03 Noyabr 2026 15:01
196
SİYASƏT
A- A+
Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB  

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB  


Noyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Qarabağ münaqişəsinin tarixi köklərini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin əsas amillərini təhlil edən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın amerikalı müəllifləri – ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və mayor Con Spenser nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, kitab təxminən iki il ərzində hazırlanıb.

Liam Kollinz Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədə hərbi potensialın gücləndirilməsinin, orduda aparılan islahatların və döyüş qabiliyyətinin artırılmasının mühüm rol oynadığını qeyd edib. Vurğulayıb ki, ordunun effektivliyi yalnız silah sistemlərinin sayından deyil, onların keyfiyyətindən və düzgün tətbiqindən də asılıdır.

O, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhər döyüşlərinə hazırlıqsız olmasının və əks-hücumları düzgün planlaşdıra bilməməsinin onların müdafiə imkanlarını zəiflətdiyini deyib. Azərbaycan Ordusunun sürətli irəliləyişi qarşısında Ermənistan qüvvələrinin daha çox dağlıq ərazilərdə mövqe tutmağa çalışdığını qeyd edib.

Con Spenser isə vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatları yalnız pilotsuz uçuş aparatlarının tətbiqi ilə deyil, mürəkkəb quru əməliyyatları, qoşunların koordinasiyası və düşmənin yanlış istiqamətə yönəldilməsi ilə də səciyyələnib. Qeyd edib ki, xüsusilə genişmiqyaslı aldatma əməliyyatının planlaşdırılması və icrası müasir müharibə təcrübəsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarını davam etdirərkən, bəzi hallarda müdafiə xəttini yarmaq mümkün olmadıqda alternativ planlara keçib. Düşməni yanlış istiqamətdə əsas hücumun həyata keçirildiyinə inandırmaq məqsədi daşıyan aldatma əməliyyatı bu baxımdan xüsusi diqqət çəkir. Qarabağda tətbiq olunan bu yanaşma müasir hərb tarixində aldatma əməliyyatlarının genişmiqyaslı və çoxşaxəli ola biləcəyini göstərir. Əməliyyat düşmənin diqqətini əsas istiqamətdən yayındırmaq, müdafiə qüvvələrinin yerləşməsinə təsir göstərmək və digər istiqamətlərdə hərbi fəaliyyət üçün imkan yaratmaq baxımından əhəmiyyətli olub”, - deyə müəllif əlavə edib.

Təqdimat mərasimindən sonra müəlliflərin iştirakı ilə media brifinqi keçirilib.

Nəşr Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə dair xaricdə hazırlanmış ilk genişmiqyaslı və sistemli hərbi tədqiqatlardan biridir. Araşdırmaya hərbi tədqiqatlar sahəsində ixtisaslaşmış Vest-Point Hərbi Akademiyasının mütəxəssislərinin də cəlb edilməsi əsərin elmi və analitik əhəmiyyətini daha da artırır.

Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə və sonrakı hərbi-siyasi proseslərə qədər geniş dövr əhatə olunur. Kitabda Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), “Dəmir Yumruq” əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Hadrut, Əmirvarlı, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə keçirilmiş antiterror tədbirləri ayrı-ayrı bölmələrdə təhlil edilir.

Kitabın diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə əlaqələndirilməsi barədə geniş yayılmış fikrin tənqidi təhlilidir. Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi – milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.

Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi “müasir döyüş sistemlərinin tətbiqi” konsepsiyasına dərindən yiyələnməsi göstərilir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini əhatə edir.

Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin baş verdiyi ərazilərə səfərlər edərək həmin məkanlarda yerində araşdırmalar aparıblar.

Kitab müəlliflərinin gəldiyi əsas qənaət ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə olunmasının arxasında milli güc, ardıcıl dövlət və hərbi quruculuq siyasəti, iqtisadi potensial, effektiv kommunikasiya strategiyası və ideoloji fəaliyyət kimi mühüm amillər dayanır.

Kitabda Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin strategiyası, ölkə daxilində və beynəlxalq müstəvidə kommunikasiya fəaliyyətinin fəallığı, eləcə də dezinformasiyaya qarşı mübarizəsi xüsusi vurğulanır.

Qeyd edək ki, müəlliflər kitabın nəşrindən əvvəl 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişinə dair ətraflı araşdırmalar aparıb və bu mövzuda məqalələr dərc etdiriblər.

Kitabın müəlliflərindən istefada olan polkovnik Liam Kollinz “Madison Policy Forum”un direktoru, “New America” təşkilatının Gələcəyin Təhlükəsizliyi Proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun fəxri hərbi əməkdaşıdır. O, ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib və polkovnik rütbəsində ehtiyata buraxılıb. 2016-2018-ci illərdə Ukrayna üzrə ABŞ-nin baş müdafiə müşavirinin icraçı köməkçisi vəzifəsində çalışıb. Prinston Universitetində dövlət idarəçiliyi üzrə magistr və fəlsəfə doktoru elmi dərəcələrini alıb.

Digər müəllif, istefada olan mayor Con Spenser Vest-Point Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri üzrə kafedra rəhbəri, həmçinin Şəhər Müharibəsi Layihəsinin həmsədridir. ABŞ Ordusunda 25 ildən artıq xidmət edib və İraqda iki dəfə döyüş əməliyyatlarına qatılıb. O, şəhər döyüşləri üzrə dünyanın aparıcı mütəxəssislərindən biri hesab olunur.


13:18


Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM), Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və mayoru Con Spenserin müəllifi olduğu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərbi-strateji xüsusiyyətləri, müasir müharibələrin xarakterinə təsiri və bu qələbənin arxasında dayanan milli güc amilləri geniş müzakirə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin valyuta ehtiyatı tələblərini artırır

16:54
03 Noyabr

Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  

16:50
03 Noyabr

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik edəcək  

16:43
03 Noyabr

Neft yenidən bahalaşıb

16:38
03 Noyabr

Azərbaycan-Yunanıstan ticarətində 700 milyon dollarlıq hədd aşılıb

16:37
03 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  

16:33
03 Noyabr

Şəhidlərin anım günü məzarları ziyarət olunub  

16:13
03 Noyabr

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır

16:07
03 Noyabr

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 

15:52
03 Noyabr

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

15:29
03 Noyabr

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb  

15:18
03 Noyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib  

15:07
03 Noyabr

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB  

15:01
03 Noyabr

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb  

14:36
03 Noyabr

Depressiyanın 7-ci növü aşkar oluna bilər  

14:17
03 Noyabr

Rusiyanın hücumu nəticəsində Xarkovda 73 nəfər yaralanıb

14:17
03 Noyabr

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir  

14:15
03 Noyabr

ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı

14:13
03 Noyabr

Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsini təsdiqləyib  

14:12
03 Noyabr

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır  

14:08
03 Noyabr

Everest zirvəsi yaxınlığında iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb

14:01
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!