemdir.

Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu ideologiya dövlət səviyyəsində sistemləşdirildi. Bu vacib addım da göstərdi ki, müstəqil Azərbaycanın yaşaması və möhkəmlənməsi üçün vahid, hamını öz ətrafında birləşdirən ideoloji dayaq mütləqdir. Ulu Öndər uzaqgörənliklə sübut etdi ki, milli həmrəylik yalnız çağırışlarla deyil, elmi və siyasi konsepsiya ilə təmin olunmalıdır. Dahi şəxsiyyət azərbaycançılığı sadəcə bir nəzəriyyə kimi deyil, müstəqil dövlətçiliyimizin ana xətti kimi tətbiq etdi.

Azərbaycançılıq ideologiyasının ən böyük gücü onun fərqliliyə hörmət və bərabərliyi özündə ehtiva etməsindədir. Məhz bu yanaşmaya görə bu ideologiya ölkəmizdə əsrlər boyu yan-yana, bir ailə kimi yaşayan bütün azsaylı xalqları, etnik və dini azlıqları vahid çətir altında birləşdirib.

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışında bu vacib məqama belə vurğu edib: “Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar”. 

Ölkəmizin rəhbəri əlavə edib ki, hamımız milli ideyalar ətrafında birləşirik: “Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.


“...Hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik” 


Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının harada yaşamasından asılı olmayaraq milli mənafelərə xidmət etməli olduqlarını dəqiq müəyyənləşdirərək diaspor quruculuğunu dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşən dahi lider onları təşkilatlanmağa çağırırdı. Harada doğulmasından asılı olmayaraq hər bir soydaşımızın azərbaycanlı kimliyini, ana dilini yaşatmasının vacibliyini vurğulayırdı.

2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu prosesin tarixi kulminasiya və dönüş nöqtəsi oldu. Ulu Öndər tarixi qurultayda üzünü həmvətənlərimizə tutub deyirdi ki, müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər: “Ancaq indi biz yeni bir mərhələyə keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik”. 

Ümummilli Lider xalqımızın, dövlətimizin parlaq zəfərlərlə bol xoş gələcəyinin  həmrəyliyimiz, azərbaycançılıq ideyası ətrafında birləşməyimiz sayəsində mümkün olacağına qəti şəkildə əmin idi.

Əsasını Ulu Öndərin qoyduğu bu siyasi və ideoloji xətt Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitdə daha da zənginləşdirildi. Milli birliyimizin gücü 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərində özünün ən yüksək zirvəsinə çatdı.

Vətən müharibəsi zamanı ölkəmizdə yaşayan bütün etnik və dini qrupların nümayəndələri, eləcə də xaricdəki soydaşlarımız vahid amal uğrunda bir araya gəldilər. 

Vətən müharibəsi dövründə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər. 

Ölkə daxilində isə xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşdi. Bu möhtəşəm birliyin nəticəsində 2020-ci ildə cəmi 44 günə şanlı Şuşa Zəfəri qazanıldı, 2023-cü ildə cəmi 23 saatlıq antiterror tədbirləri ilə Xankəndidə bayrağımız əbədi dalğalandırıldı və suverenliyimiz tam təmin olundu.

2023-cü il dekabrın 21-də keçirilən tarixi Qarabağ və MOİK oyunundan əvvəl Xankəndi stadionunda çıxış edən Qalib Lider İlham Əliyev Azərbaycanın qalibiyyət formulunu bu cür açıqladı: “Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”.

Bəli, Azərbaycançılıq ideologiyası real tarixi nəticələr doğuran, torpaqlarımızı bütövləşdirən və xalqımızı qalib millətə çevirən qüdrətli güc mənbəyidir. Bu sarsılmaz birlik və ideoloji təməl var olduqca, müstəqil Azərbaycan dövləti daha da güclənəcək və gələcəyə doğru inamla addımlayacaq.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnfarktın gözlənilməz əlaməti açıqlanıb

17:42
03 Noyabr

Xocalıda həyat yenidən çiçəklənir

17:39
03 Noyabr

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

17:24
03 Noyabr

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib  

17:18
03 Noyabr

UNESCO: qlobal miqyasda jurnalist qətllərində cəzasızlıq göstəricisinin sayı artıb  

17:18
03 Noyabr

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib  

17:15
03 Noyabr

ÜST rəhbəri Efiopiyanın səhiyyə sistemi ilə bağlı xəbərdarlıq edib  

17:07
03 Noyabr

Çin valyuta ehtiyatı tələblərini artırır

16:54
03 Noyabr

Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  

16:50
03 Noyabr

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik edəcək  

16:43
03 Noyabr

Neft yenidən bahalaşıb

16:38
03 Noyabr

Azərbaycan-Yunanıstan ticarətində 700 milyon dollarlıq hədd aşılıb

16:37
03 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  

16:33
03 Noyabr

Şəhidlərin anım günü məzarları ziyarət olunub  

16:13
03 Noyabr

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır

16:07
03 Noyabr

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 

15:52
03 Noyabr

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

15:29
03 Noyabr

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb  

15:18
03 Noyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib  

15:07
03 Noyabr

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB  

15:01
03 Noyabr

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb  

14:36
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!